Cümə, 19.04.2024, 23:04
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Noyabr » 08
Azərbaycan Oğuzlar yurdudur ve Türk Cumhuriyyətidir.Millətimiz Oğuz Türkü,Dilimiz Oğuz Türkcəsi.Oğuzluğumuz Özümlüyümüzdür:Güney Azərbaycanımızda davam edən fars ağalıq və şovinist rejimi ulusumuza aid şəhər və bölgə adlarını farslaşdırır.Tarixi bölgələrimiz olan Urmu və Sulduz şəhərləri kürdləşdirilir.Bizlər bu düşmən siyasətinə dur deməli və mücadiləmizi artırmalıyıq.İndi sussaq bir azdan gec olacaq və yeni müsibətlər millətimizin başına gələcək.Həm yurdumuza,həm adımıza,həm ulusumuza sahiblənək və qoruyaq.Ulusumuz var olsun.Oğuz Elimiz-Oğuz Türkcəmiz.
Baxış: 570 | Əlavə edib: Oguzturk | Tarix: 08.11.2011 | Şərhlər (0)

FİKRƏT SADIQ

UCAL, BAYRAĞIM

Türkün ömür möhürüdür,
Zəfər tarixidir
Onun üstündəki Ay- ulduz,
Bu möhürlə tanı bizi!
Yerə baxan-
yerə yaxın
alt zolağı- yaşıl.
Təzəcə cücərmiş taxıl,
çiçəkli çöl- çəmən,
barlı bağlar.
Qalın ormanlar, meşələr,
məğrur dağlar,
Ana yurd, Ana torpaq,
Ana Vətən.
Dinclik, gənclik, təmizlik.
İslam ümmətinin sevdiyi rəng.
Ey öz doğma ocağına
Bir də qayıtmış
Üç rəngli bayrağım, ucal!
Ucal başımızın üstündə,
Ucal bütün ölkələrdə
Özgələrə tanıt bizi,
Əsarətdən azad olmuş
ölkəmizi!
Baxış: 650 | Əlavə edib: Oguzturk | Tarix: 08.11.2011 | Şərhlər (0)

«Yol ver türkün bayrağına! »
Əhməd Cavad

Əyiləcək səcdə ilə
Cahan türkün bayrağına;
And içəcək, gəlib dilə
Hər yan türkün bayrağına!

Deməyin ki, sadədilik,
Varlığımız çilik- çilik,
Yazılıbdır əbədilik
Üsyan türkün bayrağına!

Tanrı verib rizasını,
Bol eləyib qəzasını;
Qanla qoyub imzasını
Sultan türkün bayrağına!

Gedəmməzdi mürgüsüylə,
Yarandı can vergisiylə,
Doğdu ölüm süngüsüylə
Bu dan türkün bayrağına!..

Ələklərdən ələnmişdir,
Azadlığa bələnmişdir,
Haqq əliylə çilənmişdir
Bu qan türkün bayrağına!
Baxış: 912 | Əlavə edib: Oguzturk | Tarix: 08.11.2011 | Şərhlər (0)

Təqvim
«  Noyabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz