Cümə, 03.05.2024, 04:14
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 26 » Memmed Emin Resulzade:Tutacagimiz yol meqalesi.
21:00
Memmed Emin Resulzade:Tutacagimiz yol meqalesi.
MƏMMƏD ƏMİN RƏSULZADƏ
MİLLİ DİRİLİK

Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hankı bəşər dəstəsinə mənsub olduğunu göstərir bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doqsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsl bunun üçündür ki, təmsil (asimilasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verir və ən əvvəl bir millətin dilini yaddan çıqartmağa səy edirlər. Qədim zamanlarda -ki insanlar daha mübtədi bir halda idilər, din daha qüvvətli bir ictimai amil ədd olunuyordu- hakim millətləri özləri kibi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvveti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yayınki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular; bunun üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili tahdid olundu.

İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcəddüd etmək istədikdə və milliyyətcə bənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən həman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyyunları sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islamda özünə mömin olan müxtəlif millətlərdən bir millət vücudə gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə, bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduquna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xasiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır, ümumi bir türkcəyə, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır.

Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan ən birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydən ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdə müstəqil və əcnəbi dillərin nüfuzundan azadə xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğara kibi hamımız, təbiri caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq dil ilə yazmaqdayız.

Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərə əvəz olunmasını tələb ediyor, bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bərtəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsin məlumudur. Bu yoldakı fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfində az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü bizdə mili dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qabil olacaqdır. Bu müqəddəmətlər hazır olmadığı müddətcə həmin məsələnin həllinə qalxışmaq bir az əcələ olar. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih, bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyoruz. Yalnız bunu söyləmək istəyoruz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır.

Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər:
Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmani deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlar da hələ dediyimiz məsələdə hakim olacaq bir dərəceyi-əhəmiyyətə malik deyildirlər.Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur -deyə, həmən ərəbcə, farsca, yaxud rusca və ya fransızcaya müraciət ediyoruz; halbuki qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındakı dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsnada kəşf etdim. Məgərsə “panika” “çaxnaq” imiş. Bu qədər qəşəng, həm də az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xələcan, bilməm nə kibi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdi.

İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsali və sair xalq ədəbiyyatına aid olan parçaları eynilə toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücudə gəldi.

Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücudə gəldikdən sonra “təsfiyeyi-lisan” deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir.

Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kibi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar.

Bilməlidir ki, bir dil süni bir yolda xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqi isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, imdiki türkcənin halına düşər. Halbuki xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər.

Milli dilin diriliyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lüzumlu şeylərdir. Çünki müəyyən bir ədibin öz benliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin ruhi-əslisi həmən təzahür etməkdə və o millətin nə kibi bir ruh və hissə malik olduğu və nə kibi xüsusiyyətlərinin muhtacı-islah və ta tərbiyə olunduğu rəna bir surətdə görünməkdədir.

Köhnə ədiblərlə, ədəbiyyatın tarixini yazmaq, bir türk tarixi- ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi nəzərdən olduqca müfid və lazımdır.

Bu xüsusları nəzərə alaraq, çox yaqşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı.

Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır.

Ey, millətin istiqbalini təmin edəcək türk gəncliyi haradasan?

“Dirilik”, 1 dekabr, 1914, №6

Baxış: 1090 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz