Çərşənbə, 08.05.2024, 02:19
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 25 » Əhməd Cavad - “İngilis” qoşuğu.
22:36
Əhməd Cavad - “İngilis” qoşuğu.
Əhməd Cavad - “İngilis”

Bakıya gəlmisiz salam verməyə,
Ey xan sarayını tutan ingilis!
Gedirkən Kəbəyə hacı karvanı
Hacılar yoluna çıxan, ingilis!

Damağında Çanaqqala ağrısı,
Sənmisən TÜRK ellərinin yağısı?
İslam dünyasının ölüm çalğısı,
Ölüm ninnisiylə yaxan, ingilis!

Sarıb Hindistanın cansız qolunu,
Gəldin bağlamağa TURAN yolunu.
Aldadıb hər yerdə Tanrı qulunu,
İnsanları ucuz satan, ingilis!

Bax, yenə qarşında köksümü açdım,
Bakı dağlarına al bayraq sancdım.
Sən meydan oxudun, gəldim, ulaşdım,
Mərd deyil meydandan qaçan, ingilis!

Sən bağla hər yolu, süngüm tez açar,
Üç ayda gələnlər, üç gündə qaçar.
Zənn etmə kurşunum havaya uçar,
TÜRKdür bu kurşunu atan, ingilis!

O xain gözünü dikdiyin ellər,
Bənim nişanlımdır TÜRKülər söylər...
Göz dikmə təxtimə, bax, əlim titrər,
Düşəcək təxtinə talan, ingilis!
Baxış: 568 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz