Çərşənbə axşamı, 23.04.2024, 22:06
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » Noyabr » 2 » Xiyabani Yurdunda
18:32
Xiyabani Yurdunda
Xiyabani Yurdunda

Mən bilmirəm işçisən, həkimsən, ya dilçisən.
Bircə budur bildiyim:
Xalqımın sərvətini, fikrimin qüdrətini
Əsrlərin dalından bizim əsrə gətirən
Müqəddəs bir elçisən.

Ehtiyac varmı sənin tərfiləyim dilini-
Kaşğarlı Mahmudunu, Məhəmməd Füzulini!

Ehtiyac varmı deyim:
Sənin ana dilində yaşar Şərq əzəməti.

Ehkam cəbhələrini darmadağın eləmiş
Al qanını zülmətə işıq kibi çiləmiş
Nəsiminin qüdrəti

Başında ağ çalması Aya, ulduza dəyən
Təbrizdəki nitqilə Tehranı silkələyən
Xiyabani vüsəti

Ehtiyac varmı deyim:
Gözündə Xətainin qılıncının əksi var.

Sənin ana dilinin Qoşqarca, Savalanca
Ağırlığı, çəkisi var.

Sənin bu təriflərə heç bir ehtiyacın yox.
Ana dili nə raket, nə qılıncdır, nə də ox.

Qılıncdan daha kəskin, raketdən daha güclü

Təkcə dilimiz deyil.
Varlığımızdır bizim.

Ana dili nə səma, nə də Yer kürəsidir.
Səma yolu – kəhkəşan onun bir cümləsidir.

Sən qulaq ver kalbindən qopub gələn bu əmrə:
Ucal söz kürsüsünə, danış, öylə danış ki.

Gözün alova dönsün.
Yumruqların dəmirə!

Danış ki, Yer üzündə böylə bir xalq yaşayır.
Pəhləvan sinəsində cırtdanların əlilə
Çəkilən dağ yaşayır.

Özü fildir, belində tülküləri daşıyır.
Bilməm nasıl daşıyır, bilməm nasıl yaşayır.

XX əsrdə qovuşurkən insanlıq hər arzuya, mətləbə.
Nəsimisi dünyaya sığışmayan milləti

Kimlərdi həsrət qoyan barı dördcə sinifli
Ana dilli məktəbə?!

Yad məktəbə verilir umudumun qalası-
O qaraqaş, qaragöz, Azərbaycan balası!
Ona öz tarixi yox, yad tarixi keçilir.

Kipriyindən aslılır kor hörümçək torları,
İldırımlar doğrasın assimilyatorları.

Mənim bacım, qardaşım! İldırımım, göz yaşım!
Dodaq büzsə kim sənə, çək Araz sahilinə.

Göstər ona bu tayın könül kainatını.
Bircə ömrün içində yüz ömürlük yol keçən

Cavid istedadını. Müşfiq istedadını.
Cabbarlı büsatını!
Daşdan atəş qopardan
Mərdlərin səbatını.

Mərd olmusan, yenə mərd ol.
İpəksənmi, bərki, sərt ol!

Ana torpağın altda yata bilməz Füzuli,
Ana torpağın üstə səslənməsə qəzəli.

Döyüş, çarpış, qanadlan, lazım gəlsə öl. Qoru
Azərbaycan xalıqının gözlərindəki nuru

Mənə öylə gəlir ki, Muğanımda, Milimdə
Sünbüllər də səslənir mənim ana dilimdə

Siz xəbərdar eyləyin Təbrizdəki valini:
Dilimə xor baxanın qopardaram dilini,

Mən xalqımın şerinə, sənətinə qurbanam.
Azərbaycan sözünün saitinə qurbanam,
samitinə qurbanam!
Baxış: 522 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Noyabr 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz