Bazar ertəsi, 20.11.2017, 18:17
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2011 » İyul » 17 » Ustad Məhəmməd Təqi Zəhtabi - Sən osan,mən də buyam.
12:23
Ustad Məhəmməd Təqi Zəhtabi - Sən osan,mən də buyam.
Sən osan, mən də buyam.

“Su” deyibdir mənə əvvəldə anam, “Ab” ki, yox

“Yuxu” öyrətdi uşaqlıqda mənə “Xab” ki, yox

İlk dəfə ki “Çörək” verdi mənə “Nan” demədi

Əvvəlindən mənə “Duzdanə” “Nəməkdan” demədi

Anam “əxtər” deməyibdir mənə, “Ulduz” deyib o

Su donanda deməyib “Yəx”di bala, “Buz” deyib o

“Əl” deyib, “Dəst” deməyib, “Bərf” deməyib, “Qar” deyib o

Mənə heç vaxt “Biya” söyləməyib, “Gəl” deyib o

Yaxşı xatırlayıram yaz günü axşam çağılar

Bağçanın gün çıxanında ki ılıq gün yayılar

O deyərdi ki, gəl başıvı darayım ey nazlı balam

Gəlməsən gər bacıvın astaca zülfün dararam

O deməzdi ki, “Biya şane zənəm bər səre to”

“Gər nəyayi bezənəm şane səre xahəre to”

Bəli qardaş, daş yağsada göydən, sən o san, mən də buyam

Var sənin başqa anan, vardı mənim başqa anam

Özümə məxsus olan başqa elim vardı mənim

Elimə məxsus olan başqa dilim vardı mənim

Istəsən yoldaş olaq, bir yaşayaq, birlik edək

Verib əl, qol-qola bir yolda gedək

Əvvələn: özgə küləklərlə gərək axmayasan

Saniyən: elimə, varlığıma xor baxmayasan

Istəsən zor deyəsən, millətimi xar edəsən,

Gün gedər, səhifə çönər, məcbur olarsan gedəsən.

----- ------- -----

Məhəmməd Təqi Zehtabi.
Baxış: 559 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 451

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2017
Конструктор сайтов - uCoz