Çərşənbə axşamı, 23.04.2024, 21:47
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Milli kökümüzə sahib çıxaq !!!

Azərbaycan dövlətində yaşayan millətin adı nədir? Azərimi? Əlbəttə ki deyil. Bu zaman ortaya bir soru çıxır. Bəs nəyə görə dövlətin adı Azərbaycandır? Azərbaycan sözünü bilimsəl yöndən araşdırsaq görərik ki bu sözün tərkibində azəri sözü işlənməyib. Dövlətin adı Azəriiiiibaycan olsaydı onda rahatlıqda demək olardı ki biz azəriyik. Amma –i şəkilçisinin işlənmədiyinə görə bu yanlış fikirdir. Bəs yaxşı, azəri sözü hardan yaranıb?
19-cu yüzildə Azərbaycan dövləti yadellilər (iran və rusiya) tərfindən ikiyə bölündü. Güney və Qüzey Azərbaycan. Həmin yüzilin ortalarında iran dövləti məqsədyönlü şəkildə Azərbaycan xalqına azəri adlandırmağa başladı. İranda azəri sözünün mənası belə açıqlanmaqda:
"Əski (qədim) zamanlarda Qafqazlarda farslar yaşardılar. Orta Asiyadan köç edib gələn Türklər buraya yerləşdikdən sonra buradakı farsları zorla Türkcə danışmağa məcbur etdilər və fars olduğunu zorla unutdurdular. O zamandan sonra oradakı farslar Türkdilli oldular və fars olduqlarını unutdular.”
İranın qüzeyində nüfuz sayı 200.000-dən daha az olan kiçik bir millət yaşamaqdadır. Dinləri isə atəşpərəstlikdir. Onların soyları farsdır. İran dövlətinin siyasətinə görə isə Azərbaycan xalqı da bu kiçik millətlə eyni qana malikdir. Yəni iran dövləti Azərbaycanlılarla onları eyni millətdən saymaqdadır.
19-cu yüzildən öncə tarixdə azəri sözünə bir dəfə də olsa rast gəlinməməkdədir. Heç bir tarixi sənədlərdə bu sözlə qarşılaşmaq mümkün deyil. Azərbaycan xalqı Türk millətinin Azər boyundan gəlməkdədir. Söz tərkibinə gəldikdə isə Azər sözü Od-Ər sözlərinin birləşməsindən yaranmışdır və oda-atəşə inanan döyüşçü deməkdir. Ərəblərin hakimiyyətindən sonra isə Odər sözü Azər kimi tələffüz olunmağa başladı. (Ərəblər D hərfini tələffüz edə bilmədikləri üçün onu Z olaraq tələffüz etdilər). İran dövləti isə bilərəkdən, məqsədəuyğun olaraq Azər sözünün sonuna –i şəkilçisi əlavə edərək onu farsköklü etməyə çalışdı. Buna görə də Azər doğru, azəri isə yanlışdır.
Günümüzdə Güney Azərbaycanda azəri sözünü işlətmək böyük hörmətsizlik sayılır. 2006-cı ildə olan üsyanlarda Güney Azərbaycanlılar küçələrdə "MƏNƏ AZƏRİ DEYƏN MƏNİM DÜŞMƏNİMDİR” deyə bağırırdılar. Amma bun baxmayaraq yanlış bilgiləndikləri üçün Türkiyədə azəri sözü hələ də istifadə olunmaqdadır...

BİZ TÜRKÜK VƏ GƏLİN BU ŞƏRƏFLİ ADA SAHİB ÇIXAQ.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (17.12.2009)
Baxış: 598 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz