Cümə, 19.04.2024, 17:23
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 12
Haqqı yox

Yad əlində tapdanırkən şərəf, şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkən sıfırdan
Türkün türklə ədavətə haqqı yox.

Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdunuza gün doğa.
Bütün millət dönməliykən yumruğa
Türkün türklə ədavətə haqqı yox.

Tarix bizi imtahana çəkirkən
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən
Türkün türklə ədavətə haqqı yox.

Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz.
Dağılarkən ocağımız, pirimiz
Türkün türklə ədavətə haqqı yox.

Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən
Türkün türklə ədavətə haqqı yox.

Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədlə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin
Bir-birilə ədavətə haqqı yox.

Bəxtiyar Vahabzadə

Baxış: 481 | Əlavə edib: Oguzturk | Tarix: 12.05.2011 | Şərhlər (0)

Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz