OGUZTURK - Ana səhifə
Şənbə, 10.12.2016, 06:00
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

 
Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Ceyhun Avşar

Oğuz Yolu!
Yenidən Diriliş!Yenidən Oyanış!

Oğuzla başlar yolumuz,
İç Oğuz,Dış Oğuz qolumuz,
Türk soyudur soyumuz,
Azərbaycan -Türkiyə!

Oğuzdan gəlir Boyumuz,
Türk Soyudur Soyumuz,
Turan yolu yolumuz,
Azərbaycan -Türkiyə!

Altaylarda doğan Türkəm,
Dünyaya ün salan Türkəm,
Yağıdan öc alan Türkəm ,
Azərbaycan-Türkiyə!
Baxış: 2 | Əlavə edib: Oguzturk | Tarix: Сегодня | Şərhlər (0)

Kökənim Oğuzdu, adım, sanım var,
Dədə Qorqud kimi bir dastanım var,
Molla Pənah Vaqif, Cavad xanım var,
Azəri deyiləm, Oğuz Türkiyəm!

Mən Əhməd Cavadam, sevda başımda
Mən Rəsulzadəyəm, Vətən peşində
Müşfiqin ruhuyam, cavan yaşımda
Azəri deyiləm, Oğuz Türkiyəm!

Mən Şərqin üzüyəm, Güneyin səsi,
Şimalın və Qərbin isti nəfəsi
Mən Şuşa, Kəlbəcər, Laçın naləsi
Azəri deyiləm, Oğuz Türkiyəm!
Baxış: 7 | Əlavə edib: Oguzturk | Tarix: 07.12.2016 | Şərhlər (0)

Özün Özüm olan qardaşım,
Soyun soyum olan qardaşım,
Dinin dinim olan qardaşım,
Canım Doğu Türküstanım! Ceyhun Avşar.
Baxış: 25 | Əlavə edib: Oguzturk | Tarix: 01.12.2016 | Şərhlər (0)

Quzey Azərbaycanda Bağımsızlığımızı qazanmamızdan illər keçsə də, Rus işğalı dönəmindən bizlərin özümüzü unutmaq,soy-kökənimizdən qoparılaraq yadlaşdırmaq,ruslaşdırmaq amacı ilə soyadlarımızın sonuna əklənmiş "-ov" ,"-yev"lər bu gün də yığışdırlmamış,böyük çoxunluqda işğal,özgələşdirmə nişanəsi olaraq qalmaqdadır.Bir Ulusun yaşaması,varlığı onun kimliyinin ortada olmasındadır.Bizlər yanlış yönləndirildik,yanlış anladıldıq və beynimiz düşmən siyasəti sonucu işğal edildi.İndi isə Özümüzə dönmək,Özümüzün varlığını ortaya qoymaq üçün dirənməmiz və bu düşmən siyasətinin önündə duruş gətirməmiz gərəkir.Oğuzlar qrupu olaraq soyadlarımızdan işğal və özgələşdırmə sonluqlarını olan "-ov" ,"-yev"ləri qaldırmağı,Özümüzə dönməmiz,Öz milli varlığımızı ortaya qoymamız üçün 24 Oğuz Türk Boylarının adlarını soyad olaraq almamızı önəririk.Bizlər bir dönüş etməli və düşmənlərin xain oyunlarını durdurmalıyıq.Soyadlarımıza 24 Oğuz Türk Boylarının adlarını gətirməklə öz milli kimliyimizi də ortaya qoymuş və ... Ardını oxu
Baxış: 48 | Əlavə edib: Oguzturk | Tarix: 23.11.2016 | Şərhlər (0)

Quranımız oxunmasa,
Azanımız səslənməsə,
Türklüyümüz bilinməsə,
Sonumuza gəldik demək,
Varlığımız yoxdur demək!
Baxış: 224 | Əlavə edib: Oguzturk | Tarix: 29.08.2016 | Şərhlər (0)

Ceyhun Avşar-Türklüyünə qurban olum!

Türkəm deyib duyuranın,
Türkəm deyib öyünənin,
Türkəm deyib sevinənin,
Türklüyünə qurban olum!

Türkəm deyib dil açanın,
Türkəm deyib ün salanın,
Türkəm deyib savaşanın,
Türklüyünə qurban olum!
Baxış: 198 | Əlavə edib: Oguzturk | Tarix: 28.08.2016 | Şərhlər (0)

Ceyhun Avşar-Bayatı

Tariximi deyim gəlim,
Tariximi açım gəlim,
Tariximi keçim gəlim,
Oğuz Türkü,Öztürkəm mən!
Baxış: 389 | Əlavə edib: Oguzturk | Tarix: 01.06.2016 | Şərhlər (0)

Ceyhun Avşar-İstəmirəm.

Oğuz Türkcəsdir Dilim Mənim,
Oğuz Boyu Boyum Mənim,
Türk Soyudur Soyum Mənim,
Dilsiz Türkü istəmirəm!

Törəsi var,inancı var,
Şöləni var,dirənci var,
Savaşı var,çiləsi var,
Susan Türkü istəmirəm!

Öz Yurdunda qorxaq olan,
Yurddaşımı istəmirəm,
Haqsızlığı görüb susan,
Yurddaşımı istəmirəm.

Türklüyünə söz qatanın,
Türklüyünə söz atanın,
Türklüyünə toz salanın,
Türklüyünü istəmirəm!
Baxış: 360 | Əlavə edib: Oguzturk | Tarix: 01.06.2016 | Şərhlər (0)

Hardan başlanır Vətən?-
Qarabağdan, Tebrizdən
Bayrağımda gül açan,
Fəriddən,Mübarizdən
---------------------------
Hardan başlanır Vətən ?-
Tarixin yaddaşından,
Damlası Araz boyda
Gözlərimin yaşından!
-------------------------
Hardan başlanır Vətən ?-
Göyçədən,İrəvandan,
Səsimi dağa yazan
Borçalıdan,Zəngandan,
---------------------------
Hardan başlanır Vətən?-
Hun qapısı Dərbənddən,
Çin səddindən yol alan,
O möhtəşəm sərhəddən!
-----------------------------
Hardan başlanır Vətən?-
Dədə Qorqud sözündən,
Ər Oğuzlu,Qıpçaqlı ,
Ulu Türkün özündən!
------------------------------
Hardan başlanır Vətən?-
Naxçıvandan,Şirvandan,
Türkün qədim diyarı,
Bütöv Azərbaycandan!
Səma Ramazanlı
Baxış: 2727 | Əlavə edib: Oguzturk | Tarix: 12.04.2015 | Şərhlər (0)

Bayrağımızdakı 8 guşəli ulduz Oğuz Türk damğasıdır!Selcuqlu(Oğuz Türklərinin Qınıq Boyu) kültür və sənətinın təməl fiqurlarından biri olan 8 guşəli ulduzun Ortadoğuda var olan əski uyğarlıqlarda və İslam dünyasında yayğın olaraq qullanıldığı bilinməkdədir. Say olaraq 8 guşənin cənnəti anladan bir simgə olduğu bilinməkdədir. Ayrıca dini qaynaqlarda İslamiyyətin 8 əsasa dayalı olduğu, bunlara 8 cənnət qapısı deyildiyi, 8 guşəli ulduzun da 8 cənnəti simgələdiyi bilinməkdədir. Sekkiz ilkə bunlardır: Mərhəmət və şəfqət, səbr etmək, doğruluq, sirr qorumaq, sədaqət, fəqirliyini və acizliyini bilmək , cömərdlik, Rəbbinə şükr etmək olaraq sıralanırkən ,Sekkiz cənnət də belə adlanmışdır:
Dari-cəlal
Dari-qərar
Dari-salam
Cənnətül huld
Cənnətül məva
Cənnətül adn
Cənnətül firdevs
Cənnətü naim!‪#‎AzərbaycanOğuzlarQrupu‬
Baxış: 2538 | Əlavə edib: Oguzturk | Tarix: 28.03.2015 | Şərhlər (0)

1 2 3 ... 31 32 »
Təqvim
«  Dekabr 2016  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 447

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2016
Конструктор сайтов - uCoz