Bazar ertəsi, 29.04.2024, 02:28
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Маrt » 16 » 1918-ci il 17-18 mart Urmiye,Xoy,Salmas,Kohne seher,Sulduz soyqirimi.
04:45
1918-ci il 17-18 mart Urmiye,Xoy,Salmas,Kohne seher,Sulduz soyqirimi.
1918-ci il 17-18 mart Urmiye,Xoy,Salmas,Kohne seher,Sulduz soyqirimi.

93 il bundan öncə, 1918-ci il mart ayinin 17 –də (Günəş ili „26.12.1296“) , ilin Son Çarşənbəsı, Güney
Azərbaycanın Batısında Azərbaycan Türk Ulusu dəhşətli bir soyqırıma məruz qalmışdır.Azerbaycan Türk Ulusu keçən əsrin əvəllərindən etibarən, həm Quzeydə, həm də Güneydə böyük soyqırıma məruz qalmışdır. Quzeydə Rus mustəmləkəçilərinin istər şah, istər sovet Rusiyasının cinayətkar erməni daşnaqlarına hər tərəflı yardım edib və dəstəkləmələriri nəticəsində 1 miliyondan artıq Azərbaycan Türkü soyqırıma məruz qalmiş və 100 minlərcə Azərbaycan Türkü öz Ata-baba yurdlarından qovularaq didərgin düşmüşdür. Güney Azärbaycanın batı hissısindı, Urmu başda olmaqla, Salmas, Köhnə şəhər, Xoy, Sulduz və başqa şəhərlərdə 1 –ci dünya müharibəsindən (1914-1918) etibarən bu faciəlı soyqırım yenə də rus, ingilis,amerika və fransa mustəmləçi dövlətlərinin erməni və asuri cinaetkarlarini hər tərəfdə dəstək və yardım emtələrınəticəsində həyata keçirilmişdir. Güney Azärbaycanın yalnız Urmu şəhərı və çevrəsındə 200,000 AzərbaycanTürkünün ölümüylə nəticələnən bu dəhşətlı soyqırımın qanlı senarıyası Ingiltərə başda olmaqla onun mütəfiqlərıolan Rusiya, Amerika, Fransa və başqa batı ölkälärı, xriristian təşkilatları tərəfindən birlikdə həyatakecirilmişdir.Urmu Güney Azärbaycanın Başkəndı olan Təbriz şəhərindən sonra Azərbaycanın ən böyük vəönəmlı, eyni zamanda bol məhsullu şəhərı sayılır, təbiətin ona ərməğan etdiyi uca və qarlı dağları, axan çayları,məhsuldar torpağı, hələ qədim Ötəkindən də bağ- baxçaya, əkinə, beləliklə Doğaya olan havasi və bununla bağlıəməksevərliyi doğrudanda bu Ölkəni cənnətə Çevirmişdır.Urmu ən Əski Ötəkdən Azərbaycan Türklərının məskını və Oyqarlıq ocağı olmuşdur və həmişə çoxluq təşkil etməsinə baxmayaraq, başqa azlıqlar, asurilər, ermənilər, yəhudilər və çox sonralar yeni 16–ci əsrin əvəllərindən eytibarən kürdlər bura köçürülərək zaman- zaman bu topraqlarda yerləşıb və Rza şahin hakimiyyətə gətirilməsindən sonra bu siyasət daha da sürətlənmişdir.Onların əvvəllər Urmu vilayətinin batısinda, yəni Türkiyə, Iraq sərhədlərində olan Sikuna, Sumay və Baranduzda yaşamaqlarına baxmayaraq, bu azlıqlar son illərdə Iran Islam Cümhuriyyətinin siyasətı əsasinda kütləvi şəkildə Urmu şəhərinə və onun ətrafina köçürülərək yaşamağa başlamışlar. 1917-18 –ci illərdə Urmu vilayətinin 300 min əhalısı olmuşdur. Onların 85 faizindən çoxunu Azərbaycan Türkləri təşikil edirdi ki, bunun da 50 min nəfərı şəhərdə və qalanı onun 699 kəndində yaşamişlar. Bununla bağli o vaxtlar Urmu çevrəsində 33 kənddə asurilər ( 23 minə yaxın), 3-4-də ermənilər ( 6 min errməni), 59-unda Azərbaycan Türkləri , habelə kürdlər qarışıq kəndlərdə və yəhudilər olmuşlar. Avropa və Amerika dini missionerleərı 19 –cı əsrin 30-cu illərindən etibarən Güney Azärbaycanin batısında özəlliklə Urmu, Salmas və Sulduzda öz dinlərını Reklam etmiş ancaq əslində mustəmləkəçilik məqsədiylə Urmuya gəlmişlər. Dini missiyonerlərın gəlməsı xristiyan ermənı,asurilər və Azərbaycan Türklərının neçə yüz illik barış içində yaşamalarinda gərginliklər yaratmiş və get-gedə bu gərginliklər artmağa başlamiş, nəhayət din missiyonerlərinin zəhərli təbliğatlari nəticəsində Azərbaycan Türklərı arasinda nifrət yaratmışdır.Birinci dünya savaşininda ermənilər, asurilər və öz müttəfiqlərinin, Özəlliklə Rusiya və Ingiltərə dövlətlərinin oyuncaqlari olaraq öz düşmanciliq siyasətinə dayanaraq Rus ve Ingiltərə qoşunları sırasında osmanlı Türk dövlətiylə savaşa gırmışlər.1–cı dünya muharibəsı illərində Urmu öz siyası və stiratejı mövqeyinə görə rusların öz əsgərlərını yerləşdirmə mərkəzlərindən biri olmuşdur. Urmu Ulusun böyük qatillərindən biri olan Rusiyanin Urmudakı konsulu Basil Nikitinın yazdığına görə Rusiyanın Urmuda bu dövrdə 80 min nəfərlik ordusu olmuşdur.Onlar Urmu Ulusun hesabına yaxşı yeyib içib istirahət edib və gündə üç dəfə şirin bazarı qarət edirmişlər və hətta (14.04.1296) 04.06.1918 də Urmu bazarını təmamilə qarət etdikdən sonra
od vurub yandırmışlar və oraya kimsəyi yaxin biraxmamişlar. Rus ordusunun əhaliyə qarşı zülmləri saysiz-
hesabsız olmuşdur, onlara qarşı çıxan hər kəsı bogazlarında bogub tutub həmən sürgün edib yaxut həbs
edirmişlər. Onların təkcə məqsədlərı osmanlı Türk toplaqralını işqal edib orda olan neft və yanacaqlarini əldə
edərək ələ gecirdikləri mal dövləti özləriylə aparmaq olmuşdur. 1915 –ci ilin payızında BinyaminMarşmiyonun başciliğiylə 40 min nəfər Həkkarı, Van, Colaməlk valisinin asurilərı (Cilo) Osmanlı qoşunları və kürd silahlı dəstələriylə savaşda yenilərək Rusiya ve Ingiltərə dövlətlərinin icazəsiylə Güney Azərbaycan topraqları batısında, əsasən Urmu, Salmas , ...və bir bölümü də Xoyda ermənı, asurı kəndlərində yerləşmişlər. Eyn vaxdaneçə min ermənı Vandan və 5 min irəvan və Qafqazdan gəlib Urmuda yerləşmişlər və bununla belə Urmuda yaşayan əhalı onlara lazım oldugu qədər kömək etmişlər, ancaq onlar gəlib yerləşəndən sonra bütün imkanlardan başqa dövlətlərin yardım ilə Azərbaycan Türklərinə əllərindən gələn pisliyi əsirgəməmişlər. Onlar 1917 –ci ilin iyununda (04.1296) Urmunun Nazlı Çayı mahalinda olan Səfərlı kəndində və dolayinda olan 7-8 kəndlərində əhalını vəhşicəsinə qətlam edib var-yoxlərını təmamiylə qarət etmişlər.20 –ci əsrin əvvəllərindən etibarən Səttarxanın başciligiyla məşrutə və sonra Şeyx Məhəmmət Xiyabani hərəkatinin əsas amacları demokratik, azadliq və insan haqlarını mədafiə edən bir hökümət qurmaqdan ibarət olmuşdur və bu da Iranda yalnız Azərbaycan Türklərinin Ulus şuraya malik oldugunu göstərir. Beləliklə buna qarşı o zamanın vaxtiylə xarıcı dövlətlər Azərbaycanın dəyişik yerlərində orda yaşiyan ermənı, asurı, kürd və başqa xalqlari Azərbaycan Türklərinə qarşı həmişə birləşdirməyə çalişiblar. Beləliklə bu azliqlar ingilislər və onun müttəfiqləri tərəfindən hazirlanan qanlı senariyaları həyata geçirirlər. Bazil Nikitin yazır: Rusiyanin Qafqazdaki ordusunun baş komandırı general Lidinski ona telegraf vasitəsiylə bildirir ki, Urmuda erməni, asuri qoşununun yaranmasina qərar verilib və bu haqda müttəfiq ordu zabit və generallarin Kolnel Piyk, Kolnel şardini, kapitan Marc və mayor Estkenin razı olduqlarını bildirmişdir (10.1917). Bunun ardindan Fransanin Ambulans təşkilatı Urmuda ermənı və asurilərı teşkilatlandirmaşa başlayır. 1918 –ci ilin yanvarinda (01.1918) Ingiltərə generalı Micergrasi bu məsələ ücün Urmuya gəlir. General Micergrasinin rəhbərliyi ilə Amerikanin Urmudakı baş konsulu Dr. Viliyam , Rusyanin konsulu Bazil Nikitin, Fransanin Ambulans təşkilatinin rəisi Dr. Kujol, asorilərın rəhbərlərindən Benyamin Marshimon, Petros aga və erməni rəhbəri Ibrahim xan habelə asuri və ermənilərin iştirakiylə Urmuda böyük bir miting təşkil edərək erməni asurı ordusunun yaranmasını təsdiq edirlər və general Micerqrasinin planını ürəkdən qəbul edirlər. Onlar belə bir qərarə gəlirlər ki, 250.000 rus ordunun yaranmasina lazımı qədər pul və silah göndərilsin (bax bizim kücük müttəfiqimiz London 1920 (35-36).Qeyd olunmalidir ki, Amerika konsulu Viliyam Wirin Urmu əhalisindən öz Türk qardaşlarina qarşı silahlanma təklifini rədd etdiyinini gördükdə o və başqa müttəfiglər əvvəl erməniləri, asuriləri və sonra kürdləri bu işdə istifade etmişlər. Hər halda 30.000 nəfərlik bu ordunun yaranmasinda 200.000 Urmuda qalan rus zabit və qazaqi habelə 72 nəfər fransiz və coxlu ermənı zabitlərı iştirak etmiş və onu yönətmişlər.Bu ordunun yaranmasind tezliklə Fransa dövləti o zamanin pulu 20.000 frank ayirmışdır. Ordunun baş komandani rus zabiti general Kozmin təyin olunmuşdur. Dr.Heri Paqard, Amerikanin Urmu konsulunun muavini erməni asurilərin intizamat rəisi vəzifəsində, Ibrahim xan Urmuda Qafqaz ermənilərinin təhlükəsizlik rəyisi və Petros aga Iylu Urmu Osmanli qonşulugunun Şəhər əhalisi və Urmu kəndlərinin təhlükəsizlik rəisi vəzifələrində işləmişlər.Yaradilan bu ordu Osmanli və Azərbaycan Türklərını qorumaliyıdı, ancaq əslində Azərbaycan Türklərının qəddarcasina faciəli soyqırıma məruz qoymuşdur. UrmununÖtəki haqqında yazılan neçə kitabda bu soyqırımının 159 gün davam etdiyı yazılsa da, əslində bu 165 gün sürmüşdür. Ötəkdə 22.02.1918–ci (03.12.1296) il yazılsa da, dogrusu alti gün ondan öncə, yəni 16.02.1918-ci (günäş ili 27.12.1296) ildə başlanmış və 01.08.1918 –ci (08.05.1297) ildə Türk ordusunun Urmuya gəlməsı, asurı və erməni daşnaqlarının qaçmasiylə səfərlə sona çatmışdır.30,000 nəfərlik bu ordu 1918 – ci ilin fevral ayinda 802.1918) yaraldıqdan sonra onlar açıq şəkildə Azərbaycan Türklərinə qarşı soyqırımına başlamiş və 16.02.1918–cı ildə Urmu şəhərində neçə nəfərı öldürərək, həmin gündən etibarən daha böyük cinayətlərə əl atmışlar. Onlar habelə 19.02.1918 –ci ildə 100 nəfər Azərbaycan Türkünü şəhər və kəndlərdə vəhşicəsinə öldürmüşlər. 22.02.1918 –ci ildə Urmuda Azərbaycan Türklər ilə ermənı və asurı arasında savaş başlamışdır və 3 gün qanli və silahlı savaşdan sonra şəhər tamamən ermənı və asurilərin əlinə geçmişdir. Savaşin belə sonuclanmasının böyük nədənlərindən biri bu hadisədən öncə rus və qazaqların Urmu çevrəsindəki kənd əhalisini tərki- silah etdiklərindən irəli gəlmışdır. Azərbaycan Türklərının əlində həqiqətən də çox az silah olmuşdur. Onlar yetərincə silahlarinin olmamasina, üz-üzə və düzgün savaş usullarını mənimsəyə bilmədiklərinə baxmiyaraq təpədən dirnağa qədər ağir və yüngül silahlarla silahlanmiş və savaş usularını rus, fransiz zabitlərindən öyrənən və onlar tərəfindən yönədilən asurı və ermənı daşnaqlarının qarşisinda qəhrəmancasına dayanaraq irəliləmələrin qabağini almış və geriyə çəkilməyə məcbur etmiş, elə həmin gün savaşa son qoymuşlar.
Ertəsı gün səhər tezdən asurı, ermənı və onlarin muttəfiqlərı tərəfindən hücuma geçib və ağır silahlarla şəhərı top atəşinə tuturlar. Ancaq yenə də Azərbaycan Türklərı sıngırlırdı möhkəm dayanıb düşmını içərı girməyə imkan vermirlər və onlar geri çəkilməyə məcbur qalırlar. Bu zaman Urmu şəhərının hakimi Iclaləlmək hec bir iş eləmədən hökumətin başında oturmuşdu. Urmuda Ulusu təşkilatlandırıb, onları muqavimət göstərməyə cağıran,doğru-düzgün bir təşkilat ve onun başında qocaq cəsarətlı bir Azərbaycan Türklərnın olmaması üzündän bir necə qorxaq şəhər başçıları sayilan əyan-əşraf. ruhanı və başqaları ağ bayraqlar götürərək böyük bir dəstə düzəldib onlara yaraşamyan bir işə əl qoyub barış ücün düşmənin, yəni Binyamin Marşimovun qapısına gedirlər. Yola çıxdıqda hər qarşılarına çıxan Azərbaycan Türkünü savaşdan əl götürməyi təklif edərək barışa çağiraraq savaş yox ,sülh istəyirik deyirlər. Bu zaman Urmuda mövcud olan iki silahlı quvvələrdən biri 200 nəfərlik savaşin birinci günü şəhəri tərk edib Salmas yoluylə qaçib gedən Qaradagli əsqəriləriydi. 2 –ci quvvə isə komandanı bir rus zabiti olan 1000 nəfərlik dövlət qazaq quvvələri ıdı. Onlar Urmu şəhərinin kənarinda yerləşmiş Nəsrəddolə qalasinda, indiki Urmu idman stadionunda yerləşmişdilər. Qazaqlarin Urmuda olması şəhərin bütün ermənı, asurı ordusunun əlinə geçməsində böyük bir manə olaraq onları rahatsız etdir, onun üçün də onlar tezliklə bu manəni aradan qaldırmaga tələsirlər. Onlar qalaya hucum etdikdə qazaqlar hucuma hazirlaşir. Rus komandan onların savaşmasina izin vermir ve ermənı asurləriylə savasmasina Rus konsulu Bazil Niktindän izin verməsini söyləyir. Bu nədənlə öz müavini olan Urmulu Rza Quluxani ağ bayraqla Rus konsulluguna göndərir. Rza Quluxan həmən qaladan cixdiqda qan ücün ermənı asurı yaraqlıları tərəfindən yaxalanaraq tutuldugu yerdə vəhşicəsinə öldürülür. Durumu belə görən düşmən qazaqların təslim olmasını zən edərək cürətlənıb hər tərəfdən hucuma geçir. Qazaqlar gerçəkdən igidcəsinə dayanib qoçaqliq göstərib son gullə və son nəfərə qədər savaşaraq şəhid olurlar və qalada olan bütün silah və başqa şeylər Tamamiylə düşməninin əlinə geçir və şəhərdə olan ordu birliklərı də aradan gedir, nəticədə Urmu şəhəri neçə gün ağir savaşlardan sonra bütövlükdə asuri və ermənı daşnaqlarinin əlinə geçir və urmuda qanlı və facəlı soygırıma yol açilir. Şəhərdə savaş gedən zaman Urmunun Bəkişli mahalinda 200 nəfər silahlı Azərbaycan Türkü şəhər əhalisinə yardıma gəlir, yolda şəhər başçısı ve rəhbərlərinin utandirıcı halda ağ bayraqlarla barı ücün düşmənin ayagina getdiklərini eşitdikdə yoldan qayidib və Osmanli topraqlarina getməyə məcbur qalirlar. Soyqırıma yol acan neçə günlük savaşdan sonra ermənı asurı cinayətkarları şəhər və cevrədəki kəndlərin təmamən kontrolunu öz əllərinə aldiqdan sonra Azərbaycan Türklərini elə divan tuturlar ki, qələm onu yazmaga aciz qalir. Onlar evlərı talayıb qarət edərək hər gün yüzlərcə insani rəhm etmədən öldürüb qız və qadinlarına təcavüz edib evlərini yandırırlar. Eyni zamanda mustəmləkəcı rus, Amerika, Ingilterə, Fransa və başqa batı ölkələrinin dəstəyilə onlar Azərbaycan Türk Ulusuna əllərindən gələnı əsirgəmirlər.16.03.1918 –ci (25.12.1296).
Asurı və ermənı daşnaqlrinin dini rəhbəri olan Binyamin Marşimon 140 nəfər seçilmiş öz silahlı atli dəstəsiylə
birlikdə GüneyAzərbaycanın Türkiyə sərhədlərində yaşayan kürd əşirətinin ağası və sonrakı Urmu və Salmas
əhalisinin qatili, habelə Rus, Osmanlı, Amerika və onlarin nökəri və oyuncağı olan qəddar Ismail ağa Simitqo ilə birləşmək fikriylə Güney Azəbaycanın, özəlliklə Batı Azərbaycanın gələcəyı haqqında danışıqlar üçün Salmas şəhərinin batısında yerləşən Köhnəşəhərə gedir və danişiqlardan sonra Ismaıl ağa Simitgonun əmriylə Marşimon və bütün atlıları neçə nəfər istisna olmaqla hamısı öldüdürlür. Ismail ağanın bu çətin və ağır vəziyyətdə belə bir hərəkət eləməsindən məlum olur ki, bunu qabaqdan Azərbaycan Türk Ulusuna qarşı planləşmişdır. Beləliklə o bir ox ilə iki nişan vurmuş olurdu. Birinci, erməni və asurilərin başçısı və dini rəhbərini öldürməklə böyük bir rəqibini aradan aparır və ikinci Azərbaycan Türklərini öz doğma topraqlarinda öldürüb və qaçqin salırdı.
Beləliklə, gələcəkdə onun rəhbərliyi ilə Urmu, Salmas vilayətlərində tam azadliqda olan əşirə və qəbilə şəklində yaşayan kürdlər Azərbaycan Türklər ilə öz yerlərindan qacqin salirdilar və orada bütün ixtiyari öz əllərinə alib bir kürd dövlätı yaratmağa nail olmaq istəyrdilər. Ismail ağanın planlarının demək olar ki, coxu həyata geçtı,ermənı və asurilər bu qətlamı Urmu, Salmas və KöhnəŞəhərı Azərbaycan Türklərındən aldilar. Təkcə bu muharibə 45,000 nəfər Azərbaycan Türkü ölümünə Səbəb olur. Marşimonun öldürüldüyü günün axşamı (25.Isfənd) erməni asurilar KöhnəŞəhərə hucum edib öz rəhbərlərinin meyidini alib yolda rast gəldiklərı adamları öldürürmüşlər və bir gündün sonra onlar şəhərə hücüm edib bir neçə gün savaşdan sonra şəhərin bir hissəsini ələ keçirirlər. Daha sonra Azərbaycan Türklərinə yardım gəlmədiyinə görə coxları şəhərdən Xoy, Salmas və başqa kənd və şəhərlərə qaçmağa məcbur olurlar. Bu hadisədən bir gün sonra, yəni Köhnəşəhərdə soyqırım gedən gün ölüm qorxusu və iztirab gecirən Urmu əhalısı o qədər yaralı və ölüdən sonra ilin Son Çarşənbəsı 17.03.1918 (26.12.1296) olmasına baxmiyaraq açilar içində hər nədən xəbərsiz, öz fəlakət və kədəriylə qalmişdir. 39 gündən sonra Marşimonun neçə nəfər sağ qalan atlıları Urmuya qəlirlər. Ermənilər,asurilər öz rəhbərlərininin öldürülməsinin intiqamını kürdlərdən dəyil Azərbaycan Türklərındən almaq qərarı vermişlər. Onların rəhbərləri 12 saat ərzində Urmu əhəlisinin qətlinə fərman vermişlər və bu qətlam Son çarşənbə günüdän başlayaraq 24 saat devam edir və bütün Şəhərdə evlərı yandırıb Azərbaycan Türklərını öldürüb arvad və qizlara təcavüz edib əllərinnə gələn vəhşiliyi əsirgəmirlər. Çərşənbə günü mart ayinin 18-i Azərbaycan Ötəkində tayi görünməyən bu vəhşi soyqırımı nəticəsində yalnız bir gün ərzində Urmu şəhərində 12,000 nəfərdən artıq Azərbaycan Türkündən ibarət uşaq, gənc və qadınlar insanlığa yaraşmayan bir vıziyyıtdı,hımçinin yaralı olub qaçanlar da vəhşicəsinə öldürürmüşlər. Onlar kimsəyə rəhm etmirmişlər. Düşmənin əlinəgeçməsinlər deyə coxlu Azərbaycan Türkləri, Özəlliklə qadənlar özlərini evlərinin damlarindan, pəncərələrindən atirmişlar. O günlərin şahıdı olan Tofiq bəy, Məhəmməd Təməddin, Məhəmməd Əluzra və başqalarının yazdiqlarina görə bu gün doğrudan da Urmu Ötəkində bir Soyqırım olmuşdur. Deylənlərə görə bütün şəhərdə çarəsiz insanların haray qışqırıq və nalə səsi gəlirmiş. Urmu çevrəsində olan saysız kəndlərin yalnız bir neçəsının möhkəm qalaya malik olması və Urmu şəhərı kimi kəndlərdə də silahların tamamiylə rus, ermənı və asurilarin əliylə əhalidən alınması üzündən kəndlərimizin çoxundagüclü muqavimət ola bilmirdi. Çünkü düşmən o vaxtın ən müasir və yaxşı silahlarina malik idi. əlbəttə ki yardımsız və öz doğma yerlərindən qovulmuş bir Ulusun elə bundan qabaqlar da ,1916-1917 –ci illərdə də həmişə onların tərəfindən evləri talanmiş və öz evlərindən qacmağa məcbur edilmişlər. Bəzi kəndlər yaxşı stirateji yerdə olduqlarina görə möhkəm bir muqavimət və döyüş yerlərinə dönmüşdülər, ayrıca sağ qalan döyüşçülər də bu kəndlərə qaçırmışlar. Urmu vilayətinin Quzeyində Urmu gölünün yanında yerləşən Ənzəl mahalının müqavimətinin başında Kazimxan Quşçulu dayanırdı, o Ənzəl mahalının Quşcu, Qarabağ, Qalaçı, Mugatıl, Göyərçin qala, Nəcəf Abad, Bari və başqa kəndlərin ağsaqqları tərəfindən başçı təyin olunur. O Ulusun arasında çoxlu Sayğı qazanır, özü Çox sadə bir kənddən və savadı olmadiğina baxmiyaraq cox döyüşçül muharibəçi və iradəli olmuşdur. O Urmu Soyqırımı başlandıqdan bəri Ismail ağa Simitqonun başçiliğinda kürdlərin Azərbaycan Türklərınə qarşı törətdiyi Soyqırıma tək Ənzəl, Göyərçin qala kəndinin yanında və Urmu gölünün kənarında yerləşən Qirxlar qalasında (Kazım daşi) öz başina toplayaraq onların içindən silahlı dəstələr yaratmış və onların vasitəsiylə əhalını ermənı, asurı və sonralar kürd qətliamindan qorumuşdur. Kazim Xanin yaratdiği dəstələr də düşmənə coxlu ağır zərbələr yetirib və onların arasında böyük bir qorxu yaratmiş və onlar Kazım Xanın dəstələrı olan kəndlərə artiq yaxın gələ bilmirlər. Kazim Xan Quşçulu sonralar da kürdlərə qarşı orda əhalini mudafiə etmiş və bu hadisələrdən sonra Rza şahın hucumun zamanı 1922–ci ilin payızında qəhrəmancasina şəhid olmuşdur. Ermənı asurı daşnaqları Ənzəl mahalından sonra muqavimət mərkəzı onan Nazlı mahalınının neçə kəndinin sorağinə gedir və bu mərkəzlərı də tamamilə aradan aparmaq qərarına gəlir. Urmu gölündən Çox uzaq olmayan və Nazlı mahalının ermənı və asurı kəndlərindən uzaq olan Qəhrəmanlı kəndı də olanlardan biridir. Erməni və asurilər bu kəndlərdə bəzi silahlıların olduğunu eşidib 1918 –ci (11.01.1297) ildə topla və ağır silahlarla hucuma geçir.
Ölümlə üz-üzə gələn bu kənd əhalisi və orda sığınanlar böyük gəhrəmanlıqlar göstərirlər və düşmən bu
vəziyyətdə yaxında yerləşən Əli pəncəsi və Bizov Dağından kəndi elə top atəşinə tutur ki, 20-25 kilometre
məsafədən də silah səslərı eşidilirmiş və nəhayət onlar bundan sonra bütün əhalını vəhşicəsinə öldürmüşlər.
Novruz bayramından 22 gün sonra onlar bəzi kəndləri ağır silahlarla top atəşinə tutaraq bütün kənd əhalısını,
qoca, qadın və uşaqları öldürürlər.Onlar aprel ayının 18-də (27.01) başqa bir müqavimət mərkəzi və böyük bir orduyla möhkəm qalası olan Əsgər Abad kəndinə də hucum edirlər, Bənd 1880 –ci ildə Qara şeyx Əbdullah şəmrinlinin başçılığı altında, Osmanlı və Azərbaycanın batısında yaşayan kürd əşirətlərinin vəhşi hucumunaa məruz qalır. Indi neçə il bu dəhşətli faciədən sonra bu kəndin qoçaq əhalisi və buraya siğinan Azərbaycan Türkləri 8 gün bir daha ölümlə üz üzə qalirlar və düşmənin gücü qat-qat üstün olmağina baxmayaraq kənd əhalısı günlərlə muqavimət göstərir. Təəsüflər olsun ki, artıq 9–cu gün düğmən qala divarlarini top atəşinə tutaraq kəndin içinə girib və istisnasız bütün kənd əhalisini və kəndin məçidində siğinanlari da qətlə yetirirlər. Ermənı və asurilərlər Urmu, Salmas və Köhnəşəhərə hakim olduqdan sonra şərəfxanada rusların qoyub getdiyi silahları Urmuya gətirmək üçün 12.06.1918 –ci (22.04.1297) ildə seçilmiş və təcrübəlı 180 nəfərlik bir silahlı dəstəylə şərəfxanaya hucuma geçirlər. Onlar rusların Urmunun Gölmanxanasında olan Crvozoyev adinda toplu gəmı və bir yük gəmisiylə birlikdə tamamən xəbərsiz hücum edirlər. Lakin Azərbaycan Demokratik firqəsı(Mili hökümət) bu işdən xəbər tutduqdan sonra urmulu Həbibullahxan Ağazadənin başçılığı ilə fədai və mucahid dəstələr və 150 nəfərlı Osmanlı Türk əsir düşən əsgərlərlə birlikdə düşmənə qarşı hücum edib gəmilərə girərək onları öldürürlər. Bu uğursuz hücumdan xəbərdar olan düşmən onun intiqamını Urmudan alaraq onları öz doğma Şəhər və evlərində öldürürlər.01.08.1918-de (08.05.1297) Osmanlı Türk ordusunun Urmuya dogru gəlməsını eşidən ermənı və asurilər 45,000 nəfər cəvarında şəhərlərı talıyıb və Sulduz yol ilə Sayinqala və Tikantəpəyə dogru qaçmağa başlayırlar.Türk ordusunun ön qaravulları olan qeyr mutəzəm kürd silahlı dəstələrı ilk şəhərə girənlərdən olmuşdur və onlar Osmanlı Türk ordusu şəhərə girmədən əvvəl şəhərdə nə varsa talayıb aparırmışlar.
Ordu gələndən sonra günahkar kürdlərin bəzilərını yaxalayib öldürməklə qayda qanun yaradirmişlar. Ayrica
qaçmayan erməni və asurilər də tutulub xalq məhkəməsinə verilir. Artiq Osman Türk ordusu bu Ulusun xilasakrı olur. Elə sonralar da ermənı daşnaqlarına qarşı Azərbaycan Türklərını həmişə qoruyub və öz haqlarını mudafiə eləməye imkan yaradıb. Ona görə də onlar Osmanlı Türk ordusunu böyük sevinc və məhəbbətlə qarşiliyrlarmışlar. Erməni asurilər o mahaldan qaçıb ingilis və fransız ordusundan Həmədana getmə əmrinı alır və oradan da Iraq torpaqlarına getmələrını planlandırırlar. Urmu soyqırımından qabaq Urmuda basqilara məruz qalib şəhərdən uzaqlaşdirilib, sürgündə olanlardan biri də sərdar Məcdulsətənə Əfşar ləqəbı ilə Adlım olan Cəmşid Xan Ərdəşir əfşar olmuşdur. Bu sərdar təkcə Urmunun deyil, bəlkə Azərbaycanın böyük inqilabçısı və azadliq sevər simalarindan birisi olmuşdur. Təəsuflə ki fars Şvonisminin o vaxtan bəri siyasəti nəticəsində Azərbaycan qəhrəmanları elə öz doğma yerində də taninmamişlar. Urmunun Əfşar elinə bağli olan Ərdəşir xansərtib Əfşarin oğlu olmuşdur və məşrutə hərəkati çağında azadliq hərəkatina qoşulmuşdur. Bu zaman Azərbaycanın batısında özəlliklə Urmu dolayinda Məhəmmət Əlişah və osmanlı Imperator və Sultan Əbdulməcidin anlaşması nəticəsində məşrutə hərəkatını boğmaq ücün kürdlər ortalığı qarışdırıb və günahsız Azərbaycan Türk əhalisını öz kəndlərində öldürülərək var yoxlarını da əllərindən almişlar. Əfşar bu kürd yağilərinə qarşı Təbriz əncumənin göstərdiyi və göndərdiyi silahlı dəstlər və əlavə olaraq Urmunun qocaq piyadə və atlı dəstələrdən yaratdığı qoşunla Urmunun Mərgəvər Dəşt, Tərgəvər Türk mahallarında coxlu muharibədən sonra onları qacmağa məcbur etmişdir. Urmu soyqırımı zamanı rus basqıları nəticəsində bir neçə fədayı ilə bir müddət Istanbulda yaşayan sərdar Məcdulsəltənə Əfşar, onlarla birlikdə Təbrizə qayıtdı, ermənı asurilərin Osmanlı Türk ordusu qarşisinda məğlubiyyətını və Urmunun onlar tərəfinnən azad olunması yaqin etdikdə, yaratdigi könüllü fədayi dəstləri ilə birlikdə Qoşaçaya qəlib Hüseynabad kəndində onların gəlməsini gözləyirlər.Onun yaradib başçiliq etdiyi fədayi dəstəsi 60 nəfərlik və bir topdan ibarət olmuşdur və bununla onlar ermənı və asurilərin gəldiklərı gözlənilən yolda gözləmişlər. Ermənı və asurilər talan etdiklərı mal- dövlətlə birlikdə Azərbaycan fədayilərı Tərəfindən atəşə tutulurlar, Azərbaycan dəstələrinin saylarının az olduguna baxmiyaraq qalib gəlirlər və artıq onların qaçmasına da maneə yaradırlar, bu arada Azərbaycan fədayisi Qulam bəy Türkəmani şəhid olur. Bununla Urmu, Salmas, Xoy, Könə şəhər və Sulduzda şəhid olan və vəhşicəsinə öldürülän Azəerbaycan Türklərının intiqamını alirlar. Və düşmənın taladigları apardiqları Azərbaycan Türklərının mal dövlətlərin alıb vı öz şiblırinı qaytarirlar.
Düşmän də intiqam almaq üçün özünü Sayın qalaya çatdırandan sonra ordaki günahsiz əhlini öldürərək ordan Tikan Təpyə doğru gedir və ingilislərlə birlikdə Həmədana və oradan da Iraqa gedirlər.
17 Mart ermənı daşnaqlarının Azərbaycan Türklərınə qarşı başladıqları dəhşətli 165 günlük soyqırım, onlarin
vəhşilik, qəddarlıq və cinayətkarlıqlarının ən zirvəsi idi. O qara günlərı yaşayan bu cinayətlərın canlı şahidi olan cənab Motəmet lorzanının yazdığına görə yalnız Urmu vilayətində birinci dünya savaşi illərində (1914-18) bu faciəli soyqırımında 200.000 nəfər Urmu əhalisi ermənı asurilərin soyqırımına məruz qalmış və bunun ardından aclıq, qəhətlik və gələn xəstəliklər o cümlədən Tifus, Vəba və saırə xəstəliklər insanların həyatlarını daha da çətinləşdirmişdir.(Bax “Urmu dər muharibeye aləmsuz”, s. 230)Yalnız Urmu Şəhrinə və ulusuna dəyən zərər o zamanın puluna görə 100.000 tümən və təcavüzə məruz qalan gənc qadın və qızların sayı neçə mindən artıq olmuşdur (yenə həmin səhifədə), o vaxt elə köçüb qaçanların da sayı az olmamışdır; 15,000 nəfər Urmudan qaçan əhalidən sonralar 2,000 – nə yaxın ancaq öz doğma yerlərinə geri qayıtmışdır. Muharibə vaxti elə bəzi kəndlərdə artıq heç bir nəfər də qalmamışdır, bəzilərində bəlkə barmaq sayıda ola bilərdı, elə ki çoxlu kəndlər də beləliklə Urmu xəritəsindən (corafiyasindan) silimişdir. Kitabda qeyd olunduğuna görə elə Urmunun özünün də böyük hissəsi tamamilə dağılıb aradan getmişdir: Elə bunlar tək Azərbaycan ulusuna dəyil, bəlkə də bütün insanlıq Ötəkində tayı az olan hadisələrdəndir. Bu Azərbaycanın Ötəkində bir böyük soyqırım olaraq həmişəlik ötəklərdə yazılıb qalacaqdır və Azərbaycan Ulusu bu günlərı və onun amillərı olan ermənı, asurı və onları dəstəkləyən və senariyasını hazırlayan batı ölkələrı və Rus imperiyası öz Ötək yaddaşindan da silməyəcək.
Azərbaycan topraqlarına köçüb gələnlər orda olan bütün imkanlrdan istifadə edərək yeri gələndə Azərbaycan
Türk Ulusuna qarşı əllərindən gələnı əsirgəmirlər; necə ki Urmuda yerləşənkürdləri nə yollarla ən qisa zamanda hesabsiz mal-dövlətə sahib olmaqları sual altına gəlir, halbuki orda Azərbaycan Türklərı ağır vəziyyətdə yaşayırlar. Onlar artıq Atalar demişkən “ayaqlarını öz yorqanlarından çox çıxarırlar”, yaxut “gəmidə oturub gəmiçi gözü Çıxartmaq istəyirlər”. Belə aci günlər Azərbaycan Ulusu o taylı bu taylı geçən 50-100 ilin içində yaşamişlar; Misal üçün Qarabağ özü böyük sənəddir. Topraqdan pay olmaz, Ancaq ki Azərbaycan Türk Ulusu belə bir iddalara və törədilən gərginliklərə məruz qalıb. Güney Azərbaycanda, Özəlliklə Urmu, Salmas və Xoy və ... şəhərlərində kürdlərin geçən əsrin əvvəllərindən Ismaıl ağa Simitqonun başçılığiyla yaratdıqları faciə və qətliamlrı və son illərdə baş verən hadisələr, bunun dəvaminda Kərkük olaylar bizə böyük bir ibrət dərsı olmalıdır. 300.000 nəfərdən, 2,00.000 nəfərı yalnız Urmudan olan Azərbaycan Türklərının ölümüylə nəticələnən Urmu soyqırımını və o vaxt ölənlərin xatirəsını bir daha yad edib adlı və adsız şəhidlərimizin qarşısında baş əyib qalanlara bu yolda daha Çox uğurlar arzusuyla.
Bu yazını Urmulu Əhməd yazıb və Çevirən Nurəddin Düzəliş və Umud Urmulu da yazının Çoxlu yerlərındə
bəzi Səbəblər görə dəyişiklər verib.
Ətək yazılar:
Ötək = Tarix
Doğal = Təbiət
Oyqarlıq = mədəniyyət
dolayinda =ətrafinda

Baxış: 692 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 Oguzturk   (16.03.2011 04:48) [Мəlumat]
Bizlere dusmenlerimizi tanitmadilar,bizlere dismene nifret etmeyi oyretmediler,bizlere dusmenden qisas almagi teblig etmediler.Dusmenlerimizi taniyaq,milletimize tanitdiraq,tarix boyu milletimizin basina gelen musibetlerden ibret alaqve dusmenlerimizden qisasimizi alaq.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Маrt 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz