Cümə axşamı, 25.04.2024, 02:23
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Sentyabr » 30
Əlisa Nicat

yazıçı-filosof

Nadir şah Avşar (Nadirqulu xan) 1688-ci il oktyabrın 22-də Xorasandakı Dərəgöz adlanan yerdə doğulub.O,Türk Avşar boyunun Qırxlı qoluna mənsub idi.Atası obanın çobanı idi.O,uşaq yaşlarından atasının yardımçısı olmuş,sonralar isə onu əvəz etmişdi.
Bir gün artıq yeniyetmə olan Nadir sürüdən 700 qoyun götürüb Məşhəddə satdı.Bir neçə sələmçilərin karvanını soydu.Bu yolla pulunu və dəstəsini artırdı.Sorağı yan-yörəyə yayıldı.Nadirin fəaliyyətə başladığı bu illərdə Azərbaycan,Səfəvilər xaqanlığı ən ağır günlərini yaşayırdı.Həmin illər Səfəvilərdə aşağıdakı siyasi olaylar baş vermişdi.Səfəvilər iqtisadi,siyasi,özəlliklə ordu sarıdan elə bir duruma düşmüşdülər ki,bütün xaqanlığı fəth etmək üçün kiçik bir həmlə yetərli idi.


Sultan Hüseynin şah olmasına baxmayaraq ölkəsinin hər oymağında bir bəy ağalıq edirdi.Bundan yararlanan Xalacların Qılzay qolundan olan Türklər Gülnabad vuruşmasında Qızılbaşları yendilər.Səfəvilər 700 döyüşçü və 24 top it ... Ardını oxu

Baxış: 3363 | Əlavə edib: Oguzturk | Tarix: 30.09.2010 | Şərhlər (0)

Əlisa Nicat

yazıçı-filosof

Əslində Türklər həm gündoğar, həm də günbatarda eyni vaxtda “Vura!” sədaları ilə tarixin ilk səhifələrini açmışlar. Bunlar Hun və Şumer türkləridir Şumerlərin ulu qədimlərin zülmətində məşəl kimi yanan sivilizasiyası daşa dönmüş gil lövhəciklərdə bizim günlərə kimi gəlib çıxdığı halda, Hunların dəri və taxta üzərində yazılan mədəniyyət və tarixi zamanın tozu altında çürüyüb getmişdir.

Lakin, ulu Tanrı böyük əməllər sahibini yaradanda onun ölməzliyi qayğısına qalmağıda unutmur. Kimin ağlına gələrdi ki, eramızdan əvvəl 145-ci ildə-Metenin ölümündən cəmi 30 il sonra Hun-Çin müharibələrinin ən qızğın bir dövründə Çinin Xançen əyalətində bir oğlan dünyaya gələcək və öz xalqının düşmənlərinin tarixini olduğu kimi, bəzəksiz-düzəksiz əks etdirib gələcək bütün türkdilli xalqlar üçün misilsiz xidmət göstərəcək. Bu, Sıma Syan idi.
Başqa-başqa adlarlada olsa, Hunlar haqqında Çin məxzələrində hələ eramızdan əvvəl III minilliyin ortalarından soraq gə ... Ardını oxu

Baxış: 642 | Əlavə edib: Oguzturk | Tarix: 30.09.2010 | Şərhlər (0)

Rəfiq Özdək

“Ana dilim üzərində düşünməyə çalışdım.Türk dilinin dərinliklərinə dalınca gözlərimə on səkkiz min aləmdən daha yüksək bir aləm göründü.Bu aləmin yaraşıqlar,bəzəklər içində ənginləşən göyü,doqquz qat göydən daha ucaydı.Bu fəzilətlər,yüksəkliklər xəzinəsinin inciləri ulduzlardan daha parlaqdı.Baxçalarındakı gülləri günəşlər kimiydi...Bu aləmin işıqlı meydanlarında ilhamımın şahə qalxan atını səyirtdim...”

Əlişir Nəvai 9 fevral 1441. ildə Heratda doğulub.Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı.Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi.Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır.Daha sonra Hüseyn Bayqara hökmdar olunca uşaqlıq yoldaşı Nəvaini özünə köməkçi etdi.Ona möhürdarlıq,divanbəyliyi və sonra da “əmir” rütbəsini verdi.
Özü də tanınmış alim və şairlə ... Ardını oxu

Baxış: 632 | Əlavə edib: Oguzturk | Tarix: 30.09.2010 | Şərhlər (0)

Əlisa NİCAT

yazıçı-filosof

Dünyada hələ tarix yox idi.Tarix səni gözləyirdi.Ancaq sən Afina Pallada kimi qılınclı-qalxanlı doğuldun.

Hardan yürüşə başlamısan?

İlk yayın harda dartılıb,ilk oxun harda vıyıldayıb?

Axı Sarı dəniz sahilindən Atlantika sahillərinə təkin torpaq hər yerdə sənin keçmişini,sənin hünərini örtüb.Heç yerdə torpağa toxunmaq olmur.Hər qarış yerdən sənin qılıncın,sənin qəzəbin çıxır.

Hərdən yorğun yay axşamlarında,soyuq qış günlərinin dadlı mürgüsündə gözlərimi yumub sənin ilk yürüşünü təsəvvürümdə canlandırmağa çalışıram.

...Tarixin uzaq alatoranında Altay dağlarının cənub ətəklərində səfalı yaylaqlar,yaşıl düzənliklər diyarında günlərin bir günü igidlər gördülər ki,babaların ulu yurdu-ata-baba ocağı artıq onların ilxıları,sürüləri üçün çox darısqaldır.

Bir səhər Dədə günəş doğanda boy başçıları Qobi Altayının üstünə çıxdılar.Qaplanlar düzünə iynə atsan yerə düşməzdi.Türk boylarının başçıları,ərənləri halay vurub toplanışa çıxmışdılar. ... Ardını oxu

Baxış: 679 | Əlavə edib: Oguzturk | Tarix: 30.09.2010 | Şərhlər (0)

Təqvim
«  Sentyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz