Bazar ertəsi, 29.04.2024, 18:06
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Polşa prezidentinin həlak olduğu təyyarə qəzası ilə bağlı şok görüntülər yayılıb.

Polşa prezidenti Lex Kaçinski, həyat yoldaşı Mariya Kaçinski, eyni zamanda yüksək rütbəli dövlət rəsmilərinin öldüyü təyyarə qəzası ilə bağlı yeni faktlar ortaya çıxıb. Qaynar.info "Milliyet"ə istinadən xəbər verir ki, məlumata görə, hadisədən bir neçə dəqiqə sonra mobil telefonla çəkilən görüntülərdəki silah səslərinin, qəzadan yaralı olaraq xilas olan Polşalı rəsmilərinə açılan atəş səsləri olduğu iddia edilir. İddialara görə, təyyarə qəzasından xilas olanların şəxsiyyət vəsiqələri naməlum şəxslər tərəfindən götürülüb.
Polşa Hərbi Prokurorluğu internet vasitəsilə yayılan 1,23 dəqiqəlik görüntülərdəki silah səslərinin montaj olub- olmadığını araşdırır. Ölkədə geniş əks-səda doğuran görüntüləri mobil telefonla göstərən adamın isə Rusiya vətəndaşı olduğu məlum olub. Onun isə görüntüləri internetdə yayımladıqdan sonra öldürüldüyü bildirilir. Belə ki, o bıçaqlanıb və yaralı halda xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Prezident L. Kaçinskinin mühafizəçilərinin silahları da ortada yoxdur və bu fakt Rusiya tədqiqatçıları tərəfindən təsdiqlənib. Polşa tərəfi isə ediləcək ballistik araşdırmalardan sonra silahların istifadə edildiyi ən son tarixin məlum olacağını bildirib. Rusiya isə hələ də qəzada ölən 21 zabitin cəsədini araşdırır. Cəsədlərdən yalnız ət parşaları qaldığı üçün şəxsiyyətlərinin müəyyən edilmədiyi deyilir. Cəsədləri tanınmayanlar arasında isə Polşa ordusunda yüksək vəzifə sahibləri və prezidentin 9 mühafizəçisi var. Rusiya onların kimliyinin DNT testi ilə müəyyən olunacağını açıqlayıb.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (22.04.2010)
Baxış: 602 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz