Cümə, 19.04.2024, 21:26
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2012 » May » 19
AZƏRBAYCAN TÜRK XALQ MUSİQİSİ HAQQINDA 1

I. GİRİŞ
Azərbaycan türk xalq musiqisi ümumiyyətlə Şərq musiqisinə daxildir, lakin Şərqdə bir neçə musiqi sistemi, məsələn, çin, hind, ərəb-fars musiqi sistemləri vardır; bunlar təkcə müasir Avropa sistemindən deyil, həm də bir-birindən fərqlənir. Bəs, Azərbaycan xalq musiqisi həmin sistemlərin hansına əsaslanmışdır? Ərəb-fars sisteminə. Azərbaycan xalq musiqisinin ərəb sisteminə məxsus olduğu xarici əlamətlərin: adların, istilahların, musiqi alətlərinin, nəzəri müddəaların və sairə cəhətlərin ümumi olmasından görünür; bütün bu xarici əlamətlərdən başqa, Azərbaycan musiqisi ilə ərəb musiqisi arasında dərin daxili əlaqə də vardır; bu əlaqə özünü nədə göstərir? Əvvəla, ərəb-fars sisteminə əsaslanan istər vokal, istərsə də instrumental musiqi Azərbaycan türkünə, məsələn, çin sisteminə əsaslanan musiqidən daha doğma və anlaşıqlı görünür. Digər tərəfdən, Azərbaycanda elə bir türk xalq mahnısına və ya xalq yaradıcılığının başqa bi ... Ardını oxu
Baxış: 2109 | Əlavə edib: Oguzturk | Tarix: 19.05.2012 | Şərhlər (0)

TÜRK OPERALARI HAQQINDA
Vətəndaş Samit möhtərəm «Kommunist» qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün—bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir,—deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsəyidi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş Samit «çılpaq sözlü» olmaq istəməyib «dəlil» götürmək dəxi istəyir və bunun üçün:

Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhval-ruhiyyəsində qeyri-təhurə təlaş kimi bir həyəcan—bədii oyadan və qədim musiqişünasların rə'yincə göy guruldamasından əxz edilmiş olan «Çahargah» kimi böyük v ... Ardını oxu
Baxış: 1652 | Əlavə edib: Oguzturk | Tarix: 19.05.2012 | Şərhlər (0)

Təqvim
«  May 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz