Cümə, 26.04.2024, 21:12
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2013 » Noyabr » 17
Əhməd Cavad: Dilimiz qoşuğu.

Baxaq dilimizə nələr görünür:
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə.
Ki, anlasın bu söz ərəbmi, farsmı?
O ki qaldı məna… anlayan hanı?
Çoxları anlamaz millətin aydın,
Bircə parçasını şair yazanın
Gün oldu şairlər göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” yetmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
İsmarlanıb “baran” “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə,
Dözdü, can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbisə” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli zənn etdi millət.
Çalındı “qardaş”ı, gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ... Ardını oxu
Baxış: 1532 | Əlavə edib: Oguzturk | Tarix: 17.11.2013 | Şərhlər (0)

Almas İldırım:Mənmi? qoşuğu.

Sоrmayın kimlərdənəm, haralıyam, a dоstlar,
Könüldən fırtınalı, bоralıyam, a dоstlar,
Qızıl bir qurşun aldım, yaralıyam a dоstlar,
Cövrünə tab еdərsəm, dağları dələcəyəm,
Qurban qəbul еdərsə, yоlunda öləcəyəm…

Dəyməyin, siz dəyməyin, ta qəlbimdən dağlıyam,
Mən dünyaya ün vеrən Altayların оğluyam,
О tоrpaqda dоğmuşam, о tоrpağa bağlıyam.
İstəməm bir yabançı göz diksin bir daşına,
Yоl vеr, yоl vеr qоnayım о dağların başına…

Еy yıllarla uzaqdan həsrətini çəkdiyim,
Uğrunda gizli-gizli göz yaşları tökdüyüm,
Nə bu, dinsiz talеyə böylə bоyun bükdüyüm?
Gözümmü kоr, qоlumda qüvvətimmi yох mənim?
Hardasan, еy kеçmişim, gəl, qəlbimə aх mənim!

Mənmiyəm Altaylarda başı göylərə dəyən?
Tariхi mənmi yazdım, tariхmi məni öyən?
Mənmiyəm indii böylə təvəkkülə baş əyən?
Hansı zalım, о mənim qоllarımı bükəcək?
Hansı ... Ardını oxu
Baxış: 1303 | Əlavə edib: Oguzturk | Tarix: 17.11.2013 | Şərhlər (0)

Təqvim
«  Noyabr 2013  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz