Cümə axşamı, 17.01.2019, 03:56
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2019 » Yanvar » 2 » Ceyhun Avşar-1920-ci il Rus işğalına qarşı üsyanların qehremanlarına
02:17
Ceyhun Avşar-1920-ci il Rus işğalına qarşı üsyanların qehremanlarına
1920-ci il Rus işğalına qarşı üsyanların qehremanlarına

Nə yaxşı ki, Gencə adlı ilk üsyanım,savaşım var,
Ne yaxşı ki, Rus zülmünə baş qaldıran dastanım var,
Nə yaxşı ki, Rus başına gülə sıxan Qaçaq Qasım,
Nə yaxşı ki, qorxmaz ürək,dağ vüqarlı Qəmbərim var.

Nə yaxşı ki, Lənkəranda dik duruşlu Şahverənim,
Nə yaxşı ki, yardım edən Türk qardaşım Camalım var,
Nə yaxşı ki, Astarada düşmənimə qorxu salan Ramazanım,
Nə yaxşı ki, kəskin üzlü,dik duruşlu Qüdrətim var.

Nə yaxşı ki, Nuru Paşam,soyla gələn ərənim var,
Nə yaxşı ki, Qarabağda Kərim bəyim,üsyan deyən ürəyim var,
Nə yaxşı ki, Allah,Vətən,Bayraq deyən Sarıxanım
Nə yaxşı ki, işğalçıya ölüm deyən Hafizim var.

Nə yaxşı ki, Şəmkirimidə ordu olan Namazım var,
Nə yaxşı ki, Kuzun kənddə başqaldıran dağlarım var.
Nə yaxşı ki, düşmənimi qırıb-tökən Həmdullam,
Nə yaxşı ki, şəhid olan,qazi olan canlarım var.
Ceyhun Avşar
Baxış: 10 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Yanvar 2019  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 457

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2019
Конструктор сайтов - uCoz