Bazar ertəsi, 06.05.2024, 23:29
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2019 » May » 13
Qoy səslənsin qolça qopuz,
Mənə tarixi danışsın.
Türk köle olmaz deyen
Oğuz Xaqanı danışsın.

Qırx çəriyle saray basan
Ulu Gürşadı danışsın.
Əcdadımı,kökənimi
Savaşı,hünəri danışsın.

Metə xandan,Göytürklərdən
Kökəndən,soydan danışsın
Qoy söyləsin Oğuz Xandan
24 Boydan danışsın.

Danışsın Türkün şanından,
Tarixə iz salmağından.
Qurduğu seltenetdən,
Dikdiyi bayraqdan danışsın.
Ceyhun Avşar
Baxış: 292 | Əlavə edib: Oguzturk | Tarix: 13.05.2019 | Şərhlər (0)

93-dən bu yana əzirsiniz milləti,
Soldurdunuz üzləri,acı doldu içləri,
Dərd,kədər içində qovrulur ürəkləri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!

Susdurdunuz haqlını,qandalladiz qolları,
Atdınız zindanlara,susdurdunuz dilləri,
Yalan-palan sözlərlə qapadınız gözləri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!

İşgəncə-zülm ilə sındırdınız milləti,
Soysuz-sopsuz manqurtla artırdınız zilləti,
Məhv etdiniz şərəfi,məhv etdiniz qeyrəti
Taladınız,soydunuz gözəl Azərbaycanı!

Böldünüz bölgələrə,səpdiniz pis zəhəri,
Üz-üzə qoydunuz neçə kəndi,şəhəri,
Qaldırdiniz ortadan əxlaq adlı dəyəri,
Taladınız,soydunuz gözəl Azərbaycanı!
Ceyhun Avşar.
Baxış: 282 | Əlavə edib: Oguzturk | Tarix: 13.05.2019 | Şərhlər (0)

Təqvim
«  May 2019  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz