Şənbə, 27.04.2024, 00:04
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Azərbaycan milli musiqi alətləri
Nəfəs alətləri

Tütək


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Nəfəsli çalğı alətidir.Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır.
Gövdənin üz hissəsində 7, alt hissəsində isə 1 oyuq olur.
Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir.

========================================================


Zurna

N. Rəhmanovun işi. Dəvəçi. 2000
Güclü zil səsə malik nəfəsli musiqi alətidir.
Əsasən ərik, qoz və tut ağacndan yonularaq hazırlanır.
Üz hissəsində 7, alt hissəsində isə 1 oyuq açılır. Gövdənin baş tərəfinə maşa taxılır.O,cır söyüd, qoz və ərik ağacından hazırlanır.

========================================================

Ney

Qarğıdan hazırlanmış ağ neylər. C. İsmayılın şəxsi kolleksiyası.Bakı, 1996.
Nəfəsli çalğı alətidir. Ağ ney qarğıdan hazırlanır.boruşəkilli gövdəsinin üz hissəsində 5, alt hissəsində isə 1 oyuq olur.

========================================================
Zərb alətləri


Qaval

Birüzlü zərb alətləri qrupuna daxildir.
Qoz ağacından hazırlanmış çanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir.Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir.

========================================================

Dəf

Sümüklə işlənmiş dəf. M. Salahovun şəxsi kolleksiyası.
Zərb çalğı alətlərindən biridir.
Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir.
Sağsanağı qoz, üzü isə balıq dərisindən hazırlanır.Hazırda nadir hallarda istifadə olunur.

========================================================

Dümbək

Qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir.
Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır.

========================================================
Simli alətlər


Kamança

Oyma üsulu ilə işlənmiş kamança. M. Kərimovun işi. Bakı, 1998
Kamanla çalınan simli musiqi alətidir.
Kamança çanaq, qol və çanağın içərisindən keçərək onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından yonulma üsulu ilə hazırlanır və 4 simdən ibarətdir.
Alət zoğal ağacından hazırlanmış düz və ya bir qədər əyilmiş çubuq şəklində olan kamanla çalınır. Çanağın üzərinə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Adətən üzəri sədəflə bəzədilir.

========================================================

Tar

Sədəflə işlənmiş tar. XX əsrin əvvəlləri.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi.
Simli, mizrabla çalınan musiqi alətidir.
Tar üzərinə balıq dərisi çəkilmiş 8-ə bənzər çanaqdan (böyük və kiçik çanaq), üzərində 22 pərdəsi olan uzun qoldan, aşıqlar yerləşən kəllə hissədən ibarətdir.11 simi var. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Tar əsasən muğam üçlüyündə və ansambllarda ifa olunur. Adətən sədəflə bəzədilir.

========================================================

Saz

Sədəflə işlənmiş saz. B. Balabəyovun işi. Bakı, 1999
Simli, mizrabla çalınan ən qədim alətlərdəndir.
Aşıqlar tərəfindən ifa edilir.Azərbaycanda ölçüləri ilə fərqlənən tavar (8-11 sim), orta (8-9 sim), qoltuq, kiçik cürə (4-7 sim) saz vardır.
3 hissədən ibarətdir: çanaq, qol, gövdə. Çanağı tut ağacından hazırlanır. Adətən üzəri sədəflə bəzədilir

========================================================

Qopuz

Qolça qopuz. M. Kərimovun işi. Bakı, 1999.
Ən qədim simli çalğı alətlərindən biridir.Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.
1) "Qıl qopuz” və ya "ikilik” kimi tanınan və kamanla ifə edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında geniş yayılmışdır.
2) Müasir aşıq sazının sələfi sayılan üçsimli "qolça qopuz” Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.
Qolça qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir.Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılır.

========================================================

Rübab

Rübab. M. Kərimovun işi. Bakı, 1984
Mizrabla çalınan simli dartımlı musiqi alətidir.
Özünəməxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fısdıq, qol isə qoz ağacından hazırlanır. Çanağın üzərinə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük dəridir. İpəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanılır. Qolunda 18 pərdəsi var.

========================================================

Çəqanə

M. Kərimovun işi. Bakı, 1982
Kamanla çalınan dördsimli çalğı alətidir.
XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur.Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir. Çanağın üzü şam ağacından hazırlanmış taxta üzlüklə örtülür

========================================================

Çəng

M. Kərimovun işi. Bakı, 1977
Quruluşu etibarı ilə arfa tirli simli-yaylı musiqi alətidir.
Çəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərinə yerləşdirilmiş metal ilgəklərə, o biri isə taxta aşıqlara bağlanılır. Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi vardır.

========================================================

Qanun

Sədəflə işlənmiş qanun. XVIII əsrin sonu. M. Kərimovun şəxsi kolleksiyası.
Yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir.
Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır. Alətin üst hissəsinin ¾-ü şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır
Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (22.12.2009)
Baxış: 2758 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz