Şənbə, 20.04.2024, 11:41
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Tarixi torpağımız Borçalı

BORÇALI MAHALININ SAHƏSİ, SƏRHƏDLƏRİ VƏ TƏBİİ ŞƏRAİTİ
Ulu Borçalı ərazisinin bir neçə dəfə dəyişdirilməsinə baxmayaraq, 1880-ci ilin mə'lumatına görə, 5.940 kv km, 1905-ci ildə 6.870 kv. km, 1917-1921-ci illərdə 4.360 kv. mk, nəhayət 1922-1929-cu illərdə (qəza məhz 1929-cu İldə rayonlara bölünüb) cəmi 2.665 kv km olub. Yə'ni binəva Borçalı zaman-zaman Dardanel boğazı kimi "daralıb", Şura hökümətinin gəlişi ilə isə, demək olar, tən yarıya bölünüb, yarısı Gürcüstanda qalıb, yarısı bədnam Ermənistana verilib. Beləliklə, üç hissəyə: dağlıq Borçalıya, aran və ya düzən Borçalıya və bağ Borçalısına ayrılmışdır. Borçalıda sultanlıq ləğv olunandan sonra(1880) Borçalı mahalı Tiflis quberniyasının tərkibindən çıxıb, Borçalı, Loru və Trialeti nümayəndəliyi kimi fəaliyyət göstərməyə başlayıb.
Mahal şimaldan Qori və Tiflis qəzası, cənub-şarqdan Yelizavetpol quberniyasının Qazax nahiyəsi, cənub-qərbdən İrəvan quberniyasının Aleksandropol qəzası, qərbdən isə Tiflis quberniyasının Ahılkələk qəzası ilə həmsərhədik. Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485 kilometr olub, özünəməxsus landşaft qatına malikdir.
Ərazinin 2/3 hissəsi dağlaq (500 metrədən yuxarı və dağətəyi) zona, 1/3 hissəsi isə düzənlik və maili düzənlikdən ibarətdir. Bu düzənlik Gürcüstanın Azərbaycanla sərhəd və Ermənistanla həmsərhəd ərazisi arasında geniş sahəni əhatə edir. Bu düzənlikdə mahalın 70-ə yaxın yaşayış məntəqəsi cəmləşmişdir. Bu duzənlik Borçalı mahalının şimal-şərq hissəsində yerləşib, dəniz səviyyəsindən 1100 fut və ya 34 metr yüksəklikdə yerləşir. Mahal hər dörd tərəfdən - şimaldan Yağılca alçaq dağlıq massivinin təpələri, Qərbdən Somxet tirəsinin meşə örtüyü, cənubdan Babakər dağ silsiləsi ilə əhatə olunur. Şərqdən isə gür çayı vasitəsilə Qarayazı çöllərindən ayrılır. Bu düzənliyin uzunluğu 35,4, eni 26,6 km, sahəsi isə 392,5 kv km-ə bərabərdir. Düzənliyin səthi hamar olub, bə'zi sahələrdə təpəlik ərazilər diqqəti cəlb edir. Buranın təbii şəraitinin rəngarəng olmasına suvarma şəbəkəsinin inkişafı və ərazidən axan çayların tə'siri çox böyükdür. Lakin onu da etmək lazımdır ki, bol və sıx su şəbəkəsinə malik olan Borçalı mahalında 100-150 il bundan əvvəl bu suların ətraf sahələri basması (yaz, payız) ərazidə yüz hektarlarla əkinə yararlı torpaq sahələrinin sıradan çıxarmış, geniş bataqlıq sahələrinin əmələ gəlməsinə səbəb olmuş və nəticədə ağır və uzun sürən yoluxucu malyariya (qızdırma), ağ ciyər və sarılıq xəstəliklərinin inkişafına zəmin yaratmışdır. Nəticədə kütləvi insan (1-8 yaşlı uşaqlar) tələfatına səbəb olmuşdur.
Borçalının iqlimi çox müxtəlif olub, rəngarənglik təşkil edir. Belə ki, dağlıq Borçalının (Trialeti nümundəliyi, Başkeçid - Qomaret və Loru nümayəndəliyinin dağlıq ərazisi) qışı əsasən soyuq, yazı yumuşaq isti, bə'zən yağmurlu, payız yağmurlu və soyuq, yayı isə dumanlı və mülayim, bə'zən isə qızmar keçir.
Aran Borçalısı (Lorunun bir hissəsi daxil olmaqla), borçalı və Zəlyə düzənliyininiqlimi isə demək olar ki, ilboyu kənd təsərrüfatı üçün tam yararlıdır, qış aylarında şaxtalı günlərin sayı təxminən 5-10 günə çatır. Yay ayları quraq və isti keçir, yaz ayları bə'zən isti və əsasən yumuşaq-mülayim hava axını ilə zəngin olub, payız isə nisbətən yağmurlu olması ilə fərqlənir.
Mahalda ərazi üzrə iqlim ünsürlərinin qeyri-bərabər paylanması ərazinin torpaq bitki örtüyünə öz tə'sirini (düzən və dağətəyi sahələrdə) göstərmiş, dağlıq ərazilərdə ilboyu yağmurun, qış aylarında isə lazimi qar qatının olması sıx meşə sahələrinin əmələ gəlməsində səmərəli rol oynamışdır. Qeyd etməliyik ki,V əsrdə başlanmış XX əsrin əvvəlinə kimi Borçalı qəzasının iqlimi haqqında heç bir tədqiqat işi aparılmamışdır. Yalnız eramızın XVIII və XIX əsrlərdən müxtəlif səpkidə (tarixi etnoqrafik oçerk) iqlim mövzusuna aid çox azsaylı materiallara rast gəlinir. Bütün yazılı mənbələrdə bu sahəyə aid materiallar sorğu şəklində aparılmışdır. Bunları nəzərə alaraq, biz çalışdıq ki, Borçalının təbii şəraiti və iqlimə haqqında lazimi mə'lumatlar toplayaq. Buna görə də ardıcıl olaraq 1980, 1985, 1990, 1993, 1994 və 1995-ci illərdə mahalın dağlıq dağətəyi, düzən və aran bölgələrində (ilin müxtəlif fasillərində) olub, bir sıra fizcoğrafi və meteoroloji, materiallar əldə etdik.
Şübhəsiz, son 15-20 ildə əldə etdiyimiz meteoroloji, təbii şərait və s. sahələr üçün materiallar yalnız mahalın XX əsri haqqında fikir yürütməyə əsas verir. Keçmiş əsrlər haqqında isə yalnız və yalnız təqribi və nisbi olaraqfikir yürütmək olar. Müşahidələrimizə, elmi təhlil və ümumiləşdirmələrimizə əsaslanırıq deyə bilərik: Təbii şəraiti, torpaq-bitki örtüyü, səfalı ab-havası, şəfalı, təmiz, sağlam iqliminə; bol su ehtiyatlarına və günəş enerjisinin (sutka ərzində) faydalı olmasına görə bu mahal əvəz olunmazdır. Onu göstərmək lazımdır ki, Borçalının coğrafi mövqeyi digər mahal və bölgələrə nisbətən yaşayış üçün çox əlverişli olub, burada Zaqafkaziyaya, Yaxın və Orta Şərqə, eləcə də Avropaya birbaşa çıxış yolu vardır. Zəngin təbiəti Borçalı axırlı-baxarlı meşələri, çəmən və otlaqları, çağlayan, gur axan çayları və göz yaşı kimi dupduru təbii bulaqları ilə həmişə yadelli işğalçıların diqqətini cəlb etmişdir.

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (21.12.2009)
Baxış: 1062 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz