Cümə axşamı, 25.04.2024, 23:08
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 24
MƏMMƏD ƏMİN RƏSULZADƏ
TUTACAĞIMIZ YOL

(...)

Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: Dil, din və zaman.

Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaən əleyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır.

Dincə müsəlmanız. Hər bir din öz mütədiyyunları arasında məxsus bir təməddün vücudə gətirmişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətləri ilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə, ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcceh və dilimiz müəyyən virdlər və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kibi, ... Ardını oxu

Baxış: 760 | Əlavə edib: Oguzturk | Tarix: 24.09.2010 | Şərhlər (0)

ORTAQ TÜRKCƏ HAQQINDA MƏQALƏLƏR
HƏSƏN BƏY ZƏRDABİ
İTTİHADİ-LİSAN

Keçən nömrədə dil və din barəsində yazmışdıq ki, hər tayfa elm təhsil edən vaxtda lazımdır ki, öz dilini və dinini bərk saxlasın. Həqiqət, elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Belədə insanın rəyi də təğyir tapa bilir və əgər din bizim avam mollalar deyən kimi olsa ki, hər bir tərəfdən götürdüyümüz adətləri də dinə qarıştırıblar, o vaqtda belə din ağıl ilə düz gəlmədiyinə bərpa olur. Ona görə lazımdır ki, mətləb əsil din üstə olsun. Əsil din işıqdan qorxmaz. Hətta dəxi artıq işıqlanıb şəfəqi dəxi uzağa gedər. Pəs elm təhsil etməkdən din əldən getməz. Bəşərti ki, din əsil din ola. Vay elmsiz, qeyri tayfalara qarışanların gününə ki, zikr olan hala düşəndə dayaqsız uyuq kimi olduqlarına, bir bərk küləyə bənddirlər ... Ardını oxu

Baxış: 4143 | Əlavə edib: Oguzturk | Tarix: 24.09.2010 | Şərhlər (0)

BİR YAŞ (Azerbaycan Gazetesi, 28.V.1919)
Bu gün istiqlalını elan etmiş olduğumuz ve is-tiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb min-lerce xanımanlarımızı xaraba qoyduğumuz bir döv-letin, ye'ni Azerbaycan Türk Dövleti'nin bir yaşı tamam olub da, ikinci yaşa qedem qoyduğu gündür.
Növzad dövletimizin tevellüdü, ana betninden doğulması çetinlikle emele geldi. Ana veten, ba-lasını doğarken, özünü qurban edecek derecesine gelmişdi... Azerbaycan torpağı bir xarâbazâre, bir viraneye dönecek idi. Onun, o mâder-i mehribanm nazik sinesi, zerif bedeni üzerinde gezen qaba ayaq-lar, hem anası betnindeki balasını, çekmelerinin te-pikleri altında tapdalamaq, ezmek ve xurd-xeşil et-mekle anasını da, balasını da öldürmek istiyordular.
Lakin bir zeif sîne içinde gizlenmiş olan eşq ve mehebbet o derece böyük bir qüvvete haiz idi ki, zeif cisim qüvvetli ruh sayesinde düşmen zulmü qarşısmda tâb ve taqetden düşmeyib yaşamaq ve yaşatmaq iqtidarmı qeyb etmedi...
Ana Veten doğ ... Ardını oxu
Baxış: 1008 | Əlavə edib: Oguzturk | Tarix: 24.09.2010 | Şərhlər (0)

Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz