Cümə, 19.04.2024, 07:02
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Azərbaycan dili, yoxsa ?????
Bazar, 13. Dekabr 2009 Tarix 19:45.
Dəyişdi Bazar ertəsi, 22. Mart 2010 Tarix 20:26.
Yaxşı, başa düşdük: Ən qədim ölkə Azərbaycandır, azərbaycanlılar da ən qədimdir, Azərbaycan dili də ən gözəl dildir, bizim torpaq bizimdir, bizim musiqi də bizimdir, bizim yemək də bizimdir, erməni torpağı da bizimdir, kamança da, gitara da bizimdir, hamısı bizimdir.

Amma bir məsələ var ki, yüz ilə yaxındır qaranlıqlaşdırılır. Bəs biz kimik?

Konstitusiyamızda dövlət dili Azərbaycan dili adlanır. Bu, çox kobud səhvdir. Orta məktəb biliklərini xatırlayaq. Hər bir ikinci növ təyini söz birləşməsi üçüncü növ təyini söz birləşməsinə genişlədilə bilər. Azərbaycan dili=Azərbaycanın dili. Azərbaycanın heç vaxt dili olmayıb, o danışa bilmir.

Məntiq olduqca sadədir. Danışıq dili varlıqlar içində insana məxsusdur. Daşın, torpağın, coğrafiyanın dili yoxdur. Türkün, ləzginin, ingilisin, rusun dili var, insanın yəni. Heç bir dildə bir dilin adının ölkə adı ile adlandırılması deyə bir şey ola bilməz. Bir dilin adı etnik millətin adı ilə adlandırılır. Rusiya dili, İngiltərə dili ola bilməz, rus dili, ingilis dili olar. Ya da İranın dövlət dili İran dili deyil, farscadir. İrandakı güneyli soydaşlarımız da ana dillərinə azərbaycanca demirlər türki deyirlər.

Hətta Anadolu türkcəsi, Azərbaycan türkcəsi kimi işlədilən söz birləşmələri də eyni məntiqlə səhvdir. Düzgün olan anadolulu türkcəsi və ya anadolu turkicəsidir. Necə ki Amerika ingiliscəsi, İngiltere ingiliscəsi yox, amerikan ingiliscəsi, ingilis ingiliscəsi.

Çoxumuzun az-çox bildiyi ingiliscədə millət adı ilə onun dili eyni sözlə ifadə edilir. (Zəkalı dildir çünki) Rusca da da mənim bildiyim qədər təkcə bizim dilin adı ölkə adından düzəlib (azerbaydjanskiy). Sovetlerden əvvəl ruslar tatarca deyirdilər dilimizə. Düşündürücüdür əlbəttə, amma artıq müstəqilik və konstitusiyanı özümüz yazırıq, günahı heç kimin boynuna atmayaq.

Buraya qədər apolitik şəkildə dilimizin adının Azərbaycan dili adlandırılmasının dil anlayışına zidd olmasını göstərmək istədim. Konstitusiyada dilimiz kürd dili keçsəydi bu səhv olardı, amma dil anlayışına zidd olmazdi.

Ancaq aydındır ki, dilimizin adının konstitusiyada Azərbaycan dili yazılması siyasi qərəzlidir və bu sovetlərdən yazılan konsitusiyalardan qalmadır. Heç olmazsa siyasi qərəzli olaraq azərbaycanlı dili yazılaydı ki, dilimizə hörmət etməsələr de zəkamıza hörmət etdiklərin göstərəydilər.

Bəs dövlət dilinin Azərbaycan dili olaraq keçdiyi konstitusiyamızın yazıldığı dil və ya mənim yazmağa özümü məcbur hiss etdiyim bu yazının dili hansı dildir?
Bu türk dilidir, uzatmadan, çeynəmədən, böyrünə söz qoşmadan. Məhəmməd Füzuli,Nizami Gəncəvi,Əhməd Cavad,Mikayıl Müşfiq bu dildə yazırdı və buna türk dili deyirdi, Ərdəbilli Şah Ismayılın da qurduğu dövlətin dili bu dil idi və türk dili adlanirdı. 90-cı illərin əvvəllərində konstitusiyamız yox idisə də ana dili dərsliklərimizə türk dili yazılırdı və hərtərəfli düzgün olanda bu idi.

Konsitusiyamızdaki o maddə də sözsüz dəyişdirilməlidir.Təməli düzgün qoymasaq, bina heç vaxt arzu etdiyimiz kimi olmayacaq.

!!!!!!!.......Akşin İbişov.....!!!!!!!

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (13.04.2010)
Baxış: 659 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz