Cümə, 29.03.2024, 02:00
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Qız qalası

Qız qalası - Bakı şəhərində, Qədim qala divarlarının (İçəri şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidə. Divarlarının hündürlüyü 30, qalınlığı 5 metr olan bu qala Abşeron yarımadası ərazisində ən möhtəşəm və ən qədim feodal müdafiə tikilisidir.

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti Xll əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz Xll əsrdə tikildiyi ehtimal edilir.

Qız qalası iki hissədən ibarətdir. Əsas hissə silindr formasında, digər hissə isə dəniz tərəfə uzanmış uzunsov dayaq divar şəklindədir. Bu cür formaya əsasən müdafiə tikililərində, istehkamlarda rast gəlinir.

Qız qalasının divarlarının qalınlığı aşağıdan 5, yuxarıdan isə 4 metrdir. Top-tüfəngin hələ icad edilmədiyi bir dövrdə 5 metr qalınlığı olan divarı heç cür dağıtmaq mümkün deyildi. Qalanın silindr formalı hissəsi içəridən günbəzlərlə 8 mərtəbəyə bölünüb. Mütəxəssislərin fikrincə Qız qalasının yuxarı hissəsi onun keyfiyyətli müdafiə istehkamı olduğu ehtimalını bir qədər zəiflədir. Lakin yeni əldə edilmiş bəzi materiallar göstərir ki, Qız qalasının yuxarı hissəsi kecmişdə tamamilə başqa formaya malik olmuş və keyfiyyətli müdafiə qurmağa imkan vermişdir. Qalanın yuxarı hissəsi XlX əsrdə aparılan təmir nəticəsində indiki şəklini almışdır.

Son dəfə Qız qalası 1960-cı illərdə restavrasiya olunmuşdur. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə YUNESKO-nun qorunmalı tarixi abidələr siyahısına salınmışdır.

Qız qalası XII əsrin məşhur abidələrindən biridır. Bu abidə xalqın azadlıq uğrunda mübarizəsini, mətanətini, mərdliyini əks etdırir. Qız qalası memarlıq formasına görə Şərqdə yeganə abidədır. Nəhəng qaya üzərində salınmış abidənin hündürlüyü 28 metrdır. Ona baxdıqca adama elə gəlir ki, insan qüdrəti, insan hünəri, böyük amallar uğrundakı mübarizəsi əlçatmaz, alınmaz qalaya dönüb. Sanki qılıncların şaqqıltısı, igidlərin vətən torpağı uğrunda tökdükləri al qan onun divarlarındakı daşlara hopub. Bu möhtəşəm abidə memar Məsud Davud oğlu tərəfindən işlənmışdır. Orijinal quruluşa malik olan 8 mərtəbəli bu müdafiə qurğusunun divarları aşağı mərtəbələrdə 5, yuxarı mərtəbələrdə isə 4 metr qalınlığındadır. Bu qalada 200-300 döyüşçü müdafiə oluna bilərdi.

Şərq aləmində və Azerbaycan tarixində ozünəməxsus yeri tutan qədim və gözəl abidələrdən biri də Qız qalasıdır. Qız qalası şəhərin cənubi-şərq hissəsində yerləşir. Bu mükəmməl arxitekturalı abidə 2 dövrə tikilib başa çatmışdır. Abidənin hündürlüyü 29,5 m diametri isə 16,5 metrdır. Divarların qalınlığı isə özüldən 5 metr, üst tərəfdən isə 4 metrdır. Abidə səkkiz mərtəbəli, silindr formalı görünüşə malikdır. Abidənin hər 8 mərtəbəsi daş yuvacıqlarla əhatə olunmuşdur. Mərtəbələr divarlara birləşərək daş nərdivanlarla tikilmışdır. Qalaya işıq enli dəliklərdən düşür. Qalanın daxilində 21 metr dərinliyində quyu yerləşir. Abidənin cənub–şərq hissəsində kufi hərflərlə yazılmış əlyazmaya rast gəlinir. Bu əlyazmalarda Məsud ibn Davudun adı yazılmışdır. Daşların növünə və vəziyyətinə görə alimlər guman edirlər ki, bu əlyazmalar Qız qalasının üzərində XII əsrdə yenidənqurma işləri zamani həkk olunub. 1960-ci ildə bərpa işləri sona çatdi. Qalanın qeyri-adiliyi və orijinallığı tək Azərbaycan yox həmçinin bütün dünya alimləri üçün həmişə böyük maraq doğurmuşdur.

Qız qalası tariximizin daş kitabəsidır. Qız qalası 28 metr hündürlüyündədır və 8 mərtəbədən ibarətdır. Eyni zamanda qalada 200-300 nəfər yerləşə bilər. Qız qalası Bakının,eləcə də Azərbaycanın simvoludur. Onunla xalqımız fəxr edir. Biz qara rəngli darvazadan keçib qalaya yaxınlaşdiq. Başımız üstündəki səmadan başqa burada hər tərəf san ki, daş idi. Qız qalasında mənə elə gəldi ki, bu abidə üçün daşdan başqa heç nədən istifadə edilməyib. Məncə hər birimiz qalaya girəndə elə bil nagıl aləminə düşürük. Qaramtıl rəngli daş divar və iti pilləkənlər, hər mərtəbədə olan eksponatlar və çöldən baxanda qalanın quruluşu və gorkəmi heç zaman yaddan çıxmaz. Bələdçi qızların dediyindən çox şey oyrəndim. Oyrəndim ki, qala XII əsrdə Məsud Davudoglu tərəfindən tikilib, özü də mudafiə məqsədilə. VIII əsr yaşayıb bu günə gəlib çatan Qız qalasına mən tariximizin qiymətli yadigarı kimi baxıram. Onun çölündə kimlərinsə ad yazmasını pisləyirəm.

Binanın divarlarının qalınlığı 5 metrdir. Bu binanı keçmişdə düşmənlərə qarşi qoruyucu vasitə kimi işlədirlərmiş. O ki, qaldı nəyə görə Qız Qalası çün ki, düşmənlər heç cür buranı dağıda bilmirlərmiş və heç cür hücuma keçə bilmirlərmiş. Ona görə necə deyərlər bu bina saf, təmiz bir qıza bənzədildiyinə görə adını Qız Qalası qoyublar.

Qız Qalasının tam yaşı aydın deyil. Ancaq dəqiq onu bilirik ki, Qız Qalasının yaşı Bakının yaşından çoxdur. Belə ki, Qız Qalasının təxminən 2400-2500 yaşı var. Bu qala Bakının ən dərin öyrənilmiş qalasıdır. Qız Qalası iki hissədən ibarətdir: İbadət zalı və Atəşgah zalı.

Bu qalanın təməlini millətcə ərəb olan Ibn Al Abid qoyub və lahiyələşdirib.

Əvvəllər Qız qalası ətrafında balaca evlər var imiş elə bu tikililərdə o evlərin altında qalıblarmış. Deməli qalanın yanındakı örtülü bazar imiş, ona paralel olan isə hamam imiş. Bu hamamın da üstündə çoxlu evlər var imiş. Ancaq illər keçdikdən sonra bunların hamısı sökülərək üzə yeni tikililər çıxdılar bu tikililər təxminən XII əsrdən qalıblar. Sonra burada quyular var ki, o quyuların sayı çox idi. Ancaq bəzi səbəblər üzündən yalniz görünüş üçün birini saxlayıblar.

Qalanın birinci mərtəbəsində ki pilləkən əvvəllər heç olmayıb. Burada olan pilləkən asma pilləkən olub onu da elə ediblər ki, düşmən gələndə çəksinlər. Ancaq özləri işlətmək üçün buraxırlarmış. Gördüyünüz kimi üçüncü mərtəbədə su quyusu var. Bu quyudan yaxşı təmiz su çıxarmış. Bu quyunun dərinliyi 24 metrdir, ancaq vaxt keçdikcə bu quyunun içi zibillənib ona görə artıq oradan su çıxarmaq mümkün deyil. Onuda deyim ki, bu kəhriz dəniz səviyyəsindən yuxarıdır. Ancaq oradan duzlu yox məhs təmiz su çıxarmiş.

Deyilənlərə görə bu qalanın adı Qız Qalasıdır ancaq qalada elə bir şey yoxdur ki, qadını və yaxud qızı xatırlatsın. Qalanı heç qız barəsində fikirləşmədən tikiblər belə ki, o vaxtlar yalnız onlara qorunacaq lazım idi ve onlar bunu fikirləşərək belə bir bina tikməyi qərar verdilər.

Bu qala Xəzər dənizinin altında heç vaxt olmayıb. Xəzər bu qalaya öz ləpələri ilə çırpılırmış. Qala iki hissədən ibarətdir. Biri yumuru şəkildə, o biri isə bir dalğa şəkilində. Dalğa formada olan tərəf qalanın dayağı olub. Çünki, qala çox böyük daşların üzərində tikilib. Abidənin balaca pəncərələrdən isə hava almaq üçün istifadə olunurmuş. Belə ki, qalanın heç bir yerindən hava keçmirmiş. Bunun üçüni bu balaca pəncərələr açılıb. Qalanın hündürlüyü 29.5 metrdir

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (23.12.2009)
Baxış: 1313 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz