Cümə, 03.05.2024, 00:17
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 28 » Əhməd Cavad - Can,Azərbaycan!
01:51
Əhməd Cavad - Can,Azərbaycan!
Can, Azərbaycan!

Toprağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Gəlib qızıl vaxtın sənin,
Açılıbdır baxtın sənin,
Gəncəm tacın, taxtın sənin.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Xəzər yuyar ayağını,
Bayraq etdim növrağını,
Öpdüm azad toprağını.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

O Kür- Araz ovalığı,
Yağıların davalığı,
Adının min qovğalığı,
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Bulaqların şərbət dadır,
Arzumuz hələ daldadır,
Təbrizin gözü yoldadır,
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!

Qarabağında şux bülbülün var,
Baldan da dadlı şirin dilin var,
Türküstan kimi böyük elin var.
Canım- gözüm, gözüm- canım,
Azərbaycanım!
Can, can, can Azərbaycan!
Baxış: 968 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz