İran adlanan yerdə fars millətçiliyi XIX əsrdən indiyədək ideoloji bir sistemə söykənərək gəlmişdir. Bu fikrin təməlləri daha çox qeyri-fars millətlərinin ortaya atdığı "modern fars millətçiliyi” anlayışı ilə meydana çıxmış və 1924-ci ildə Qacar şah xanədanlığının devrilməsilə iqtidara gələn Pəhləvilər dönəmində hakim ideologiyaya çevrilmişdir. Fətəli şahın oğlu Cəlaləddin Mirzəye Qacar, S.Həsən, H.Kazımzadə, İranşəhrə Təbrizi, Mahmud Afşar, S.Əhməd Kəsrəvi, E.Azad Mərağı, Taki Arani, Teymurdaş, D.Rzazadə Şəfəq kimi türklər və Mirzə Məlikum Xan (erməni), Məliki Şüərae Bahar (gürcü əsilli), M.Əli Furuği (yəhudi əsilli) kimi digər etnik qruplara mənsub şəxslər İran adlanan yerdə fars millətçiliyinin öncüllərindən olmuşdur. Əhməd Kəsrəvi Pəhləvi rejiminin panfarsizim araşdırmalarına dayanaraq yazılan ilk əsər "Azəri Ya Zəbanə Bastanə Azərbaycan” ("Azəri və yaxud Azərbaycanın əski dili”) adlı əsər 1921-ci ildə Əhməd Kəsrəvi tərəfindən yazılmışdır. Əhməd Kəsrəvi bu əsərində türklərin ayrı irqdən olduğunu sübut etməyə çalışmışdır. Azərbaycanlıların Türk olmadıqları, Azəri adlı ayrı bir ulusun mövcudluğunu ifadə edən Kəsrəviyə görə, Azərilər Səlcuqların İran adlanan yerə gəlməsilə, xüsusilə də Səfəvilər zamanında türkləşmişlər. Ümumiyyətlə, modern fars milliyyətçilərinin əsas məqsədi digər etnik qrupların farslaşmasına yönəlib. Fars milliyyətçiliyinə görə, Azərbaycan türkləri sonradan türkləşmiş, türkcə danışan bir xalqdır və türklər müxtəlif xalqlardan ibarətdir. Sovetler Birliyinin "Türkdilli xalqlar” görüşüylə İran adlanan yerdəki Pəhləvi üsul-idarəsinin baxışlarının oxşarlığı diqqət çəkməkdədir. İran adlanan yerdə fars şovinistləri, xüsusilə Pəhləvi zülm dönəmində "Azərbaycan” anlamının sadəcə Güney Azərbaycana aid olduğunu, İslamdan öncə bu coğrafiyada "Azəri Farsi” ləhcəsini danışan bir xalqın yaşadığını, bunların türkləşdirildiklərini” iddia edərək eynilə ruslar kimi, Azərbaycanı Türk Dünyasından qoparmağa, ona uydurma bir tarix yamamağa çalışmışlar. Fars şovinistlərinin bu üsulu "İran İslam İnqilabı” dönəmində zəifləsə də, qısa müddətdən sonra yenidən daha güclü bir şəkildə ortaya çıxmışdır. [/b][/size]
|