Şənbə, 20.04.2024, 04:42
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 11 » Yusif Vəzir Çəmənzəminli-Muxtariyyətə layiqiq məqaləsi.
14:47
Yusif Vəzir Çəmənzəminli-Muxtariyyətə layiqiq məqaləsi.
MUXTARİYYƏTƏ LAYİQİK.

Yüz il olur ki, biz türklər rus qılıncı zorilə Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən istiqlaliyyətimizi əsla unutmadıq. Məsəla, bir xeyli rus dəftərxana və məhkəməsini tanımaq belə istəmədik. Aramızda baş verən çox işlərdə məsləhət yerimiz həmişə ağsaqqallar olurlar. Ağsaqqallar qanlıları barışdırırlar; bir-birindən incimiş ər-arvad arasında barışıq yaradırlar; iki adamın bir bir hadisədən zərər gördükdə zərəri təqsirkardan alınıb zərərdidəyə verilir. Böylə adətlər aramızda hökmdür. Rusiyada sud gördüyü işi bizlərdə qazı və ağsaqqallar görürlər.

Bunun səbəbi nədir? Bu degilmidir ki, bizim camaat öz milli işlərini özgə əlinə verməyi istəmir, baxın görək az vaxtadək camaatımız hökümət məktəblərinə nə nəzər ilə baxırdı. Uşaqlarını etbar edib, oraya göndərmirdi. Camaatımızın cəmi meyli öz milli idarəmizə və öz adamlarımızadır. Bu dəlil istəməz. İmdiyədək mədəni olmamağımıza səbəb Rusiyanın mərkəziyyət üzrə yapılmış idarəsi idi. Oradan bir qədər rus göndərirdilər gəlib, adət və qaydasından, dil və dinindən xəbərdar olmadığı bir milləti idarə eləyirdi. Asırdı, kəsirdi, vergi yığırdı, bolluca da rüşvət alıb, otururdu yürində. Camaatımız da bu çinovniklərə əsla etibar eləməyib öz qədimliyində qalırdı. Çinovniklər öhdələrinə götürdükləri təzə işləri qəbul etmək istəmirdi. Amma hərgah vaxtında bizim muxtariyyətimiz olsaydı, hər işin başında öz adamlarımız dursaydı, camaatımızın etbarını qazanıb xeyirli işlər görərdilər.

Xülasə, keçən keçib. Allah gələcəyi bərəkətli eləsin. İndi də muxtariyyətimizi başa gətirsək, gec deyil. Şükürlər olsun ki, yaxşı iş görən adamlarımız da var. Hal-hazırda Azərbaycanın idarəsini öz əlimizə götürməyə biz qadirik.
Baxış: 550 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz