Cümə, 03.05.2024, 07:26
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » Xəbər arxivi
Bir dile ki,danışma sen sus deyir
Haqqı deyen dilleri sen kes deyir,
Haqdan yana başları sen as deyir,
Söyle senin adın nedir? Diktator!

Bir başa ki,düşünme sen qul deyir,
Acından öl,yıxıl,sürün öl deyir,
Zülmü edir,elindekin al deyir,
Söyle senin adın nedir? Diktator!

Bir ömrü ki,sen vermedin al deyir
Zindanımda çürü deyir,öl deyir,
Acısına,zilletine bal deyir,
Söyle senin adın nedir?Diktator!
Ceyhun Avşar.
Baxış: 299 | Əlavə edib: Oguzturk | Tarix: 28.04.2019 | Şərhlər (0)

Bir qız vardı...
Güneş kimi gülümserdi.
Gözlerinde sevgi vardı.
Sözü şirin,özü nazdı.

Bir qız vardı...
Saçı uzun,üzü nurdu,
Titrek ürek,qelbi safdı.
Gülüşünde sevinc vardı,

Bir qız vardı...
O menimçün yaranmışdı,
Ayrılaraq çekib getdi.
Ruhum da onunla getdi...
Ceyhun Avşar
Baxış: 272 | Əlavə edib: Oguzturk | Tarix: 28.04.2019 | Şərhlər (0)

"İlk Məhəbbət"

Söz: Süleyman Rüstəm
Mus: Habil Kaman
İfa: Könül Xasıyeva

1.
Sevgisiz gül-çiçək bitməz, ey könül,
İnsan muradına yetməz, ey könül,
Nədəndır, bilmirəm getməz, ey könül,
Başımdan sevdasi ilk məhəbbətin.

Nəqarət:
Bu dərdə neyləsin Loğmanın əli?
Əlimə dəyməmiş cananın əli.
Döydü qapımızı hicranın əli,
Budurmu vəfası ilk məhəbbətin?

2.
Mən onu sevmişdim bir ilk baharda
O, məni tərk etdi boranda, qarda
Hər yara sağalıb unudulsa da
Sağalmaz yarası ilk məhəbbətin.
Baxış: 653 | Əlavə edib: Oguzturk | Tarix: 19.01.2019 | Şərhlər (0)

1920-ci il Rus işğalına qarşı üsyanların qehremanlarına

Nə yaxşı ki, Gencə adlı ilk üsyanım,savaşım var,
Ne yaxşı ki, Rus zülmünə baş qaldıran dastanım var,
Nə yaxşı ki, Rus başına gülə sıxan Qaçaq Qasım,
Nə yaxşı ki, qorxmaz ürək,dağ vüqarlı Qəmbərim var.

Nə yaxşı ki, Lənkəranda dik duruşlu Şahverənim,
Nə yaxşı ki, yardım edən Türk qardaşım Camalım var,
Nə yaxşı ki, Astarada düşmənimə qorxu salan Ramazanım,
Nə yaxşı ki, kəskin üzlü,dik duruşlu Qüdrətim var.

Nə yaxşı ki, Nuru Paşam,soyla gələn ərənim var,
Nə yaxşı ki, Qarabağda Kərim bəyim,üsyan deyən ürəyim var,
Nə yaxşı ki, Allah,Vətən,Bayraq deyən Sarıxanım
Nə yaxşı ki, işğalçıya ölüm deyən Hafizim var.

Nə yaxşı ki, Şəmkirimidə ordu olan Namazım var,
Nə yaxşı ki, Kuzun kənddə başqaldıran dağlarım var.
Nə yaxşı ki, düşmənimi qırıb-tökən Həmdullam,
Nə yaxşı ki, şəhid olan,qazi olan canlarım var.
... Ardını oxu
Baxış: 380 | Əlavə edib: Oguzturk | Tarix: 02.01.2019 | Şərhlər (0)

Sorğulamalı insan..Sorğulamalı özünü..Haqlımı,haqsızmı deyə.Doğrumu yalanmı deyə..Dinməli insan.Dinləməli özünü ...Haqqdan yanayam deyə..Haqqdan üz çevirmə deyə.Görməli insan.Görməli özünü..Üfüqdə günəşi görər kimi..Zülmətdə işığı görər kimi..Dinləməli insan..Dinləməli özünü.Bir musiqini dinlər kimi..Əsən yeli dinlər kimi.Sevməli insan..Sevgisin bilməli insan..Axar su kimi sevməli.Ruh ağzı ilə danışmalı sevgisi....
Baxış: 437 | Əlavə edib: Oguzturk | Tarix: 02.01.2019 | Şərhlər (0)

Gözden axan damcı tek,
Gözden qelbe axar sevgi.
Allahdan gelen ruh tek,
Üreklere dolar sevgi.
Sessiz diner,danışar,
Seninle sen olar sevgi.
Ceyhun Avşar.
Baxış: 349 | Əlavə edib: Oguzturk | Tarix: 26.12.2018 | Şərhlər (0)

Nə yaxşı ki,istiqlalım,Rəsulzadə Öndərim var,
Nə yaxşı ki,Türk deyənim,yenilməyən Cavadım var,
Nə yaxşı ki,sevgi dolu,mesum üzlü Müşfiqim var,
Nə yaxşı ki,Allah deyən,Türkəm deyən ürəyim var.

Nə yaxşı ki,cəhalətə qarşı çıxan Sabirim var,
Nə yaxşı ki,nəğmə dolu Üzeyirim,muğamım var,
Nə yaxşı ki,Əlimərdan,Yusifbəyli,Xoyskim var,
Nə yaxşı ki,Turan adlı amalım var,cığırım var.

Nə yaxşı ki,Çobanzadə,Salman Mümtaz,Sanılım var,
Nə yaxşı ki,"İblis"ilə üsyan edən Cavidim var,
Nə yaxşı ki,əyilməyən Xudadat bəy generalım var.
Nə yaxşı ki, sevdasına doymadığım vətənim var!
Ceyhun Avşar
Baxış: 368 | Əlavə edib: Oguzturk | Tarix: 26.12.2018 | Şərhlər (0)

AZADLIQ MARŞI

Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Yad qılınc ilə qırıldıq yetər,
Zülmə qarşı qalxaq, qul olduq yetər!
Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!

Azərbaycan Milli Azadlıq Hərəhatının marşı. 1989-cu ildə yazılıb
Musiqi: Heyrati
Söz: Elçin Mirzəbəyli!
Baxış: 567 | Əlavə edib: Oguzturk | Tarix: 02.06.2018 | Şərhlər (0)

Gecenin en siyahında
Umudun bittiği yerdeyim
Gecenin en siyahında
Umudun bittiği yerdeyim

Köşeyi dönsem ölüm
Düz gitsem hayat
Gölgeler içindeyim
Köşeyi dönsem ölüm
Düz gitsem hayat
Gölgeler içindeyim

Sen imkansızsın
Sensizlik imkansız
Aşk imkansız

Çemberin en dışında
En çıkmaz sokaktayım
Çemberin en dışında
En çıkmaz sokaktayım

Çığlık atsam sessiz
Sussam yine çaresiz
Gölgeler içindeyim
Çığlık atsam sessiz
Sussam yine çaresiz
Gölgeler içindeyim

Sen imkansızsın
Sensizlik imkansız
Aşk imkansız
Sen imkansızsın
Sensizlik imkansız
Aşk imkansız...
Baxış: 575 | Əlavə edib: Oguzturk | Tarix: 31.05.2018 | Şərhlər (0)

Ey Türküm!

De hardadır adın sənin?,
Dövlətin Türk,Millətin Türk,Dilin Türk.
Öz Yurdunda əsir olma zalıma,
Əcdadın Türk,Tarixin Türk,Soyun Türk.

Əyilmək yox zalımlara soyunda,
Dikələn Türk,Savaşan Türk,Yenən Türk.
Dirilişin,Oyanışın başlasın,
Zəncirləri qoparan Türk,qıran Türk!

Kölə kimi davranırlar səninlə,
Əyilməz Türk,Barışmaz Türk,Qalxan Türk.
İzn vermə zülm etsinlər soyuna,
Zalımları devirən Türk,qovan Türk! Ceyhun Avşar.
Baxış: 487 | Əlavə edib: Oguzturk | Tarix: 22.04.2018 | Şərhlər (0)

« 1 2 3 4 5 ... 38 39 »
Təqvim
«  May 2024  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz