Çərşənbə axşamı, 07.05.2024, 13:08
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » May » 25 » Almas İldırım – Qara dastan.
22:32
Almas İldırım – Qara dastan.
Almas İldırım – Qara dastan

Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını.
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey...
Qoca Türkün düşdüyü dərd yaman hey...

Dörd bir yana dağılmış TÜRK soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozkır çayları,
Saxlar içdən gizli ümid, güman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Ağ alnına qara yazı yazılmış,
Yaylalarda dügün-dəmək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalara iz buraxmış al qanlar,
Ordulara buyruq verməz ilanlar,
Harda qalmış sədlər yıxan fərman hey?
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Qazan, Başqurd batmış, Kırım sürülmüş,
Mənim babam, gözlü yarım sürülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

TÜRK elləri bir-birinə yadlanır,
Qazax, Qırğız, TÜRKmən,Özbək adlanır,
Azəri TÜRK yanır, içdən odlanır,
Ana yurdun içdən halı duman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Orxon çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amudərya, duyulmaz
Bu dəryada qalmamışdır dərman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Xəzər coşar, xəbər salar Kürünə,
Axar gedər, Kür sürünə-sürünə,
İdil ağlar, Altun Ordu yerinə,
Aral kəndi varlığından peşman hey...
Qoca TÜRKün düşdüyü dərd yaman hey...

Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə böyük VƏTƏN, nərdə "TURAN" hey?..
Baxış: 498 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  May 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz