Bazar, 28.04.2024, 01:36
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Aprel » 21 » Həsən Məhmudi, Güney Azərbaycan-Türk şeri (türkcəmizdə qoşuq)
01:54
Həsən Məhmudi, Güney Azərbaycan-Türk şeri (türkcəmizdə qoşuq)
Həsən Məhmudi ,Güney Azərbaycan-Türk şeri (türkcəmizdə qoşuq)

Vətənim türk,mahalım,türk elim türk
Qartalım türk,bülbülüm türk, gülüm türk
Iliyim türk ,ürəyim türk,dilim türk

Əzəl gündən mən bu dilə bağlıyam
Dədə Qorqud olan türkün oğluyam

Nəslim türk, atam-babam,özüm türk
Yerişim ,duruşum,iki gözüm türk
Baxışım türk, çıxışım türk ,sözüm türk

Vardır yeri aşıb-daşıb çağlayam
Dədə Qorqud olan türkün oğluyam

Yagı düşmən xain olsa dilimə
Misrı qılınc onda allam əlimə
Haray çəkib qıyya vurram elimə

Onda gərək düşmən köksün dağlayam
Dədə Qorqud olan türkün oğluyam

Babəkim Xürrəm dil qaldı dunyada
Vətəni,elinı satmadı yada
Qolundan ,canından keçibdir o da

Düşmənə söylədi haşa ağlıyam
Dədə Qorqud olan türkün oğluyam

Oğuz nəsliyəm, uca dağam mən
Azərbaycanimda barlı bağam mən
Kor oğlu igitlı üzü ağam mən

Guvənirəm türkəm,türkə bağlıyam
Dədə Qorqud olan türkün oğluyam

Doğulmuşam Azərbaycan elində
Yaranmışam torpağında,dilində
İlham allam dağlarında,çölündə

"Məhmudiyəm" məndə Qaradağlıyam
Dədə Qorrqud olan türkün oğluyam
Dədə Qorqud olan türkün oğluyam

Baxış: 492 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Aprel 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz