Cümə, 19.04.2024, 12:39
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Seyfəddin ALtaylı-Türk milləti

Tanrı bütün məxluqatları yaradandan sonra insanı yaradıb və yaratdıqdan sonra da "bərakallah mənə ki, belə bir varlıq yaratdım” deyə özünü öyüb.

İnsan, yaradılmış varlıqların ən şərəflisidir, bu öz yerində. Bir də insanlar içində elə bir millət vardır ki, o Tanrının sevgisinə layiq olub. Bəli, bu şərəfli millətin adı Türkdür.

Tanrı müqəddəs kitabımız Quranda, maidə surəsində buyurur ki; ” Ey inananlar! Aranızda dindən kim dönərsə bilsin ki, Allah özünün çox sevdiyi və onların da onu sevdiyi, üstəlik iman gətirənlərə qarşı təvazökar, Allahı dananlara qarşı güclü, Allah yolunda cihad edən, özündən ikrah hissi duyanları vecinə də almayan bir millət yaradar. Bu, Allahın istədiyinə verdiyi nemətdir”.

Tanrı həmçinin, saff surəsində; "Nəfəs nəfəsə yüyürən, qığılcımlar sovuran, səhər-səhər hücuma qalxan, tozu dumana qatan və düşmənlərin üstünə cuman atlara və qazilərə and içirəm kig.” -deyir. Görəsən Quranda tanrının təsvir etdiyi bu millət kimdirə!

Peyğəmbərimiz hz. Məhəmməd də ərəblərə deyib ki, "Türklər sizə toxunmadıqca siz onlara toxunmayın, çünkü onların hakimiyyəti çox uzun çəkəcəkdi”.

Bilinən tariximizdən üzübəri bütün hadisələri nəzərdən keçirsək görərik ki, ulu babalarımız hələ İslam dini gəlməmiş onun prinsiplərinə tarix boyu əməl edib. Yəni, iman gətirdikləri dinin adı "İslam” olmasa da, indiki mənada desək o din islamdı, ancaq "Məhəmməədiyyə İslamı” deyildi. Elə buna görə də Məhəmmədiyyə İslamını kütləvi şəkildə qəbul etmişik.

Türk, tarix boyu zalımın düşməni, məzlumun dostu olub. Cəsarətdə, alicənablıqda, mərhəmətdə, insanpərvərlikdə, haqlıya haqqını təhvil vermədə, gücsüzün hüququnu müdafiə etməkdə daim ön cərgədə olub. Az qüvvəsiylə düşmənin saysız hesabsız ordularını, cəsarəti, qüdrəti və zəkasıyla çil cücəsi kimi dağıdıb.

Fransız tarixinin unudulmaz sərkərdəsi Napoləon Bonapartə; "Türklər öldürülə bilər, ancaq məğlub edilə bilməzlər. Türklərdən söhbət gedirg Düşmənə hücum edərkən amansız bir qasırğaya, dəhşətli bir dənizə, insafsız bir ildırıma oxşayan türk, dostunun yanında, silahsız düşməninin qarşısında səhər yelidir, dumduru bir göldür”. İsveç kralı Dəmirbaş Şarl, "Türklər ölməyi bilir, həm də çox yaxşı bilirlər. Mən ölməyi bilən bir millətin məğlub edilmiyəcəyini biləcək qədər təcrübəliyəm”. Çex alimi Comənius, "Türklərin yeganə sevdikləri şey haqq və ədalətdir. Heç kəsə haqsızlıq etmədikləri halda hüquqları tapdalanıb”.
Türkiyə Cümhuriyyətinin banisi Atatürk, Türklər barədə bunları deyib: "Böyük millətmi? Türkdən daha böyük millət vardırmı? Mən nə eləyə bildimsə ancaq onunla edə bilərdim!

Türk milləti, onun kiçik və böyük yaşdakı oğulları poladdan yaradılmış heykəllərdir; onların nə olduğunu başa düşmək üçün onlarla döyüş meydanlarında üzləşmək gərək. Bu da elə bir təşəbbüsdür ki, Türk gəncliyinin minlərlə il əvvəldən bəri bilinən yüksək dəyəri, qüvvəti, qüdrəti və basılmaz zəkasının imtahanı olar”.

Әziz oxucu, elə zənn edilməsin ki, mən şovinist mənada türk millətini öyürəm və irqpərəstlik edirəm, əsla..! Tanrı, türkü özünə ordu yaradıb mən sadəcə hamının bildiyini bir daha təkrar edirəm. Bir etirazı olan varsa, "türkü niyə özünə ordu yaratdınə” deyə gedib Allahla davaya tutuşsun.

17-ci əsrin axırlarına sarı bir Fransız səyyahı İstanbula gəlir. Təbii ki, turistlərin ilk getdiyi yer bazardır, çünkü orda xalqın əsl mənəviyyatı, mədəniyyəti, maddi vəziyyəti və ruhu öz əksini tapır. O da üzünü tutur Bayəziddə yerləşən indi Qapalı Çarşı deyilən yerdəki bazara.

Arthur Kostlər kommunist ideyasına inanmış bir insandı və bu əqidəsi üçün uzun illər mübarizə yeritmişdi. Bir gün Sovetlər Birliyinə getməyə qərar verir və Moskvaya üz tutur, Sovetlər Birliyində günlərlə qalır, qayıdandan sonra da kommunizmi bir dəfəlik buraxır, buraxmasının səbəbini də belə izah edir: "Mən kommunizmə, sərin bulaq suyuna yüyürən bir insan kimi getdim, kommunizmi tufandan qaçan bir insanın təlaşı içində tərk etdim”.

Həmin Fransız səyyahı da Arthur Kostlərin təsvir etdiyi şəkildə bazardan başını götürüb qaçır. Görür ki, eşikdə in-cin top oynayır. O tərəf bu tərəfə hərlənir və bir nəfərin küçələri süpürdüyünü görüb ona yaxınlaşır, aralarında bu diyaloq yaranır:
-Bu qızıl dükanlarının yiyəsi yoxdur?
-Әlbətdə var!
-Bəs hardadılar, kimisi dükanın qabağına bir pərdə çəkib, əksəriyyəti isə qapını dalı üstdə qoyub gedib.
-Namaza gediblər, bugün cümədir.
-Bəs bu qızılları oğurlamazlar?
Küçəni süpürən adam gülür və fransıza bu cavabı verir:
-Bura Osmanlının paytaxdıdır, burada oğurluq olmaz.

O vaxtdan bu yana təqribən dörd yüz il ötüb. İndi İstanbulda camaatın yeddinci yox on yeddinci mərtəbəsindəki evi yarılır. Oğurluq, qanunsuzluq, yadı yamsılama, öz milli kimliyindən asılı xəcalət çəkmə, beş yüz il hakimiyyətimiz altında yaşayanların nəsillərini özündən artıq görmə, tuği lənət olub keçib indiki Türklərin, yəni bizlərin boynuna.
Həmişə bir fikir hardasa beynimi dağıdır. Dünən deyiləcək vaxta kimi dünyaya hakimdik. Zalımlar bizdən tük salırdı və məzlumlar asudə, firavan bir ömür sürürdü. Osmanlı sədrəzəmi Mərzifonlu Qara Mustafa paşa görün nə deyib: "Bir şərt irəli sürə bilməzdilər, şərtləri biz diktə etdirirdik. Bütün dünyanın hökmdarları məmurlarımızdı”.

Mərzifonlu baba, bağışla ki, dinindən döndərib müsəlman elədiklərimizi dövlətin ən yüksək pillələrinə çıxarıb yüksək vəzifələr verdik, dövlətimizin stratəji postlarını onlara tapşırdıq və onların intriqalarıyla səni dar ağacından asdıq, şahzada Mustafanı karlara, lallara boğdurduq, Otlukbelində, Çaldıranda, Ankara düzlüyündə sərv qamətli igidlərimizi bir-birinin üstünə yeridib qanlarını sel kimi axıtdıq. Səni və Şahzada Mustafa kimilərini asa asa damarlarında yad qanı daşıyanları, bu da bizim din qardaşımızdır deyib başımıza tac etdik. Sabir babamız demişkən "Fatma Tükəzbanları buraxıb sonyalara bənd olduq”, genimizi korladıq, axırda üç qitəyə hakim olan imperiyamızı dağıtdıq. Atatürk və silahdaşları olmasaydı, on doqquz yaşlı əziz adlı oğullar Azərbaycandan, Toğrullar Kərkükdən, Giraylar Kazandan gəlib Çanaqqala döyüşlərində iştirak edib Anadolulu qardaşlarıyla çiyin-çiyinə döyüşüb şəhid olmasaydı, Tanrı da yardım etməsəydi uduzacaqdıq, Anadoludakı Azadlıq Hərbində qalib gələ bilmiyəcəkdik.

Mərzifonlu baba ancaq bağışla birini də demək istəyirəm. Vətən torpaqları üçün müqəddəs canlarını sevib sevilmək vaxtında güllələrə qurban verənlərin, onu qoruyanların ruhu bizi bağışlamayaq baba. İndi ziyalı deyə təsvir edilən məxluqatlar deyir ki; "Vətən sevgisi də nədir, bir şeyi sevəcəksinizsə gedib evdə həyat yoldaşınızı sevin”. Bu sözləri deyənləri biz indi başımıza tac etmişik baba, tariximiz, taleimiz, şəhidlərimizin müqəddəs ruhları bağışlamaz bizi baba, bağışlamaz.

Biz hələ də özümüzə gələ bilməmişik. Dörd yüz ildir müəllimlərimiz bizə bizi öyrətməyib, ürəyimizə öz milli sevgimiz yerinə özgəsinin sevgisini yerləşdirib. Ostroqotların, viziqotların, vandalların, nə bilim kimlərin tarixini bütün təfərruatıyla öyrənmişik, ancaq burnumuzun dibindəki Azərbaycan tarixini, Türkmən, Tatar, Qazax, Qırğız, Uyğur, Saxa və digər xalqlarımızın tarixini öyrənməmişik. Müəllimlərimiz Yunan mifologiyasını bizə əzbərlədib, ancaq nə Manası bilmişik, nə ərtöştük dastanını, nə Edigeyi və digərlərini.

Bəli Mərzifonlu baba, elə buna görə də Allah , qan görəndə ödü partlayan qorxaq Erməninin əliylə Azərbaycandakı qardaşlarımızın, ASALA-PKK birləşməsindəki qor-qoduğun əliylə Anadoluda bizlərin, dünənə kimi bir zabitimizlə görüşmək üçün astanamızı yalayan Talabanilərin-Barzanilərin əliylə də Türkmanların üzünə şillə çəkir. Bizə deyir ay bədbəxt silkin özünə gəl, ancaq biz bilmirəm hansı dərədə bir yulğun kolunun dibində yatmışıq və üstümüzdə bir qarış toz əmələ gəlib baba. Biraz uzunçuluq edəcəyəm bağışla baba, sənə bir sual vermək istəyirəm:
Biz haçan əsrin tələb etdiyi elm, texnoloji və bilik ilə silahlanıb özümüzə qayıdacayıqə Bircə bu sualımın cavabını mənə de.
Qəbir daşından öpürəm!

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (23.01.2010)
Baxış: 700 | Şərhlər: 3 | Reytinq: 0.0/0
Bütün şərhlər: 1
0  
1 Nadir   (28.01.2010 00:19) [Мəlumat]
smile smile smile

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz