Çərşənbə axşamı, 07.05.2024, 21:30
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 29 » Əhməd Cavad publisistikası-Acarada dil. Türk dilimizlə bağlı çox anlamlı bir yazı.
02:37
Əhməd Cavad publisistikası-Acarada dil. Türk dilimizlə bağlı çox anlamlı bir yazı.
Acarada dil

13, Jan, 2011 | Yazar Sevinc Ədalət

Acarada xalq dili və ailə lisanı gürcücədir. Gürcücə bilmədiyimdən bunların şivəsi gürcü dilinin hansı şivəsinə yaxın olduğunu- sözün açığı söyləyəməm. Bəzilərinə müraciət etdimsə də, verdikləri məlumatı əsaslı görmədiyimdən yazmadım. Nə zərəri vardır, bu bəhsi bir gürcücə bilən qələm yoldaşımıza buraxalım da, məsələnin bizlə əlaqəsi olan yerinə keçəlim.
Doğrudur, bu günkü gündür. Acaranın dili gürcücədir. Ancaq bu gözəl ölkədə "türk" dilinin tutmuş olduğu mövqedə, susaraq keçinəcək mümkün deyildir.
Mən Acarada üç ay gəzdim, dolaşdım, görüşdüm və hər istəyimi tərcümansız anlata bildim. Bütün ər kişilər türkcə bildikləri kimi, əhli xanımlar da türkcə qonuşurlar. Hətta Acaranın bir çox məşhur familiyalarının ailə dili türkcədir. Bunlardan başqa Acarada rəsmi lisan ruscadan sonra və təhriri lisan (yazı dili) həp türkcədir. Şəri və qanuni müqavilələr və sənədlər həm türkcə yazılır. Bir göy muxtarı yazdığı əmrini türkcə yazdığı kimi, Mafovun əmri də bu dildə dinlər.
Bu dilin Acarada oynadığı rolun böyüklüyünü bundan da bilmək olur ki, hökumət lazım olan məlumatları toplayıb yazdırmaq üçün göy muxtarlarına göndərəcək cədvəllərin sərlövhələrini həp türkcə tərtib edib, göndərir. Bir az daha irəli getsək görürüz ki, türkcə oxunmayan bir məktəbə acaralılar cocuq vermək istəmirlər. Bu dilə adətən bir türk qədər ehtiram edirlər.
Asiyanın bir çox yerlərində "türkcəyi" sırf bir islam dili olaraq, qəbul edərək sair ufaq millətlər kimi acaralılar da bu dili ancaq bir islam dili bilib öyrənmişlər. Həqiqətən acaralılar islamiyyətin feyzini bu dildə dadmışlardır. Onunçün bir adamın türkcə bilib, bilmədiyini öyrənmək üçün ondan:
- Əfəndim! İslamca bilirmisiniz?- deyə sorarlar.
Türklərin çoxdan buraxıb getdikləri bu ölkədə türkcənin nə üçün unudulmadığını şübhəsiz qarelər bilmək istərlər. Biz də anlağımızın dərəcəsində bir az məlumat verəlim:
Türkcəyə rəvac verən səbəblərdən:

1. Əski üsul mədrəsələridir. Yuxarıda söylədik ki, Acarada hər göydə bir came vardır. Və böyləcə də hər göy camenin yanında bir məktəb vardır. Bu məktəbdə oğlan, qız, bütün göyün cocuqları toplanır. Oxuduqları, bizim əski mədrəsələrin dərsi. Qurani- kərimdən dərsə başlayıb türkcə və ərəbcəyə qədər çıxılır və hər anlaşılmayan sözün təfsilati türkcə olaraq bəyan edilir. Ana dili gürcücə olan Acara yavrusu az bir zamanda türkcəyə alışır, din qardaşının dilində söyləməyə başlar. Halbuki, məktəb yaşına qədər türkcə nədir? Onu bilməzdi.

2. İslamiyyət. Bütün mənasilə dinə sarılan bu nəcib qövmin dini vaizlərin öyüdlərini həp türkcə edər dururlar. Demək olur ki, Acaranın ən alim vaizləri türk, yaxud türk dilində tərbiyə görərək dönmüş adamlar olur. Məhəmməd minbərində oxunan xütbənin tərcüməsi türkcə olaraq anlatılır. Nədənsə məktəb yaşını keçirib də oxumamış qalan bir acaralı üçün camelər bir mədrəsə yerini verib, onlara türkcə öyrədir.

3. Əcnəbilərdə (başqa millətlərdə). Məlumdur ki, tərəqqi etməmiş sair islam ölkələri kimi Acaranın da bütün ticarəti bu illərə qədər başqalarının əlindədir.

Madam ki, türk dili Asiyada bir ümumi dil olaraq qəbul olunmuşdur, söz yox ki, Acarada da öylə olacaqdır. Bir rum, yəhudi, yaxud erməni taciri və sənətkarı Acaraya çıxdığı zaman həp türkcə söylər, durur. Acaralılar da Batuma gəldikləri zaman, oğul- uşağa nə alacaqlarsa, həpsini türkcə söylərlər və türkcə bazarlıq edərlər. Böyləcə bu dil anadan oğula unudulmadan keçər gedər.

**********

Qalın bir ormanın yorğun kölgəsindən, yana, yaxılan bir səs, bir aşıq səsi gəlir.
Dünyalarını yola salmış olan bu qalın ormanın qara camları dimdik və sükut içində bu səsə qulaq asır...
Acaralıların saf ürəklərindən çıxan "qardaş" salamlarını daha uzaqlara, ötənlərə götürməyə məcbur olan "Acarasu" bu yanıq səsi eşitdikcə qıvrılmağa başlayır.
Günəşə qarşı bir turumda yetmişində sağlam qadın, dişlərinə güvənən bu açıq alınlı, geniş köksülü Dursun ağaya o səs nə dedi ki, yumruqlarını böylə sızlı sıxdı da, yerindən fırlatdı. Və dərin bir təhəssürlə sağ tərəfindəki məzarlığa baxdı...

O səs deyir ki:

Yox, əzizim qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı!

Batum, 1916

Əhməd CAVAD
Baxış: 524 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz