Bazar, 05.05.2024, 19:47
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Nə əcaib sürü yahuu bunlar ...

İlham Əliyevin nəvələri Əli və Mikayıl ilk dəfə ictimai tədbirdə görünüblər. Ticarət və əyləncə mərkəzinin açılışından ibarət olan tədbir Moskva yaxınlığında keçirilib. “Trud” qəzeti kompleksin təqdimat mərasiminin Şərq qonaqpərvərliyi ilə keçirildiyini qeyd edib. Kompleksin açılışında prezident İlham Əliyevin qudası, Moskvada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarov həyat yoldaşı İrina, oğlu Emin Ağalarov və gəlini Leyla Əliyeva ilə birlikdə iştirak edib.
Əli və Mikayıl Emin Ağalarovla Leyla Əliyevanın əkiz övladlarıdır. Əkiz qardaşlar 2008-ci il dekabrın 1-də dünyaya göz açıblar.

Kədərdən uzaq bu insanlar uşaqlarını hansı xarici ölkədə oxudacaqlarını düşünürlər. Görəsən Azərbaycanın kənd məktəblərində acınacaqlı halda oxuyan, işsizlik ucbatından məktəbi sona qədər oxuya bilməyən,müəllimlərin rüşvətxorluqlarından bezən,Universiteti bitirib,restoranlarda qarson işləyən, "Yeraz","Qaçqın", "Naxçıvanlı" deyil deyə işə götürülməyən insanların nəyindən artıqdır bu uşaqlar?? Öz vətənində də, qürbətdə də yad olan Oğuz Türklərindən nə ilə fərqlənirlər. Təmiz Türk olmamaqlamı? Yoxsa prezident nəvələri olmaqla mı? Xatırladım ki, Allahlıq iddia edən hökmdar Firon sonda dəniz sularına qərq olaraq batmış,cəsədi isə ibrət olaraq çürüməmiş vəziyyətdə qalmışdı. İnsanların qanını içən qəddar hökmdar Nəmrud öz sarayında burnuna girən bir milçəyin əlində aciz qalaraq, canıını tapşırmışdı. Hərdən bu dövrdə yaşamağıma heyfslənirəm. Kaş ki,Cavanşir,Şah İsmayıl,Nadir Şah,Məmməd Əmin Rəsulzadə,Heseyn Cavid,Əhməd Cavad,Mikayıl Müşfiq kimi kişilərin dövründə yaşayıb,onların kişilik məktəbini keçərdim. Əfsuslar olsun ki, bu Vətənin Cavidləri,Cavanşirləri,Müfiqləri ya zindanda çürüyür,ya da qürbət ellərə sürgün olunublar. AmmaDeyirlər ki,ümid sonda ölür... Mən də ümidimi itirmirəm. İnanıram ki, Oğuz Türklərinin yurdu olan bu torpaqlarda yenə də Oğuz Türkləri hakim olacaq, vətənimiz milləti müəmmalı olan vampirlərin əlindən qurtulacaq. Tarixi torpaqlarımız yenidən özümüzə qayıdacaq. Paytaxtı Təbriz olan Böyük Azərbaycan qurulacaq. Mən buna çox ümid edirəm. Ən böyük istək və arzularımdan biri isə budur ki, bir gün Azərbaycan Türk Cumhuriyyətinin bayrağını Təbriz və Qarabağdan asım və bu Cumhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin yoxa çıxmış abidələrini yenidən ən uca və şanlı yerlərdə ucaldam. .... ("OĞUZLAR" QRUPU)

Каteqoriya: Мои статьи | Əlavə edib: Memati (07.06.2010)
Baxış: 963 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz