Cümə, 19.04.2024, 07:33
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Türkcü şair- Əhməd Cavad

Mən Türk övladıyam - Əhməd Cavad

Mən bir qulam, yük altında əzilmişəm, qardaşm,
Sevinc bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damga vurub, zəncirləyib tullamşlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.

Mənə dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər seyə möhtac.

Mən Turk ovladıyam, dərin ağlım, zəkam var,
Ne vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zulmə qarşı isyankaram, əzilsəm də susmaram!

İNDİ ÖZÜN DÜŞÜN!!! BƏS SƏN KİMSƏN?

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (17.12.2009)
Baxış: 1132 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz