Bazar, 05.05.2024, 04:29
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Aprel » 21
SEYİD CƏFƏR PİŞƏVƏRİNİN SƏTTARXANIN QƏBRİ ÜSTƏ
TƏŞKİL OLUNMUŞ MİTİNQDƏKİ NİTQİNİN XÜLASƏSİ

Sərdari-millinin ilk xatirə məclisini azadlıq cəbhəsinə mənsub olan qəzetlər adından böyük iftixarla açıq elan edirəm.
Şübhəsiz ki, gənc nəslin tərbiyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri vardır.
Bu gün biz böyük bir tarixi igid insanın məzarı qarşısında dayanmışıq. Bu xalq sərkərdəsi vaxtı ilə İranın tanınmış parlaq ulduzlarından olan məşhur Səttarxandır. Səttarxanın adı tək İranda deyil, bütün dünyada ildırım sürəti ilə yayılmış və onun qəhrəmanlığı bütün iranlıların başını ucaltmışdır.
Mən bu azadlıq qəhrəmanının əxlaqı və heyranedici işləri haqqında söhbət etməzdən əvvəl, bir neçə kəlmə onun doğulduğu yer haqqında, yəni Azərbaycan və xüsusilə Təbriz şəhəri haqqında danışmağı lazım bilirəm.
Böyük ustad ağayi Məliküş-şüəra Bahar üçün baş vermiş gözlənilməz hadisə nəticəsində Azərbaycanın tarixi əhəmiyyətini bu məclisdə ağalar üçün qeyd e ... Ardını oxu

Baxış: 524 | Əlavə edib: Oguzturk | Tarix: 21.04.2011 | Şərhlər (0)

Həsən Məhmudi ,Güney Azərbaycan-Türk şeri (türkcəmizdə qoşuq)

Vətənim türk,mahalım,türk elim türk
Qartalım türk,bülbülüm türk, gülüm türk
Iliyim türk ,ürəyim türk,dilim türk

Əzəl gündən mən bu dilə bağlıyam
Dədə Qorqud olan türkün oğluyam

Nəslim türk, atam-babam,özüm türk
Yerişim ,duruşum,iki gözüm türk
Baxışım türk, çıxışım türk ,sözüm türk

Vardır yeri aşıb-daşıb çağlayam
Dədə Qorqud olan türkün oğluyam

Yagı düşmən xain olsa dilimə
Misrı qılınc onda allam əlimə
Haray çəkib qıyya vurram elimə

Onda gərək düşmən köksün dağlayam
Dədə Qorqud olan türkün oğluyam

Babəkim Xürrəm dil qaldı dunyada
Vətəni,elinı satmadı yada
Qolundan ,canından keçibdir o da

Düşmənə söylədi haşa ağlıyam
Dədə Qorqud olan türkün oğluyam

Oğuz nəsliyəm, uca dağam mən
Azərbaycanimda barlı bağam mən
Kor oğlu igitlı üzü ağam mən

Guvənirəm türkəm,türkə bağlıyam
Dədə Qorqud olan ... Ardını oxu

Baxış: 492 | Əlavə edib: Oguzturk | Tarix: 21.04.2011 | Şərhlər (0)

Təqvim
«  Aprel 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz