Şənbə, 20.04.2024, 14:54
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Bölmələr
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Fayl kataloqu

Əsas » Məqalələr » Мои статьи [ Məqalə əlavə et ]

Asif Ata " Azərbaycan ölkəsi - Türk eli"

İNAM ATA
(ASİF ATA)

AZƏRBAYCAN ÖLKƏSİ – TÜRK ELİ

(İzhar)


XALQ-MİLLƏT
Həqiqətdə Xalq elə Millət deməkdir, Millət elə Xalq deməkdir.
Bu
həqiqət marksizmin çox yayılmış bir Yalanına qarşıdır: marksizm milləti
kapitalizmin məhsulu hesab eləyir; guya millət sonradan əmələ gələn,
ötəri, keçici hadisədir – xalqdan fərqli.
Belə olduqda millət kapitalizmlə bərabar ləğv olunacaq və bütün millətlərin əvəzinə vahid, millətsiz bəşər yaranacaq.
Belə
çıxır ki, Xalqla Millət arasında əsrlik fərq var: guya millət ayrı
şeydir, xalq ayrı şeydir; bu, əslində cəfəngiyyatdır, marksizm bu
cəfəngiyyatı "elmləşdirir”…
Millət və Xalq - bir şeydir; çoxmillətli
xalq ideyası – cəfəngiyyatdır – məntiqsiz, mənasız; çoxmillətli xalq
çoxxalqlı xalq demək olardı; marksizmin hökm sürdüyü bir zamanda belə
bir cəfəngiyyat yaranmışdı; -çoxmillətli Sovet xalqı cəfəngiyyatı; xalq
birdir, onun əsas cəhəti sovetlikdir – yəni ideoloji birlikdir;
millətlər isə çoxdur, bir xalq çox millətləri birləşdirir; millət ayrı
şeymiş, xalq ayrı şeymiş; bu cəfəngiyyatın arxasında duran mənasızlıq
nə dərəcədə dəhşətlidir, bunu mən 1980-ci illərdə gördüm və dedim.
Çoxmillətli xalq əslində millətlərin ölümü deməkdir, gec-tez
çoxmillətli xalq birmillətli bəşərə çevrilməliydi.
Xalq, Millət – Fərdlərin birliyindən yaranan bir hadisədir və ilk növbədə etnos birliyidir.
Etnos birliyindən məhrum olan Millət yoxdur, Xalq yoxdur.
Etnos
birliyi Azərbaycan üçün Türk birliyi deməkdir, Azərbaycanın köklü, əsas
xalqı – Türkdür, Oğuz Türküdür; Oğuz türkünün etnik xüsusiyyətləri var:
etnosun mahiyyəti – mənşəylə bağlıdır, dillə bağlıdır, milli
psixologiya ilə bağlıdır, aqibətlə bağlıdır. Azərbaycanda yaşayan
Türklər – Azərbaycanın əsas, köklü Xalqıdır, Oğuz dünyasının bir
hissəsidir.
Azərbaycan sözünün millət, xalq anlayışına dəxli yoxdur.
Azərbaycan sözü bizim Zərdüştlüyümüzə dəlalət edən bir hadisədir.
Azərbaycan
sözü "Od qoruyan” deməkdir. "Od qoruyanlar” - Zərdüştçülərdir və
Zərdüştçülər evlərində Od qoruyurdular, Odu müqəddəs sayırdılar, daha
doğrusu, Od İşığını müqəddəs sayırdılar.
Azərbaycan sözü ölkə adı olaraq qalır, xalq sözünə onun dəxli yoxdur.
"Azərbaycan xalqı” sözü – cəfəngiyyatdır.
Azərbaycan xalqı - bir əfsanədir.
Azərbaycanın əsas köklü xalqı – Türk Xalqıdır – etnik azlıqları birləşdirən.
Azərbaycanda
Oğuz Türkləri – Səlcuqun nəvələri adlanan böyük xalq var – (böyüklük
əhalinin sayıyla yox – ruhaniyyatın, mədəniyyətin, tarixin, aqibətin
sanbalıyla ölçülür) – Türk Dünyasının bir hissəsi var, başqa etnikləri
birləşdirən.
Oğuz Türkləri olmasaydı – lahıcla kürd, kürdlə talış, talışla tat, tatla ləzgi birləşməzdi.
Azərbaycan xalqı yoxdur…
Azərbaycan sözündə xalq mənası yoxdur, mahiyyəti yoxdur, ifadəsi yoxdur.
Bu
cəbəbdən də təzə yaranan, tamamilə qeyri - həqiqi, siyasətbaz ideya –
"vahid Azərbaycan xalqı” ideyası, "Azərbaycanda yaşayan millətlərin
hamısı bir xalqdır” – ideyası çox təhlükəli siyasi oyun olmaqla yanaşı,
çox açıq, çox köklü, heç bir elmi əsası olmayan, ruhani əsası olmayan
bir Zorakılıqdır.
İstəyirəm azərbaycanlılar bunu indidən bilsinlər. Ocaqdan başqa bunu deyən yoxdur.
Tavtologiya yaradıcılığından əl çəkmək lazımdır.
Sovet xalqı nə dərəcədə həqiqi anlayışdırsa, vahid Azərbaycan xalqı da bir o qədər uydurma anlayışdır.
Həm uydurma, həm də təhlükəli, həm zahiri, köksüz, əsassız, siyasətbazlıq nümunəsidir.
O
ki qaldı Azərbaycanda millətlərarası münasibətlərə, millətlərarası
münasibətləri yaxşılaşdırmaq üçün öz türklüyümüzdən, oğuzluğumuzdan əl
çəkəcəyiksə, - bu ən böyük məğlubiyyət olardı.
Azərbaycanda Oğuz
Türkləri yaşayır. Oğuz Türkləri adlanan xalq - əsas, köklü xalqdır;
eyni zamanda Azərbaycanda Kürd, Tat, Talış, Lahıc, Ləzgi etnik azlıqıar
yaşayırlar.
Onların hər biri öz-özlüyündə bir hadisədir: - vahid xalq Azərbaycanda yoxdur…
Bir xalq var, başqa xalqların nümayəndələri var.
Ancaq
Azərbaycan Oğuz Türkləri, Pribaltikadan fərqli olaraq, başqa etnoslara
zülm eləmir, onlara qarşı qəddarlıq siyasəti aparmır, onları ölkədən
çıxarmır, qovalamır; əksinə, onlar özlərini Azərbaycanda sərbəst hiss
eləyirlər və bu sərbəstliyi yaradan da bizim fitri psixologiyamızdır –
insansevərliyimizdir.
Elə bu bəsdir ki, Azərbaycan da milli ədavət olmasın.
Buna baxmayaraq, milli ədavət olursa – o, ən çox Oğuz Türklərinin yox, etnik azlıqların günahıdır.
Mən belə hesab edirəm.

1. ÖLKƏ ADI – TARİXİ AQİBƏTİMİZ
"Azərbaycan” adı bəzən onsuz da mürəkkəb Aqibətimizi daha da mürəkkəbləşdirir.
"Azərbaycan” ölkə adıdır, ancaq xalq adı deyil.
Ölkə adıyla Xalq adı arasında Ziddiyyət var.
Ölkəmizin adında bir mücərrədçilik var.
Fransa deyiləndə bilirsən ki, onun əsas xalqı fransızlardır.
Türkiyə deyiləndə bilirsən ki, onun əsas xalqı Osmanlı türkləridir.
Rusiya deyiləndə bilirsən ki, onun əsas xalqı ruslardır və s.
Amma
"Azərbaycan” deyəndə belə bir tamamilə mənasız və mahiyyətcə ləyaqətsiz
ideyalar üçün imkan yaranır: - bütün Azərbaycanda yaşayanların hamısı
Azərbaycan xalqıdır. Belə bir qondarma ideyanı cammatın gözünün
qabağında yaradırlar və ölkə adının mücərrədçiliyi buna müəyyən mənada
imkan verir.
Təbiidir ki, Azərbaycan Oğuz Türklərinin ölkəsidir.
Azərbaycan – Türk Elidir.
Mən belə hesab eləyirəm.

2. SABAHIMIZ – YURDÇULUĞUMUZ
Sabahımızı Yurdçuluğumuzun Qələbəsiylə bağlayıram.
Yolumuz – Yurdçuluq olmalıdır.
Bu nə deməkdir?
Yurdumuzdakı bütün millətlərə hörmət eləməliyik.
Pribaltika variantına getməməliyik.
Eyni zamanda, Yurdumuzun bənzrsəzliyini, Özünəməxsusluğunu daim qabartmalıyıq.
Özümüzün Türkçülüyümüzü qabartmalıyıq.
Kim elə hesab eləyir ki, bundan sona bizə qarşı hörmət azalacaq - o, səhv eləyir.
Özünə lazım deyilsənsə - kimə lazımsan?!
İndikilər çoxmillətli xalq ideyasından yapışmaqla - bizim Türkçülüyümüzü, Özümlüyümüzü, Oğuzluğumuzu danmaq istəyirlər.
Beynəlmiləlçilik psixologiyasını təzədən bərpa eləmək istəyirlər.
Bəli, "köhnə Yurdçular” məğlub oldular.
Lakin
kim ki, Yurdçuluq İdeyasından – Türkçülük İdeyasından əl çəkir və indi
çoxmillətli Azərbaycan xalqı uydurur, onun Azərbaycana verdiyi Xeyir
Yalançı Xeyirdir; bu dəhşətli ziyandır; O Ziyana qarşı bütün xalq
Döyüşməlidir.

20 Xəzan ayı, 15-ci il. Bakı. (Oktyabr 1993).

Каteqoriya: Мои статьи | Əlavə edib: Polat-Alemdar (23.12.2009)
Baxış: 1088 | Şərhlər: 4 | Reytinq: 0.0/0
Bütün şərhlər: 3
0  
3 fidannn   (24.08.2010 18:24) [Мəlumat]
kim bu sayti qurub halaldi haminiza tewekkur

0  
2 Ugur   (09.02.2010 08:41) [Мəlumat]
http://www.asifata.com

0  
1 Ilahe   (27.01.2010 23:49) [Мəlumat]
Yeni saytiniz mubarekdir. Men bilirdim Turkuk,ancaq azeri sozunun yalnis olduqunu bilmirdim. SAq olun.Size uqurlar

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]



Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz