Çərşənbə axşamı, 07.05.2024, 02:28
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2019 » Dekabr » 25
Dərd çəkmək üçün doğulmuşsa əgər,
Dərdləri içinə çəkər hey adam,
Dərdi danışdırar,dərdi dindirər,
Dərdi öz içində əridər adam.

Düşünər dərdləri, bilər dərdləri,
Sanki bu dərd yükü doğmadır ona,.
Hərdənbir ağır da gəlsə dərdləri,
Bilər ki, Allahdan görəvdir ona.

"Bu dərddən mənə nə" deyinər bəzən,
Anlamaz sirrini bu necə işdir,
Qaçmaq istəsə də, dərd adlı yükdən,
Anlayar dərdlərin qaçışı yoxdur.

Unudar özünü,bilməz özünü,
Dərdlər arasında dolaşıb qalar.
Heç bir dərd qalmasa çəkməyə bəzən,
Özü-özünə də dərd olar adam.
Ceyhun Avşar
Baxış: 639 | Əlavə edib: Oguzturk | Tarix: 25.12.2019 | Şərhlər (0)

Azerbaycan isteyirik!
O tayı da,bu tayı da
Bir ağıza sığsın gerek!
İnsanları hayqıranda
Düşmenleri sussun gerek!

Keder,qüsse,üzüntü
Üreklerde bitsin gerek!
Özgürlük-istiqlal türküsü,
Yayılsın ellere gerek!

Bitsin sürünmek, susmaq,
Qandalları qırsın gerek!
Dilinde şehadet,elinde bayraq
Qelbinde ıman olsun gerek!

Bükülmesin bilekleri,
Diklesin şanlı bayrağı
Enmesin esla aşağı
Azerbaycan isteyirik!
Ceyhun Avşar
Baxış: 333 | Əlavə edib: Oguzturk | Tarix: 25.12.2019 | Şərhlər (0)

İçinde hönkürər milletin derdi,
Düyünlener boğazda hey boğar seni.
Hayqırmaq istersen: Milletim hanı?
Üreyin kövreler, gözün yaş dolar.

Düşmenin içinde özünden olan,
Ruslaşmış beyinlər, manqurtlar dolu,
Dindirsen sen kimsen,hanı bes adın?
Anlamaz heç seni,dili lal olar.

Ses vermez sesine öz qarındaşın,
Görersen yad kimi üzüne baxar.
Ha desen sen Türksen, tarixin budur,
Dinlemez,düşünmez, için qor dolar.
Ceyhun Avşar.
Baxış: 292 | Əlavə edib: Oguzturk | Tarix: 25.12.2019 | Şərhlər (0)

Sevgi-Titrek ürek neğmesi,
Hezin axan çay şelalesi.
Yarpaq üste şeh damlası,
Üreklerin qovuşması.

Sevgi-Gözlerin ürkek baxışı,
Qelblerin sessiz axışı,
Dodaqların susması,
Ruhların danışması.

Sevgi-Uzağın yaxın olması,
Hesretin acı olması,
Eşq dolu üreklerin,
Bir beden,can olması.
Ceyhun Avşar
Baxış: 317 | Əlavə edib: Oguzturk | Tarix: 25.12.2019 | Şərhlər (0)

Təqvim
«  Dekabr 2019  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz