HARAY,HARAY MƏN TÜRKƏM !!!
|
Əsas » 2011 » May » 12 » Bəxtiyar Vahabzadə - Haqqı yox qoşuğu
01:07 Bəxtiyar Vahabzadə - Haqqı yox qoşuğu |
Haqqı yox Yad əlində tapdanırkən şərəf, şan, Türkün türklə ədavətə haqqı yox. Hər işimiz başlanırkən sıfırdan Türkün türklə ədavətə haqqı yox. Dayaq olsun bu gün gərək sol sağa, Bu vəhdətdən yurdunuza gün doğa. Bütün millət dönməliykən yumruğa Türkün türklə ədavətə haqqı yox. Tarix bizi imtahana çəkirkən İmdad umur hamımızdan bu Vətən. Dünya da haqq səsimizə kar ikən Türkün türklə ədavətə haqqı yox. Sındırıldı dəyirmanda pərimiz, Əsir oldu divə bizim Pərimiz. Dağılarkən ocağımız, pirimiz Türkün türklə ədavətə haqqı yox. Nə çox imiş bu torpağa göz dikən, Baxa-baxa gözümüzə mil çəkən. Düşmənimiz dostumuzdan çox ikən Türkün türklə ədavətə haqqı yox. Sinəsini yarmalıyıq zülmətin, Bu məqsədlə getdiyimiz yol çətin. Hər gün neçə şəhid verən millətin Bir-birilə ədavətə haqqı yox. Bəxtiyar Vahabzadə
|
Baxış: 482 |
Əlavə edib: Oguzturk
| Reytinq: 0.0/0 |
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər. [ Qeydiyyat | Giriş ]
|
Bizim sorğu
counter
Statistika
Online cəmi 1 Qonaq 1 İstifadəçilər 0
|
| | |