Cümə, 03.05.2024, 08:38
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Oktyabr » 17 » Rus isgali zamani Quzey Azerbaycanin tek bir universitetinde,turkcu dusunucelerine gore gullelenen ve surgun edilen insanlarimizin adlari.
03:57
Rus isgali zamani Quzey Azerbaycanin tek bir universitetinde,turkcu dusunucelerine gore gullelenen ve surgun edilen insanlarimizin adlari.
TARİX
İCTİMAİ FİKRİN İNKİŞAFI VƏ MİLLİ OYANIŞDA BDU-nun YERİ
S.T.HACIYEV, B.O.ƏZİZ
Bakı Dövlət Universiteti
s.t.haciyev@mail.ru, boranaziz@mail.ru
Arxiv sənədlərinin və müvafiq ədəbiyyatların müqayisəli təhlili göstərir ki, BDU Azərbaycan tarixi və ədəbiyyatının, fəlsəfi fikrinin mürəkkəb məsələlərinin araşdırılmasında, Azərbaycan dilinin qorunmasında, milli mənlik şüurunun formalaşıb inkişaf etməsində, milli demokratik ideyaların yayılmasında, müstəmləkəçi xarakter daşıyan sovet ideologiyası və rejiminə qarşı mübarizədə, XX əsrin 80-ci illərindəki milli azadlıq hərəkatının başlanması, gedişi və uğurla başa çatmasında, dövlətçiliyimizin qorunub saxlanılması və möhkəm-lənməsində mühüm rol oynamışdır.
Yaranışından bu günə qədər Azərbaycan elm və təhsilinin, ictimai fikrinin in-kişafında mühüm rolu oynayan BDU-nun xalqımızın tarixində də əhəmiyyətli rolu olmuşdur.
BDU-nun qarşısına qoyulan vəzifələr, həyata keçirdiyi işlərin xarakteri və mahiyyəti təhlil olunarkən onun tarixini üç mərhələyə bölmək olar:
I. Cümhuriyyət dövrü-1919-1920;
II. Sovet işğal dövrü- 1920-1991;
III. Müstəqilliyin bərpa edilməsindən indiyə qədərki dövr -1991-2009.
Bu illərin bir çoxunda insanların hətta sadəcə yaşam mücadiləsi apardığı zaman belə BDU yarandığı dövrdə ona bəslənilən ümidləri doğrultdu. Doğru olaraq deyildiyi kimi Sarbonna universiteti fransız, Kembric universiteti isə ingilislərin tarixi tale-yində hansı rol oynayıbsa, BDU da xalqımızın inkişafında həmin rolu yerinə yetirib.
«… Tarixdə Atina darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər?
Bir əsr əvvəl Fransiyayı aləmşümul təqəllüb təkamülə atan Sarbonna darül-fünunu… dəgilmi? Almanları 1806-cı il fəlakətindən sonra yenidən şöhrətə, siyasət və hərbə hazırlayan və Hamburq darülfünunları və hər iki darülfüsimaları Kant və Fixtenin əsərləri olmamışdırmı?
…Yeni millət, yeni elm, yeni fəlsəfə demək isə, hər darülfünunda yeni bir məbəd olması icab edər.
Azərbaycan Darülfünunu, əlbəttə, bir türk Darülfununudur» (3).
BDU-nun keçdiyi yola diqqət etsək 1920-ci ilin ikinci yarısının mühüm bir dövr təşkil etdiyini yəqin edə bilərik. Belə ki, məhz bu zaman BDU-nun azərbay-
58
canlılaşdırılması sahəsində mühüm işlər görüldü.
Təhlillər göstərir ki, hakim millətlər işğal etdikləri ərazidə müstəmləkəçilik siyasətini siyasi, iqtisadi və mənəvi olmaqla üç istiqamətdə həyata keçirmişlər.
Mənəvi sahədə hakim bolşevik ideologiyasını beyinlərə yeritməyin mühüm vasitələrindən biri də təhsil sistemi olmuşdur.
1920-1930-cu illərdə bolşeviklərin mədəni inqilab adlandırdığı siyasətdə, mək-təblərin başlıca vəzifəsi mərkəzin maraqlı olduğu sahələrdən ötrü müəyyən bilik və qabiliyyətlərə yiyələnən, mövcud quruluşa sadiq icraçı kadrlar hazırlamaq idi və onların işi buna müvafiq qurulmuşdu. 20-ci illərdə tədris proqramlarından, dərsliklər-dən, türkçülük, islamçılıq ideyaları, xalqın mənəvi dəyərlərini təbliğ edən mövzular çıxarılmışdı (22,301).
Bütün bu təzyiqlərə baxmayaraq Cümhuriyyət dövründə M.Ə.Rəsulzadənin sözləri ilə desək, «azadlıq tamını azacıq da olsa dadmış» xalq və məktəblər hələ uzun müddət bolşevizmə yad olan ideyaların təsiri altında qalmışdı.
Belə məktəblərdən biri də Bakı Dövlət Universiteti olmuşdur.
Dövrün arxiv sənədləri və materiallarının, son dövrlər işıq üzü görən ədəbiy-yatların müqayisəli təhlili göstərir ki, 1920-ci illərin ikinci yarısında Kommunist Partiyasının və Sovet hökumətinin şərq ölkələrinə, o cümlədən Azərbaycana qarşı yeritdiyi siyasətdə bir sıra daxili və xarici səbəblər ucbatından müəyyən dəyişiklik etmək məcburiyyəti yaranmışdır.
Kommunist Partiyasının və Sovet hökumətinin Azərbaycanda həyata keçirdiyi «simasızlaşdırma» siyasəti ciddi narazılıq yaratmaqla işğal sisteminə qarşı müqavimət hərəkatına çevrilmişdi. Bu siyasətə qarşı Azərbaycan mühacirlərinin xaricdə - Avro-pada, Türkiyədə, İranda apardığı təbliğat isə «humanist, bəşəri» Sovet siyasətinin uğurla yayılmasına mane olurdu (15; 16; 17; 18; 19).
Bu səbəbdən AK(b)P MK-nın Rəyasət Heyəti 3 aprel 1927-ci ildə BDU-nun azərbaycanlılaşdırılmasını həyata keçirmək məqsədilə «AK(b)P MK-nın Rəyasət Heyətinin əməli təklifləri» adlı qərar qəbul etdi. Qərarda Xalq Maarif Kommisarlığına (XMK) tapşırıldı ki, qısa müddətdə - yaxın bir neçə il ərzində partiya və hökumətin göstərişləri ruhunda universitetin azərbaycanlılaşdırılmasını təmin etsin. Bu vəzifələri həll etmək üçün Xalq Kommisarlar Soveti (XKS) və XMK-nın Komissiyası yaradıldı.
Tezliklə hökumət XKS Komissiyasının hazırladığı «Azərbaycan SSR Ali məktəblərində vəziyyət haqqında hökumətin izahına dair» adlı sənədi təsdiq etdi.
Öz növbəsində XMK-nın hazırladığı «Ali məktəblərin azərbaycanlılaşdırıl-masını ümumperspektiv planı»nı Maarif Komissarlığının Kollegiyası təsdiq etdi. Planda nəzərdə tutulurdu ki, pedaqoji və şərq fakültələri altı ilə azərbaycanlılaş-dırılsın. Tibb fakültəsində müəyyən səbəblərdən konkret vaxt qoyulmasa da, bu işə başlanılması nəzərdə tutulmuşdu.
Şübhəsiz ki, bu işdə BDU-nun ilk azərbaycanlı rektoru – T.Şahbazinin də rolu olmuşdur. Sənədlər və materialların təhlili göstərir ki, Universitetin türkləşdirilməsi tələbələrin, müəllimlərin içərisində azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində dərslik və tədris vəsaitlərinin hazırlanması və çap edilməsi olmaqla üç istiqamətdə həyata keçirilmişdir.
Qeyd edək ki, bu işin müsbət nəticəsi özünü çox gözlətmədi. Belə ki, əgər 1924/25-ci tədris ilində bütün tələbələrin içirisində azərbaycanlılar 39% təşkil et-mişdisə, 1926/27-ci tədris ilində bu rəqəm 68%-ə qalxmışdı (5, 147).
Bu işdə ikinci mühüm istiqamət yuxarı akademik heyətin və elmi işçilərin 59
içərsiində azərbaycanlıların sayının artırılması idi ki, 1929/30-cu tədris ilində bu istiqamətdə görülən işlərin tendensiyası açıq-aşkar görülməkdədir. Məsələn, əgər 1924/25-ci tədris ilində bütün akademik heyətin içərisində azərbaycanlılar 21,8% təşkil edirdisə, 1929/30-cu tədris ilində bu 39,2%-ə yüksəlmişdi. Elmi işçilərin ümu-mi çəkisi isə 75%-ə çatmışdır (5, 148-149). Ali təhsil ocağında çalışan bəzi profes-sorlar, məsələn professor M.E.Evlaxov, professor İ.İ.Şirokoqorov və digərləri univer-sitetin türkləşdirilməsinə qarşı çıxsalar da, bunun bir nəticəsi olmadı. Şübhəsiz bu proses Azərbaycanda «proletkult» mədəniyyəti yaradılması siyasətinin tam gücü ilə həyata keçirilməsinə imkan vermirdi.
BDU-da güclü elmi kadrların cəmləşməsi və xalqını, millətini düşünən, bütün basqılara baxmayaraq milli şüurun, mənliyin hələ də yüksək olması hökumət dairələrini ciddi narahat edirdi. 1930-cu ildə Universitetin bağlanmasında bu amilin də rolu oldu.
1934-cü ildə BDU yenidən bərpa edildikdən sonra o yenə də Vətənimizdə elm və maarifin əsas mərkəzlərindən birinə çevrildi. Bu ali təhsil ocağının müəllim və tələbələrinin bir qismi dövrün bütün çətinliklərinə baxmayaraq şəraitə uyğun formada milli ideologiyanın əsas daşıyıcıları olmuşdur.
1936-cı ildə SSRİ Konstitusiyası qəbul edildi. Orada qeyd edildi ki, artıq Sovet İttifaqında sosializm tam qələbə çalmışdır. Buna görə də Sovetlər imperiyasında yaşayan xalqlar bir-birinə yaxınlaşıb qovuşmalıdırlar.
Sovet Konstitusiyasına uyğun şəkildə 1937-ci ildə Azərbaycan SSR Konstitu-siyası qəbul edildi. Bu sənədə əsasən xalqımızın adı da repressiyaya məruz qaldı.
Beləliklə, bütün sahələrdə olduğu kimi elm və təhsil, mənəviyyat və mədəniy-yət sahəsində də yeni bir dövr başlandı. Milli düşüncə, milli mənlik və şüur, bir sözlə milliliyi insanlara xatırladan və onu adamların düşüncəsindən qoparmağa imkan verməyən hər şeyin məhv edilməsi istiqamətində məqsədyönlü siyasət aparılmağa başlandı. Bu siyasətin həyata keçirilməsi sahəsində görülən işlərdən biri də Azər-baycanda rus dilinin tətbiqinin genişləndirilməsi və Azərbaycan dilinin sıxışdırılaraq aradan çıxarılması cəhdləri oldu.
AK(b)P MK-nın bürosunda bu məsələ müzakirə edilərkən qərara alınmışdır ki, BDU-da dərslər yalnız rusca aparılsın və bunu reallaşdırmaq üçün universitetin rəhbərliyinə də müvafiq göstəriş verilmişdir (9, 37). Lakin BDU-nun milli dünyagö-rüşlü müəllim və tələbələri zamanın imkan verdiyi şərtlər daxilində buna etirazlarını müxtəlif formada bildirmişdilər. BDU-da, xüsusən gənclər arasındakı bu narazılıq hökumət dairələrini də narahat etməyə başlamışdı. Bu cəhətdən 7 yanvar 1937-ci ildə həbs edilən, sonra da güllələnən BDU-nun rektoru, prof. B.Həsənbəyovun 5 aprel 1937-ci ildəki istintaqı olduqca maraqlıdır. Müstəntiq rektora sual verir: «İstintaqa məlumdur ki, Siz ADU-nun (yəni BDU-nun redaktor) tələbələri arasında millətçi əhval-ruhiyyəni qızışdırmaq məqsədi ilə tədrisin yalnız rus dilində aparılması xəttini aparmısınız. Bunu boynunuza alırsınızmı?
Cavab: mən bu sualı düzgün hesab etmirəm. ADU-da fənlərin yalnız rus dilində tədris olunması ilə bağlı məsələ AK(b)P MK-nın bürosunda müzakirə olunmuş və bu barədə oradan müvafiq göstəriş almışdım» (9,36-37).
Maraqlıdır, tədrisi əsasən yerli dildə, o zamanlar deyildiyi kimi türk dilində aparmaq istəyənlərə, məsələn 1926-1929-cu illərdə BDU-nun rektoru olmuş T.Şah-baziyə əksinqilabi-millətçi, rus dilində aparmaq istəyənlərə isə millətçiliyi qızışdır-maq ittihamı verirdilər. Düşündürücü cəhət həm də budur ki, hər iki halda göstəriş 60
kommunist partiyası və hökumətdən gəlməsinə baxmayaraq, qərarı verənlər yox, icraçılar cəzalandırılmışdı.
Qeyd edim ki, azərbaycanlı tələbələr tədrisin, iclasların və digər kütləvi tədbirlərin yalnız rus dilində aparılmasına daha açıq etiraz bildirmişdilər. Məsələn, Universitetin rektoru, prof. B.Həsənbəyov BDU-da keçirilən iclasların birində rusca çıxış edərkən tələbələr yerdən həm yazılı, həm də şifahi şəkildə bildirmişdilər ki, rusca çıxışının mahiyyəti haqqında azərbaycanca da məlumat versin. Rektor isə bundan bərk əsəbləşərək «sizə ayıb olsun ki, məsələnin azərbaycancaya tərcümə olunmasını deyirsiniz. Hələ bir özünüzü ADU-nun tələbəsi də adlandırırsınız» deyə cavab vermişdir (11, 109).
BDU-nun tələbələri universitetin kitabxanasında azərbaycanca dərslik və müvafiq ədəbiyyatların olmamasına da etirazlarını bildirmişdilər. Narazılığın daha da böyüməməsi üçün rektor hətta yaxın dostu və Universitetə vəzifəyə təyin olunduqdan sonra özü tərəfindən əsaslı kitabxanaya müdir təyin edilən A.Məmmədovu işdən azad etməyə məcbur olmuşdur. Yaxın dostunu işdən azad etməsinin səbəbini soruşan müstəntiqə o, belə cavab vermişdir: «Kitabxanada Azərbaycan dilində kitabların az olması ilə bağlı məsələdə əsas günahkar Ağamir Məmmədov olmuşdur. Çünki kitab-xananı vaxtında belə ədəbiyyatlarla təchiz etməmişdir…Azərbaycanlı tələbələrin Azərbaycan dilində dərslik və lazımi ədəbiyyatlarla təmin edilməməsi tədris işinin pozulmaısna və onların narazılığının artmaısna gətirib çıxarmışdır» (9, 40).
B.Həsənbəyov universitetdə Azərbaycan dilində tədris vəsaitlərinin az olması və mühazirələrin ancaq rus dilində aparılması ilə bağlı olan narazılığı dəyişməyə cəhd göstərdiyini, lakin buna tam nail ola bilmədiyini də müstəntiqə etiraf edir: «Mən ADU-da 1935-ci ilin yanvarından–tədris ilinin yarısından işləməyə başlamışam. Hələ mənə qədər qoyulan qaydaya görə bütün mühazirələr rus dilində oxunurdu. Onda da bu, rus dilini bilməyən azərbaycanlı tələbələr arasında narazılıq doğururdu… Doğrudan da mən bu qaydanı dəyişdirmədim. Hərçənd başa düşürdüm ki, bu tələbələr arasında narazılıq yaradır. Ona görə 1935/36-cı tədris ilindən bu qayda dəyişdirildi və mühazirələr həm rus, həm də Azərbaycan dilində keçilməyə başlandı. Mən təsdiq edirəm ki, ciddi siyasi səhvə yol vermişəm. Vaxtında Azərbaycan dilində mühazirələr oxunmasını təşkil etməmişəm» (9, 47).
Azərbaycan xalqı, o cumlədən BDU 30-cu illər repressiyasında ağır itkilərə məruz qaldı. Repressiya nəticəsində xalqımız millətin zehni sərvətini təşkil edən parlaq simalardan, insanların ağıl və düşüncəsindən, intellektual potensialından məhrum edildi. Əslində bu, həm də millətin on illərlə formalaşan genefondunun məhv edilməsi, nəsillər arasında əlaqələrin kəsilməsi demək idi.
Respublika MTN-nin məlumatına görə 01 yanvar 1934-cü ildən 01 yanvar 1939-cu ilə qədər Azərbaycandan 27.458 nəfər «əksinqilabi» və «antisovet» fəaliyyətinə görə günahsız yerə cəzalandırılmışdır.
Ürək ağrısı ilə deməliyik ki, bütövlükdə əhalinin hər min nəfərinə düşən repressiya olunanların sayına görə Azərbaycan birinci yerdə olmuşdur. Sonrakı yerlərdə Özbəkistan, Ukrayna və RSFSR gəlir (18,1).
Repressiya dalğasının ən çox vurduğu müəssisələrdən biri də BDU olmuşdur. Respublikanın bu qabaqcıl elm və təhsil müəssisəsindən 50-dən çox professor, elmi işçi və müəllim, 20-yə qədər tələbə təqib, təzyiq və güllələnməyə məruz qalmışdır (ilk dəfə müəlliflər tərəfindən hazırlanan və dəqiqləşdirilməsi üçün müvafiq arxivlərdə çalışmaların davam etdirildiyi təxmini siyahı əlavə olunur).
61
Repressiya illərində BDU-nun 1926-cı ildən 1937-ci ilə qədər rektoru olmuş dörd nəfər güllələnmişdir. Bunlar aşağıdakılardır:
1. 1926-1929-cu illər- BDU-nun ilk azərbaycanlı rektoru Şahbazov Tağı Abbas oğlu- Tağı Şahbazi (6);
2. 1929-1930-cu illər- Maqsud Məmməd oğlu Məmmədov (7);
3. 1934-1935-ci illər- Məməmdkazım Ələkbər oğlu Ələkbərli (8);
4. 1935-1937-ci illər – Balabəy Cabbar oğlu Həsənbəyov (9).
Repressiya dövründə Universitetin iki fakültəsinin – Şərq və Tarix fakütəsinin dekanları da güllələnməyə məruz qalmışdır.
Qeyd edək ki, Şərq fakültəsinə elmi əsərlərinin dəyəri Azərbaycan sərhəd-lərindən kənarda da kifayət qədər tanınıb qəbul edilən professor B.Çobanzadə, profes-sor Ə.Qubaydullin kimi şəxslər müxtəlif vaxtlarda rəhbərlik etmişdir. Bu alimlər Və-tənimizdə bütöv bir şərqşünaslar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər.
1934-cü ildə BDU dördillik fasilədən sonra yenidən fəaliyyətə başladıqda Tarix fakültəsinin dekanı vəzifəsinə görkəmli tarixçi alim, professor B.N.Tixomirov təyin oulnmuşdu.
Qeyd edək ki, BDU-da əməkdaşları ən çox repressiyaya məruz qalan fakültə məhz Tarix fakültəsi olmuşdur. Bu fakültənin dekanı professor B.N.Tixomirovla yanaşı dekan müavinləri dosent Baba Əsgərov və dosent H.Biləndərli, Müstəmləkə və asılı ölkələr tarixi kafedrasının müdiri professor Bukşpan, SSRİ xalqları tarixi kafedrasının müdiri, professor Ə.Qubaydullin və digərləri də günahsız yerə həbs edilərək güllələnmişdir (10; 11; 12).
MTN-nin arxivində saxlanılan repressiyaya məruz qalmışların sənədlərinin təhlili göstərir ki, repressiya dövründə BDU-da ən çox əməkdaşları cəzaya məruz qalan kafedralar siyasi iqtisad, fəlsəfə və SSRİ xalqları tarixi kafedraları olmuşdur.
1937-ci ildə BDU-nun rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra onun başçılıq etdiyi siyasi iqtisad kafedrasının da qara günləri başladı. Mübaliğəsiz demək olar ki, BDU-da ən çox əməkdaşı repressiyaya məruz qalmış kafedra məhz siyasi iqtisad kafedrası olmuşdur. Professor B.Həsənbəyovdan başqa bu kafedranın müəllimlərindən professor Çiçikalov (O, 1920-ci illərin II yarısında dialektik materia-lizm kafedrasına rəhbərlik etmişdir), professor Safranoviç, dosent Əli Məmməd-bəyov, dosent İsrafil Axundov və b. cəza aparatının qurbanı olmuşdur.
Repressiya BDU-nun kitabaxanasından da yan keçməmişdir. 1937-ci il okt-yabrın 7-də BDU-nun əsaslı kitabxanasının direktoru olmuş Ağamir Məmmədov (o, həm də SSRİ EA Azərbaycan filialının elmi işçisi olmuşdu) «Azərbaycan əksinqilabi millətçi təşkilatın üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə me-todlarından biri kimi fərdi terrorun tətbiq edilməsi mövqeyində dayanmış, habelə kapitalist dövlətlərinin nümayəndələri ilə əksinqilabi əlaqə saxlamış, onları Azər-baycan SSR-dəki vəziyyətlə bağlı xəbərlərlə məlumatlandırmışdır» kimi əsassız iddialarla həbs edilib güllələnmişdir (13).
BDU-nun elmi katibi, dosent Əli Məmmədbəyov, partiya təşkilatının katibi Əbdül Yusifov, hazırlıq şöbəsinin müdiri Baba Babayev də repressiya qurbanlarından olmuşdur.
Repressiyaya təkcə BDU-nun müəllimləri deyil, təəssüf ki, tələbələri də məruz qalmışlar. Bu dövrdə tələbələrdən 20 nəfərə yaxını əsassız yerə istintaqa cəlb edilərək qorxudulmuş, təqib olunmuş, sürgünə göndərilmiş və ya güllələnmişdir. Bu baxımdan BDU-nun tarix fakültəsinin tələbələri repressiya sarsıntılarını daha çox keçirməyə 62
məcbur olmuşdur.
Etiraf olunmalıdır ki, xalqın daxilində ədalətsizliyə, milli ləyaqətin tapdalan-masına qarşı etiraz səsini qaldıra bilmək kimi qürurverici hisslərin, dünyagörüşün formalaşmasında BDU-nun mühüm rolu olmuşdur. 1940-cu ilin əvvəllərində 1937-ci ilin dəhşətli qırmızı terrorundan o qədər də çox vaxt keçməmişdir. Amma buna bax-mayaraq BDU-nun tələbələri mövcud quruluşa qarşı mübarizə məqsədilə qüvvələrin birləşdirilməsinə, təşkilatlanmasına başlamışdılar. Bu məqsədlə onlar gizli antisovet, milli azadlıq uğrunda qruplar yaratmışlar: «Hələ 1941-ci ilin yazında sovet quru-luşuna, kommunist partiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmaq, müstəqil dövlət yaratmaq məqsədilə vətənpərvər qüvvələri birləşdirmək üçün tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet millətçi qrup fəaliyyətə başlamışdı. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi» (22, 354).
BDU-nun tələbələri 1943-cü ildə gizli fəaliyyət göstərən «İldırım» təşkilatı yaratmışdılar. Filologiya fakültəsinin tələbəsi Gülhüseyn Abdullayevin (Hüseyn oğlu) təşəbbüsü ilə yaradılmış bu təşkilat Sovet hökumətinin, kommunist partiyasının milli siyasətini, Azərbaycan dilinin sıxışdırılmasını ciddi tənqid edir, geniş təbliğat üçün imkan və vasitələr axtarırdı.
Lakin bu gənclər sonralar təkcə öz qüvvələri ilə məqsədlərinə çatmağın mümkün olmadığı qənaətinə gəlib taktikalarını dəyişdilər. «Gizli fəaliyyət göstərən «İldırım» təşkilatının üzvü olan bir qrup vətənpərvər və romantik gənc Azərbaycanın azadlığa çıxması üçün xalqa onun qüvvələrini birləşdirə biləcək, tanınmış güclü bir liderin rəhbərlik etməsini vacib bilərək Səməd Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün». Lakin o dövrdəki şərait bunu reallaşdırmağa imkan vermədiyi üçün məktub cavabsız qaldı (22, 282).
1956-1960-cı illərdə BDU xalqın öz söykökündən uzaqlaşmaması, milli şüurunun yüksəlməsi, elmi, intellektual potensialının artması sahəsində üzərinə düşən işləri və ona bəslənilən ümidləri şərəflə yerinə yetirdi.
Azərbaycan xalqının mənliyinin, milli şüurunun və ruhunun, dilinin qorunub saxlanılması və inkişaf etdirilməsində BDU-da çox işlər görülmüşdür. «Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı Azrəbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik» (1).
1950-ci illərin ikinci yarısında respublikada Azərbaycan dilinin dövlət dili olması və və onun məişət dili səviyyəsinə endirilməsinin qarşısını almaq üçün aparılan mübarizədən BDU-nun müəllim və tələbələri də kənarda qalmamışdılar. «N.Hikmət ADU-da olur, Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşür. Birdən rəyasət heyətinə Nazim Hikmətə ünvanlanmış təxminən belə məzmunlu bir məktub gəlir ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə və Azərbaycan dilində danışmırsa, onu necə adlandırmaq olar? Görünür, N.Hikmət bu məktubu oxumur və ona cavab vermir. M.İbrahimov həmin dəqiəqə bu məktubu oxuyur və deyir: «Belə adamı əclaf adlandırmaq olar» (23, 476).
1957-ci il dekabrın 12-də BDU-nun (bəzi müəlliflərin fikrincə 1962. Bax: 2, 390) məşhur yetirmələri sonralar respublikanın qabaqcıl ziyalıları olmuş Xudu Məmmədov, xeyli müddət BDU-da müəllim işləmiş Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, O.Eldəgəz və b., həmçinin, bəzi vəzifəli şəxslər birləşib gizli «Milli Azadlıq Qərargahı» təşkil etmişdilər. Onlar müxtəlif vasitələrlə dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətini xalqın milli oyanışına yönəltməyə çalışırdılar (15, 20).
63
1964-cü ildə A.Mikoyan SSRİ Ali Sovetinin sədri kimi Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsi üçün Xruşşova təsir göstərməyə növbəti cəhd etdi. Bu işin baş tutmamasında Azərbaycan ziyalılarının, xüsusən BDU-nun müəllimi, prof. Abbas Zamanovun apardığı fəal işin də böyük əhəmiyyəti oldu. Təqib və təzyiqlərə baxmayaraq bu dəyərli alim 1960-1970-ci illərdə milli şüurun oyanmasında yorulmadan çalışmışdır.
Ümumiyyətlə, yeni nəşr olunan ədəbiyyatların və üzə çıxarılan arxiv mate-riallarının müqayisəli təhlili göstərir ki, bu dövrdə Azərbaycanda milli azadlıq uğrunda yeni mübariz nəsil yetişməkdə idi. Bu cəhətdən BDU xüsusilə fərqlənmişdi. 1960-cı illərin əvvəllərində burada azadfikirli tələbələrdən bir qrupu Əbülfəz Əliyevin (sonralar Elçibəy ləqəbini qəbul etmişdir) başçılığı ilə gizli siyasi mübarizəyə başlamaq üçün təşkilatlanmışdılar. Onlar gizli özək təşkil etmiş, üçlük qruplar yarada-raq tələbə gəncləri azadlıq uğrunda mübarizə ruhunda tərbiyə etməyə çalışmışdılar.
1960-cı illərdə gizli təşkilatlar yaratma meyli xeyli güclənmişdi. Bu dövrdə yaranan «Milli Azərbaycan partiyası-Səadət» ziyalılar, gənclər, tələbələr arasında ehtiyatlı, fəal təbliğat işi aparmışdı (15, 21).
1960-cı illərdə milli oyanışın artması onu göstərdi ki, sovet işğal rejiminin bütün cəhdlərinə baxmayaraq imperiya xalqımızın azadlıq istəyini, ideyalarını məhv edə bilməmişdir. Bu ideyalar vətənpərvər şair və yazıçılarımızın, ləyaqətli alimləri-mizin, o cümlədən BDU-nun alimlərinin əsərlərində yaşamış və əks olunmuşdur.
Azərbaycan milli şüurunun oyanması və milli ruhun inkişafında SSRİ-nin türk respublikaları içərisində ilk dəfə Bakıda, 1969-cu ildə yaradılmış BDU-nun Türko-logiya kafedrasının da mühüm rolu olmuşdur. Bu işdə 15 ilə yaxın bu kafedraya rəhbərlik etmiş prof. Fərhad Zeynalovun və sonrakı illərdə prof. Tofiq Hacıyevin də xidmətləri qeyd edilməlidir.
Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, yadellilərə qarşı müba-rizədə bir simvola çevrilən Gəncənin adının demək olar ki, qadağan olunduğu bir vaxtda, 1966-cı ildə BDU-nun o dövrdə gənc olan müəllimi S.Əliyarov Kirovabad şəhərinin adının dəyişdirilərək ona əvvəlki adının verilməsi haqqında cəsarətli bir məqalə yazdı. Bu məqalə «Ədəbiyyat» qəzetində 8 yanvar 1966-cı ildə çap edildi.
Qeyd edək ki, bu yazının, redaktorun xəbəri olmadan, redakisiya heyətində müzakirə edilmədən çap edilməsində qəzetin o dövr məsul katibi, mərhum yazıçı Əlfi Qasımov əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi. Məqaləyə görə o işdən uzaqlaşdırılsa da, bu gün biz onu minnətdarlıqla xatırlayırıq. Geniş ictimai rezonans doğurmuş bu məqaləyə görə redaksiyaya yüzlərlə oxucu məktubu göndərilmişdi. Görkəmli alimlərdən Qasım Qasımzadə, Kamran Məmmədov, Tofiq Sultanov və Qulu Xəlilov birgə yazdıqları məqalədə S.Əliyarovun mövqeyini müdafiə etmişdilər. Xarici ölkələrdə, o cümlədən Türkiyədə də bu məqaləyə «Yeni istiqlal» qəzetinin 30 mart 1966-cı il sayında «Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kompaniya» adlı yazısı ilə münasibət bildirilmişdi (15, 24).
Məlumdur ki, Azərbaycanın Rusiyaya «Könüllü birləşmə»sinin şərəfinə 1964-cü ildə ona Lenin ordeni verilmişdi. Könüllü boyunduruq, könüllü əsarət və mədəniləşdiricilik. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı konsepsiyasına rəsmi dövlət baxışları məhz belə idi və tarixçilərimizin də böyük əksəriyyəti bu hökumət konsepsiyasını müdafiə edirdi. Xoşbəxtlikdən istisnalar da var idi.
BDU-nun əməkdaşı da bu istisnanı yaradan çox azsaylı alimlərdən biri idi.
1969-cu illərin sonunda S.Əliyarovun «Quzey Azərbaycanın Rusiya ilə 64
birləşdirilməsi və iqtisadi vəziyyət» adlı doktorluq dissertasiyasında (qeyd edək ki, bu işin müdafiəsinə imkan verilməmişdi). SSRİ-dəki rəsmi konsepsiyanın- Azərbaycanın Rusiyaya könüllü birləşməsi, bunun yalnız və mütləq mütərəqqi tarixi hadisə olması haqqındakı fikirlərin əksinə olaraq Rusiyanın torpaqlarımızı milli qırğın hesabına, hərbi müdaxilə yolu ilə işğal etməsini, Rusiyanın müstəmləkəçi dövlət olmasını arxiv materialları və sənədlərlə əsaslandırılması mühüm hadisə oldu. Şübhəsiz, tarixşünas-lığımızda prinsipcə yeni olan bu elmi nəticə «partiyalılıq prinsiplərindən kənara çıx-dığı» üçün çoxsaylı tənqidlərə məruz qaldı. Ancaq bu yeni elmi nəticə Azərbaycanın görkəmli alimləri-B.Vahabzadə. Z.Bünyadov, M.İsmayılov və digərləri tərəfindən müdafiə edildi (4,3-4;15;26). Sonralar 1994-cü ildə BDU-nun 75 illik yubileyində bu konsepsiyanın doğru olduğunu
Sovet imperialist tarixçiləri və onların respublikamızdakı əlaltıları kommunist partiyasının köməiynə arxalanaraq xalqımızın soykökünü, milli kimliyini unutdur-maq, milli ruhu alçaltmaq, öldürmək cəhdlərini davam etdirirdilər. Bu səbəbdən xalqımızın soykökü problemi ilə bağlı tarixçi, dilçi alimlərimizin elmi faktlara, mən-bələrin müqayisəli tədqiqinə əsaslanaraq yazılan əsərləri böyük əhəmiyyətə malik idi. Belə əsərlər rəsmi dövlət ideologiyasından fərqlənsə də, milli oyanışa güclü təsir etmişdi. BDU-nun müəllimlərindən prof. S.Əliyarlının, prof. T.Hacıyevin və digərlərinin yazdıqları əsərlər, göstərdikləri məqsədyönlü, səmərəli elmi fəaliyyət xüsusi qeyd edilməlidir. Bu alimlərin əsərləri rəsmi partiya və dövlət konsepsiyasının elmi həqiqətdən uzaq, xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan ideologiyadan fərqli olaraq milli ruhda, vətəndaşlıq mövqeyindən yazılmışdır.
Yazdığı elmi əsərlərdə, mətbuat və televiziyadakı çıxışlarında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən alimlərdən biri də professor Ş.Hüseynov olmuşdur.
1980-cı illərin ortalarında sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həya-tında böhranlı vəziyyətin yaranması ilə onun çökmə prosesi yeni mərhələyə daxil oldu.
Sovet ideoloji aparatı işğal nəticəsində tabe etdiyi xalqlarda özünü müstəqil idarə edə bilməmək, təsərrüfat qurmaq qabiliyyətinə inamsızlıq hissləri aşılamaqla yanaşı, çox müxtəlif məkrli münaqişələr, o cümlədən millətlərarası münaqişələr törətdi. Daxili və xarici vəziyyətin belə mürəkkəb bir zamanında Azərbaycanda Milli Azadlıq Hərəkatı başladı.
Fəxrlə demək olar ki, milli azadlıq, müstəqillik, demokratiya ideyalarının yaşadılıb yayıldığı ən başlıca mərkəzlərdən biri BDU olmuşdur.

Beləliklə, qətiyyətlə söyləyə bilərik ki, BDU Azərbaycan tarixi və ədəbiyyatı-nın ən mürəkkəb məsələlərinin araşdırılmasında, Azərbaycan dilinin qorunmasında, milli mənlik şüurunun formalaşıb inkişaf etməsində, milli demokratik ideyaların ya-yılmasında, müstəmləkəçi xarakter daşıyan sovet ideologiyası və rejiminə qarşı mü-barizədə, milli azadlıq hərəkatının başlanması, gedişi və uğurla başa çatmasında, döv-lətçiliyimizin qorunub saxlanılması və möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
ƏDƏBİYYAT

REPRESSİYAYA MƏRUZ QALMIŞ MÜƏLLİMLƏR:
1. Tağı Şahbazi-Rektor- 1926-1929
2. Maqsud Məmmədov-Rektor-1929-1930
3. Balabəy Həsənbəyov – prof, siyasi iqtisad. Rektor, 1935-1937
4. Məmmədkazım Ələkbər oğlu Ələkbərli- Rektor-1934-1935
5. Boris Tixomirov – prof, SSRİ xalq tarixi kaf. müdiri.
6. Bəkir Çobanzadə- prof. Türk dili və ədəb.kaf. Şərq fak. dekanı
7. Aleksandr Bukşpan- prof., Müstəmləkə və asılı ölkələr tar. kaf. müdiri
8. Çiçikalov-prof., siyasi iqt.
9. Safranoviç-prof., siyasi iqt
10. Nikolayev – prof., tarixçi
11. Belyayev-prof.
12. Drabkin-prof.
13. Əziz Qubaydullin- SSRİ xalq tar. kaf. müdiri, 1936-1937
14. Əli Məmmədbəyov – dos. Siyasi iqt.kaf, 1935-ci ildən elmi katib
15. Ağamir Məmmədov- əsaslı kitabxananın direktoru
16. Əhməd Kazımov – dos. Fəls.kaf.müdir əvəzi
17. İsrafil Kazımov – dos.siyasi.iqt.
18. Yusifov Ədbül- partiya təşk.kat.
19. Baba Babayev – Hazırlıq şöb. müdiri, assistent
20. Hüseynəli Biləndərli- dos. SSRİ xalq tarixi kaf., Tarix fak. dekan müavini
21. Baba Əsgərov-dos., SSRİ xalqları tar.kaf., dekan müavini
22. Abbas Nəbiyev- müəllim, təqib olunub, ancaq həbs olunmayıb
23. Heydər Verdiyev –müəllim
24. Ədil Abdullayev- BDU-da bölmə müdiri, assisent
25. Abbas Yusifov- BDU ümumi tarix kaf. müəllimi.
26. Mirzə Məmmədov-BDU, part.tar.kaf.müd., müəllim
27. Əşrəf Quliyev-BDU, tarix müəllimi
28. Əbülfəz Axundov-BDU, ümumi tarix kaf. müəllimi
29. Məcid Həmzəyev –BDU, fəlsəfə müəllimi
30. Cabbar Məmmədov-
31. Belenki-
32. Ziffeld Simmumyaqi A.R.-BDU, Şərq fak.-1928-1931
33. Məmməd Bayramov-BDU-nun keç.tələbəsi, həbs olunanda APİ-nin müəllimi
34. Vəli Xuluflu- prof., BDU-nun şərq fak.keç.tələbəsi
35. Həsən İmanov- BDU-nun keç.tələb. həbs olunan zaman SSRİ EA Az.fil. elmi işçi
36. Abdulla Tağızadə -tələbə
37. Mikayıl Hüseynov- BDU-nun keç.tələbəsi, həbs olunan zaman Az K (b) P MK-da bölmə müdiri, APİ-də kaf. müdiri.
38. Eravanski Mehdi- dos., BDU-əvv.ümumi tarix, sonra qədim dünya tarixi kafedrası
39. Arşak Aleksandrov-komsomol kom.katibi,
40. Melyux- BDU, müəllim-Leninqrada gedib.
67
41. Pankratov- BDU, müəllim
42. Mövsüm Salamov- BDU-nun keç.təl, həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru
43. Ələsgər Ələkbərov- BDU-nun keç.tələbəsi, həbs olunan zaman SSRİ EA Az.fil.elmi işçi.
44. İdris Həsənov-BDU-nun keçmiş tələbəsi, elmi işçi-1925-1930-cu illərdə
45. Baharlı Məmmədhəsən-1920-1923-cü illərdə BDU-nun şərq fak. müəllimi olub.
46. Heydər Hüseynov-BDU-nun keç.tələbəsi, akademik
47. Hənəfi Zeynallı-BDU-nun keçmiş tələbəsi, Şərq fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, həbs olunan zaman EA Az.fil. elmi işçisi
48. Cavadbəy Rəfibəyov – BDU, müəllim, dosent, «Şərq incəsənəti tarixi» kaf., 1927-1932
49. Sumbatzadə Əlisöhbət-akademik, BDU-nun keçmiş tələbəsi, 1937-ci ildə həbs olunub, 1940-1950–ci illərdə BDU, Ümumi tarix kafedrasının müdiri
50. Yusif Vəzir Çəmənzəminli- 1927-1928-ci illərdə BDU-da, aspiranturada oxuyub.
51. Abdulla Şərifov - BDU-nun keçmiş tələbəsi, həbs olunan zaman EA Az.fil.elmi, işçi.
52. Əmin Abid- 1926-1929-cu illərdə BDU-da müəllim
TƏLƏBƏLƏR
1. Abbasov Xasay
2. Nəsibov - aspirant
3. Bədəlbəyli
4. Tağıyev -1936-da repressiya olunub.
5. İsgəndər Yusifov
6. Əkbər Dadaşlı-tarix fak. II kurs.
7. Hüsyen Mütəllibov-tarif fak II kurs.
8. Məmməd Qazıyev –Tarix fak.II kurs.
9. Cəfər ibrahimov – tarix fak. II kurs.
10. Xasay Abbasov
11. Muxtar Qasımov
12. Əjdər Ənnağıyev –Tarix fak.
13. Züleyxa Əliyeva
14. Qara Sadıqov –Tarix fak. II kurs.
15. Salamzadə Əbülfəz-BDU-nun keçmiş tələbəsi, Leninqrad şəhərində aspirant

Baxış: 479 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Oktyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz