Çərşənbə axşamı, 07.05.2024, 03:47
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

ERMƏNİSTANLA BİZNES QURAN MƏMURLAR.
Düşmən ölkəylə əlaqələrə dair sensasion məlumatlar.
Ölkəmizin milli təhlükəsizliyi risq altındadır.

Azərbaycanın bir sıra yüksək vəzifə tutan məmurları Ermənistanda biznes şəbəkələrini genişləndiriblər. Xeyli müddətdir aparılan araşdırmalar və əldə edilən məlumatlar heyrətamizliyi ilə fərqlənir. Ayrı-ayrı nazirlərin hansı sahələrə yatırım qoyduqlarını təqdim etməzdən öncə bildirək ki, bu gün Ermənistan bazarlarında, mağazalarda Azərbaycan məhsulları açıq satışdadır. Azərbaycanda istehsal olunan elə bir məhsul yoxdur ki, Ermənistan bazarlarında, mağazalarında açıq satışda olmasın.

Bu faktı dəfələrlə Yerevana gedib-gələn Azərbaycan və Gürcüstan QHT-çiləri müşahidə ediblər. Azərbaycanın istehsal etdiyi un, araq növləri, çay, şirniyyat çeşidlərinə hər addımbaşı rast gəlmək mümkündür.

Maraqlıdır ki, Azərbaycan məhsulları Ermənistanda həm kütləvi şəkildə rast gəlinir, həm də qiymətləri eynilə Azərbaycandakı kimidir. Hətta bəzi məhsulların qiymətləri Bakıdakıdan ucuzdur. Bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehsal olunan müxtəlif məhsullar düşmən ölkəyə hansısa xırda işbazlar tərəfindən yox, güclü rıçaqları əlində cəmləmiş və sərhəddən problemsiz əməliyyatlar keçirmək gücünə malik məmurlar tərəfindən ötürülür.

"Yeni Müsavat” bir neçə dəfə iqtidarda təmsil olunan vəzifəli məmurların Ermənistana yatırım yapması və erməni qohumları (qarışıq nigahlar və başqa xətlərlə düşmən ölkədə qohumları olan xeyli azərbaycanlı məmurlar var -müəllif) vasitəsilə böyük biznes şəbəkələri qurması barədə məqalə dərc edib. İndiyə qədər də həmin məqalələr təkzib edilməyib.

Son günlər aldığımız məlumatlar da bir daha təsdiq edir ki, Azərbaycanın dövlət strukturlarında yüksək vəzifə tutan bir sıra məmurlar qeyri-leqal yollarla düşmən ölkəyə böyük yatırımlar qoyurlar. Məsələn, bizdəki məlumata görə, Yerevanda və Ermənistanın digər bölgələrində mənzil tikintisi biznesinə ən çox yatırım Azərbaycanın tanınmış məmurlarından biri – C. Əsgərov tərəfindən qoyulub. "O, özünün milliyyətcə ”qrek” (Qafqaz yunanları) olan qayınlarının vasitəsi ilə faktiki olaraq Ermənistanda tikinti biznesini monopoliyaya alıb. Artıq elə bir vəziyyət yaranıb ki, erməni iş adamları bu reallığı açıq şəkildə dilə gətirirlər. Ermənistan hakimiyyətinin Azərbaycan məmurlarının oraya pul qoymasını dəstəkləməsi faktı o qədər də imkanlı olmayan erməni iş adamlarının narazılığının kəskin formaya keçməsini əngəlləyir. "

Bu məqamda bir xatırlatma edək ki, Namiq Abbasov milli təhlükəsizlik naziri işlədiyi zaman bəyan etmişdi ki, ona Ermənistanda daşınmaz əmlak sahibi olan Azərbaycan məmurlarının adları məlumdur. Sonralar aydınlaşdı ki, bizim bəzi məmurlar nəinki tərpənməz əmlaka, Ermənistanda çox geniş biznes şəbəkəsinə malikdirlər.

Həm də o vaxtdan indiyə qədər məmurlarımızın biznes şəbəkəsi fantastik sürətlə böyüyüb. Məsələn, Azərbaycanda məcburi köçkünlərdən tutmuş, köçkün olmayan vətəndaşlarımıza qədər hamının tanıdığı məmur var ki, Ermənistanda restoranlar şəbəkəsinə sahibdir. 18 restoranın daxil olduğu şəbəkəyə azərbacanlı məmurun erməni qayını rəhbərlik edir. Həmin restoranların 11-i İrəvanda, digər 7-si Ermənistanın ayrı-ayrı mənzərəli bölgələrində inşa edilib. Bizə verilən məlumatda həmin məmurun "Qaçqınkom”un rəhbəri Əli Həsənov olduğu iddia edilir. Əli müəllimin restoranlarının adı da maraqlıdır: "Haynokavan.” Erməni dilini bilən bir dostumuzun deməsinə görə, bu sözün tərcüməsi "erməni süfrəsi” deməkdir.

Əli müəllim Razdan rayonunun Ankavan kəndində SSRİ dönəmindən qalan müalicə kompleksini də ucuz qiymətə alıb. Bir il ərzində Müalicə Kompleksi Avropa standartlarına uyğun qurulub.

Məlumatda iddia olunur ki, Azərbaycanın "fəxri” olan bu məmurun vəsaiti hesabına qayınatası ilə qayınanasının yaşadığı Vedi Rayonunun Qarmaraşen kəndinə asfalt yol çəkdirilib. Kəndin əhalisi yolun açılışında qohumları olan azərbaycanlı məmuru alqışlayırmışlar.

Göyçə gölünün yaxınlığında isə bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılan yüksək çinli məmurlardan birinin (onun adı məlumatda Abbas Abbasov kimi göstərilib) əzəmətli İstirahət Mərkəzi fəaliyyət göstərir. Bu obyekt təxminən 8 il əvvəl yaradılıb. Son iki ildə isə daha da böyüdülərək dünya standartlarına çatdırılıb. Bir neçə il əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edərkən həmin azərbaycanlı məmurun Sevan gölü yaxınlığındakı İstirahət Mərkəzində gecələmişdi. İstirahət Mərkəzinin idarəçiliyi azərbaycanlı məmurun erməni qayınları tərəfindən həyata keçirilir.

Ermənistanda ən tanınmış və nüfuzlu sradekyanlar nəsli ilə qohumluğu olan daha bir yüksək vəzifəli Azərbaycan məmuru isə həmin familiyaya arxalanaraq Ermənistanda iki hotel alıb. Onlarla supermarket, tikiş fabriki, çaxır emalı müəsisəsi açıb.
Azərbaycan parlamentinin deputatlarının da bəziləri düşmən ölkəyə yatırım qoyublar. Milli Məclisdə ermənilərlə qohumluq əlaqəsi olan 15-ə yaxın deputatdan biri (Elman Məmmədov) İrəvanda Gənclər Evinin yaxınlığında iki mülk inşa etdirib. Hazırda həmin mülklər iri məbləğə xarici ölkə səfirliklərinə icarəyə verilib.
Əldə edilən bilgilərə görə, ayda bir dəfədən az olmayaraq azərbaycanlı məmurlar Tiflisdə yerləşən kazino və mehmanxanalarda erməni qohumları ilə görüşüb haqq-hesab edirlər.

Əldə etdiyimiz bilgilərə görə, ayda bir dəfədən az olmayaraq azərbaycanlı məmurlar Tiflisdə yerləşən kazino və mehmanxanalarda erməni qohumları ilə görüşüb haqq-hesab edirlər.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (19.04.2010)
Baxış: 586 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz