Cümə, 26.04.2024, 02:28
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Ermənilərin 1918-ci ildəki qətliamları barədə faktlar aşkarlanıb.

Bir neçə gün əvvəl Rusiyanın dövlət arxivlərində üzə çıxarılan tarixi sənədlər Ermənistanda və xaricdə fəaliyyət göstərən erməni lobbilərini ciddi narahat edib. Xatırladaq ki, 1918-ci il mayın 28-i həm də Ermənistanın Qafqaz Seymindən ayrılaraq müstəqilliyini elan etdiyi gündür və ermənilər üçün belə bir bayram əhvallı tarixdə onların vəhşiliyini əks etdirən sənədlərin açıqlanması İrəvanın ovqatını korlayıb.
"Yeni çağ" qəzetinin yazdığına görə, ötən əsrin əvvəllərində Qafqaz Hərbi Məhkəməsinin bir qrup erməni hərbçisinin cinayət işinə dair çıxardığı hökmdə yazılıb ki, həmin əsgərlər türk qadın və qızlara təcavüz etdikləri və onlara dəhşətli işgəncə verdiklərinə görə günahkar biliniblər. Eyni zamanda sənədin saxlandığı qovluqda rus - Qafqaz ordusunun komandanı Odişeledzinin Moskvaya göndərdiyi teleqram da tapılıb. Həmin teleqramda yazılıb ki, erməni silahlıları Qafqazda və Anadoluda türklərə qarşı kütləvi qırğınlar törətməyə başlayıb.
Haqqında danışdığımız sənədləri İstanbul Universiteti Atatürk əsasları və İnqilab Tarixi İnstitutunun tədqiqatçısı Məhmət Bora Perinçək sovet arxivlərində 1915 - 23-cü illərə aid məlumatları araşdırarkən üzə çıxarıb. Yeri gəlmişkən, həmin sənədlərdə SSRİ-nin odövrkü ən yüksəkvəzifəli rəsmiləri də ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyirlər. M.Bora Perinçək bildirib ki, Moskva arxivində çar generallarının və zabitlərinin yazdığı yüzlərcə raport, eləcə də o dövrün hərbi məhkəmələrinin yüzlərcə hökmünün yazılı surəti var ki, I Dünya müharibəsi zamanı işğal edilən bölgələrdə ermənilərin törətdiyi qətliamların üstünü açır.
Perinçəkin tapıntısına əsasən, "Sovet arxiv sənədləri işığında türk - erməni əlaqələri. 1915 - 23-cü illər" mövzusunda yazılmış arxiv sənədlərində Rusiyanın Osmanlı dövlətinin ərazilərindən, o cümlədən Qafqaz torpaqlarından pay almaq məqsədi ilə müharibə aparan ölkələrdən biri kimi göstərilib: "Çar Rusiyası XİX əsrin ortalarından 1917-ci ilədək tərəf olaraq erməni məsələsinin içindədir. Bu dönəmə aid sovet arxivlərində bir çox sosialist Ermənistanı sənədini tapmaq mümkündür. Erməni dövlət arxivlərində də istənilən qədər önəmli sənəd var ki, bu gün onları araşdırmağa imkan vermirlər. Hansı ki, həmin sənədləri Rusiyanın dövlət arxivləri vasitəsilə oxumaq mümkündür. Bu sənədlərə Ermənistan, eləcə də Azərbaycan və Gürcüstan arxivlərinin materiallarını da əlavə etdiyimiz zaman Moskvanın məhz ermənilərin əli ilə müasir Türkiyə və Azərbaycan ərazilərində öz məqsədlərinə çatmaq naminə qırğınlar törətdiyini görə bilərik".
Rus arxivlərində istər çar, istərsə də sovet Rusiyasının, eləcə də "daşnak" və sovet Ermənistanının ən yuxarı vəzifələrdə oturan rəhbərləri tərəfindən imzalanmış çox gizli raport və yazışmalar saxlandığını deyən Perinçək bildirib ki, həmin sənədlər arasında Anadolu kəndlərində, eləcə də Azərbaycanın müxtəlif bölgələrində günahsız insanların necə və hansı şəraitdə məhv edildiklərini isbatlayan dəlillər tapılıb. Hansı ki onları öyrənib qondarma erməni soyqırımı iddiaları ilə dünya birliyinin fikrini çaşdıran ermənilərin təbliğatını dayandırmaq mümkündür. Eyni zamanda həmin sənədlərlə Ermənistanın heç də təkbaşına deyil, məhz arxasında dayanan rus imperialistlərinin ciddi dəstəyindən yararlanmaqla Türkiyə və Azərbaycanda soyqırım törətdiyini dünyaya sübut etmək olar.
Türk ordusunun Qafqaz cəbhəsi komandanı Vəhbi paşanın rus ordusunun Qafqas cəbhəsi komandanı general Prjevalskiyə yazdığı 22 yanvar 1918-ci il tarixli məktubda da ermənilərin törətdiyi vəhşətdən bəhs olunur. Məktubun mətni belədir: "Rus qoşunları Ərzincandan çıxan kimi ermənilər aktivləşərək rastına çıxan hər bir müsəlmanı qətlə yetirməyə başlayıb. Artıq kəndlərə açıq həmlələr edirlər, qadınlar-qızlar təcavüzə uğrayırlar. Ərzincandan 18 kilometr aralı yerləşən Zəkkih kəndi yer üzündən silinib. Eyni proses Azərbaycanda da gedir: Bakıda, Şamaxıda, Salyanda kütləvi qətllər törədilir." Bütün bunlar isə başı müharibəyə qarışmış Osmanlını daha da zəif salaraq torpaqlarının müəyyən hissəsini ələ keçimək, eləcə də müstəqilliyini elan edən Azərbaycanı yenidən Rusiyaya bağlamaq istəyindən irəli gəlirdi.
M.Bora Perinçəkin araşdırmasına görə, Türkiyə və Azərbaycan, müəyyən qədər də Gürcüstan ərazilərindən - şərqdə Kür-Araz çaylarının qovuşduğu yerdən başlayaraq qərbdə Qara dəniz sahillərinədək uzanan, Gürcüstanın Cavaxetiya bölgəsini əhatə edən (amma çox qəribədir ki, İrandan bir ovuc da olsun torpaq istənilmir - V.T.) "böyük Ermənistan" yaratmaq istəyən ermənilər çar ordusunda yerli dili bilən və kəndlərə yaxşı bələd olan xüsusi agentlər kimi çalışırdılar. Buna sitat kimi o illərdə Gürcüstan hakimiyyətində təmsil olunan ermənimənşəli Karinyanın dediyi "Erməni könüllülər işğal altındakı bölgələrdə bütün gücünü göstərərək türklər və azərbaycanlıların fiziki məhv edilməsinə çalışırdılar" sözlərini göstərmək yerinə düşərdi.
Rus Qafqaz ordularının komandanı Odişelidzenin Moskvaya yolladığı teleqramda yazılanları oxuyaq: "Erməni birlikləri qadınlar və körpələr də daxil olmaqla silahsız türk xalqına qarşı kütləvi vəhşiliklər etməkdədirlər. Stalinin 1920-ci il noyabrın 3-də Çiçerinə göndərdiyi teleqramda yazılır ki, türklərin ermənilərə hücumları ilə bağlı söylənilənlər yalandır. Van, Muş və Bitlisin ermənilərə verilməsi imperialist maraqlardan irəli gələn, təxribatçı tələbdir".

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (28.05.2010)
Baxış: 623 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz