Cümə, 19.04.2024, 23:37
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 28
Can, Azərbaycan!

Toprağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Gəlib qızıl vaxtın sənin,
Açılıbdır baxtın sənin,
Gəncəm tacın, taxtın sənin.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Xəzər yuyar ayağını,
Bayraq etdim növrağını,
Öpdüm azad toprağını.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

O Kür- Araz ovalığı,
Yağıların davalığı,
Adının min qovğalığı,
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Bulaqların şərbət dadır,
Arzumuz hələ daldadır,
Təbrizin gözü yoldadır,
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Qarabağında şux bülbülün var,
Bald ... Ardını oxu
Baxış: 966 | Əlavə edib: Oguzturk | Tarix: 28.05.2011 | Şərhlər (0)

Marş

Millətimin tarixinə
Şan- şöhrət əkməliyəm!
Bu qarşıda yad qalaya
Bir al bayraq dikməliyəm!

Düşmənlərə göstərdim ki,
Mənim kimi əskəri yox.
Mənim qılınc vurmadığım
Dünyanın heç bir yeri yox!

İsmarladım nişanlıma-
Mən Turana gediyorum.
Qardaşımı qurtarmağa
Türküstana gediyorum!

Bayrağıma xain baxan
Xain gözə mən tikanam.
Vurulursam kölgəsində
Həlal olsun ona qanım!

Şəhid olsam dost elində
Mənə məzar qazılsın da!
Qazandığım yerin adı
Xaqanıma yazılsın da!
Baxış: 616 | Əlavə edib: Oguzturk | Tarix: 28.05.2011 | Şərhlər (0)

Al bayrağa

Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə, neyçün böylə al!?

Hakim olub bir toprağa,
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?

Bu bənzəyiş nədən gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!

Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!

Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!

Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..

Bakı, 1919, 24 iyul
Baxış: 20656 | Əlavə edib: Oguzturk | Tarix: 28.05.2011 | Şərhlər (18)

Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz