Əsas » 2018 » İyun » 2 » Azərbaycan Milli Azadlıq Hərəhatının marşı.
02:57
Azərbaycan Milli Azadlıq Hərəhatının marşı.
AZADLIQ MARŞI
Ey ulu Vətənim, doğma torpağım, Var tükənməz odun, sönməz ocağın, Azadlığa çıxmaq üçün qalxsın bayrağın.
Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi
Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq, Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq, Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt, Vuruş zülmə qarşı, ey ulu torpaq!
Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi
Yad qılınc ilə qırıldıq yetər, Zülmə qarşı qalxaq, qul olduq yetər! Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!
Qalx ayağa millət, Boğmasınlar səsimizi. Bir bayraq altında Birləşdir bizi!
Azərbaycan Milli Azadlıq Hərəhatının marşı. 1989-cu ildə yazılıb Musiqi: Heyrati Söz: Elçin Mirzəbəyli!