Cümə, 26.04.2024, 06:22
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2014 » İyun » 7 » Heydər Oğuz-"Türkəm,Dədə Qorqud ocağından gəlirəm mən" qoşuğu.
22:49
Heydər Oğuz-"Türkəm,Dədə Qorqud ocağından gəlirəm mən" qoşuğu.
Heydər Oğuz-"Türkəm,Dədə Qorqud ocağından gəlirəm mən" qoşuğu.

Kimmiş Qazaq, Özbək, Cağatay, Azəri?- bilməm
Türkəm, Dədə Qorqud ocağından gəlirəm mən.
Allahdan ulu kimsəni məbəd yeri bilməm,
Haqq əsgəriyəm, Haqq qucağından gəlirəm mən.

Düşmənlə savaşlarda qırılmış qanadından
Səkdikcə bu gün Türklüyü sanma ölü artıq.
Yox onda işarət düşünüb Türklük adından
Zənn etmə qırılmışsa sağalmaz beli artıq.

Duyduqca sənin fikrini gülsəm, buna çaşma.
Çox böylə qırılmış belim ondan gülürəm mən.
Yaddan çıxarıb kimliymi həddini aşma,
Türkəm, Dədə Qorqud ocağından gəlirəm mən.

Türk ömrü keçib sanki zaman keşməkeşindən,
Gah zirvəyə qalxıb, yenə gah zirvədən enmiş.
Vaz keçməyib ancaq o vüqarlı yerişindən
Gah atdan enib dincələrək, gah ata minmiş.

Atsız görərək üstümə çox köhləni sürmə,
Heç sanma beyindən bunu bir gün silərəm mən.
Murdardır əlin, qaysağımın üstünə sürtmə!
Türkəm, Dədə Qorqud ocağından gələrim mən.
Baxış: 785 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyun 2014  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz