Cümə axşamı, 18.04.2024, 20:31
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2012 » Yanvar » 16 » Zeynal Cabbarzadə - Vətənim qoşuğu.
01:03
Zeynal Cabbarzadə - Vətənim qoşuğu.
Zeynal Cabbarzadə.

Biri Vətənə canım dedi,
Biri gözüm dedi,
Biri şirin sözüm dedi,
Hərə bir ad verdi,
Hərə bir şeydə gördü
Vətəni.
Mən səni, ey qədim, müqəddəs
torpağım,
Azərbaycanım,
nə canım,
nə gözüm,
nə sözüm,
çağırıram.
Vətənim! Vətənim!-
deyə bağırıram.
Canım bu gün var,
Sabah yox.
Gözüm bu gün var,
Sabah yox.
Sözüm bu gün var,
Sabah yox,
Sən isə
həmişə varsan,
ulu babalardan
hələ doğulmamış,
Ancaq
doğulacaq
kötükcələrə
yadigarsan!
Müqəddəs beşiyim
Olmusan,
Əbədi məzarım
Olacaqsan mənim!
Vətənim, Vətənim
Vətənim!
Baxış: 862 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Yanvar 2012  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz