Əsas » 2011 » May » 6 » Kamran Eyvazoglu-Yol verin mən gəlirəm meydana əynimdə kəfən
21:23
Kamran Eyvazoglu-Yol verin mən gəlirəm meydana əynimdə kəfən
Yol verin mən gəlirəm meydana əynimdə kəfən
Talanır yurdu yad əllərdə mənm “şah babamın” Bir baxın qan süzülür, qaysağı qopmuş yaramın? Nə böyük dərdləri varmış Vətən adlı Anamın? Ayaq üstündə gəzən canlı, şəhiddir bu canım Bu həyatdırmı mənə ? Yox bu əzabdır bu ölüm, Hanı cənnət Qarabağ, Zəngəzurum, Göyçə gölüm? Can fəda eyləmək qəlbimdə xoş arzumdu mənim Hanı Dərbənd ilə Təbrizli o Azad Vətənim? Mən o türkəm Vətən uğrunda biçilsin kəfənim, Ruhum Allaha yetir torpağa düşsün bədənim! Verirəm mən bu canı, qoy halal olsun Vətənə Alsin öz haqqını məndən ki, şərəfdir bu mənə Sarıyır göydə fələk, əldə tutub qanlı kələf Atılıb ortalığa əski kimi milli şərəf. Atılan güllələrə namusumuz oldu hədəf Güllə dəydikcə ona, qüdrətimiz oldu tələf Gətirib qan qoxusun, burnumuza çırpdı külək İgid olsun, yenə meydanda, at üstündə gərək Silahın allam ələ indi o şəhid Atamın Minərəm şahə atın qaldıraram “şah babamın” Göz yaşın silməliyəm mən bu müqəddəs Anamın Ki, onun məlhəmidir indi bu bir qətrə qanım! Dayanıb dağ kimi amalımın fövqündə Vətən Yol verin, mən gəlirəm meydana əynimdə kəfən