Oğuzlar qrupu üyəsi sayın Səma xanım Ramazanlı
Oyan,Oğuz türküm,oyan,millətim!
Qaya yaddaşından Qıratın səsin, Hər daşın altından baba nəfəsin, Koroğlu nərəsin, Cəngi nəğməsin, Köklə damarına çal, a qeyrətim, Oyan, Oğuz türküm,oyan millətim!
İrəvan taxtında tülkü xan olmuş, Dərbənd dərd əlindən yarımcan olmuş, Köksü parçalanmış Araz qan olmuş, Gedib əldən Təbriz boyda sərvətim, Oyan, Oğuz türküm, oyan, millətim!
Bu qoca dağların ər balasısan Babək qalasısan,Ərk qalasısan Tanrı duasısan,haqq sədasısan, Hər qarış torpağım varım-dövlətim, Oyan,Oğuz türküm,oyan,millətim!
İldırım qılıncın,göylər qalxanın, Çök üstünə xainlərin,al canın, Oğuzlar yurdudur Azərbaycanın, Hamıya bəllidir gücüm, qüdrətim, Oyan , Oğuz türküm, oyan, millətim!
|