Cümə, 26.04.2024, 18:12
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 29
Acarada dil

13, Jan, 2011 | Yazar Sevinc Ədalət

Acarada xalq dili və ailə lisanı gürcücədir. Gürcücə bilmədiyimdən bunların şivəsi gürcü dilinin hansı şivəsinə yaxın olduğunu- sözün açığı söyləyəməm. Bəzilərinə müraciət etdimsə də, verdikləri məlumatı əsaslı görmədiyimdən yazmadım. Nə zərəri vardır, bu bəhsi bir gürcücə bilən qələm yoldaşımıza buraxalım da, məsələnin bizlə əlaqəsi olan yerinə keçəlim.
Doğrudur, bu günkü gündür. Acaranın dili gürcücədir. Ancaq bu gözəl ölkədə "türk" dilinin tutmuş olduğu mövqedə, susaraq keçinəcək mümkün deyildir.
Mən Acarada üç ay gəzdim, dolaşdım, görüşdüm və hər istəyimi tərcümansız anlata bildim. Bütün ər kişilər türkcə bildikləri kimi, əhli xanımlar da türkcə qonuşurlar. Hətta Acaranın bir çox məşhur familiyalarının ailə dili türkcədir. Bunlardan başqa Acarada rəsmi lisan ruscadan sonra və təhriri lisan (yazı dili) həp türkcədir. Şəri və qanuni müqavilələr və sənədlər həm türkcə yazılır. Bir göy muxtarı yazdı ... Ardını oxu
Baxış: 522 | Əlavə edib: Oguzturk | Tarix: 29.05.2011 | Şərhlər (0)

Şeirim

Şeirim sınıq bir türk sazı, ağladaraq tellərini,
Adaq- adaq gəzmək istər könlüm Turan ellərini!
Bən bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,
Aman, şeirim, hümmət eylə, aman, təbim, bir qanad çal!

Açın qəlbin qubarını, baxın nədir baş yazısı?
Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əyilməyən başı!

Əhməd Cavad .
Baxış: 552 | Əlavə edib: Oguzturk | Tarix: 29.05.2011 | Şərhlər (0)

Azərbaycana

Coşmuşdu yürəgim, şişmişdi başım,
Zülmkar olmusan, axıdıb yaşım!
Ey gözəl Vətənim, ey dağım- daşım,
Bir sazım olsaydı söylərdim sana!

Nə gücdür ayrılıq, doymamış yardan,
Artırdı dərdimi hər keçən karvan!
Duysaydım səsini bir yanıq tardan,
Bilməzsən nə söylər, neylərdim sana!

Boğar dəryasından bir qoşun səsi,
Söylər ki, könlünün yoxmu gecəsi?
Sənsiz ki, ilhamın gəlməz nəfəsi,
Gəlsəydi, şairlik eylərdim sana!

Kəsmişdi yolumu keçilməz dağlar,
Bənimlə bərabər ormanlar ağlar!
Ey göz işlədikcə görünən bağlar,
Əhd ilə bir salam göndərdim sana!

Gəncə, 1920
Baxış: 542 | Əlavə edib: Oguzturk | Tarix: 29.05.2011 | Şərhlər (0)

Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz