Cümə axşamı, 25.04.2024, 08:48
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 16 » Ustad Şəhriyar - Azadlıq quşu .
01:46
Ustad Şəhriyar - Azadlıq quşu .
Azadlıq Quşu .

Hərçənd qurtulmaq hələ yox darlığımızdan,
Amma bir azadlıq doğulub varlığımızdan.

Varlıq nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.

Bəh-bəh, nə şirin dilli, bu cənnət quşu tuti,
Qəndin alıp ilham ilə dindarlığımızdan.

Dil açmada karlıq da gedər, korluğumuz da,
Çün lalllığımız doğmuş idi karlığımızdan.

Düşmən bizi əlbir görə, təslim olur naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.

Hər inqilabın vur-yıxı son bənnalıq istər,
Dəstur gərək almaq daha me'marlığımızdan.

Huşyar olasız, düşməni məğlub edəcəksiz,
Düşmənlərimiz qorxuru huşyarlığımızdan.

Birlik yaradın, söz bir ola biz kişilərdə,
Yoxluqlarımız bitdirəcək varlığımızdan.

Təbriz, İyun 1979.
Baxış: 520 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz