Cümə axşamı, 28.03.2024, 23:06
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2014 » İyun » 7 » Ünlü Oğuz Türk şairi Əhməd Cavad- "Susmaram" qoşuğu.
01:55
Ünlü Oğuz Türk şairi Əhməd Cavad- "Susmaram" qoşuğu.
Ünlü Oğuz Türk şairi Əhməd Cavad- "Susmaram" qoşuğu.

Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım...

Damğa vurub, zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
məskən olmuşdur mana...

Mənə «dinmə, sus!» - deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların
məhbəsində qalacam?!

Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir
talan olan bu diyar?!

Niyə susum, danışmayım,
türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar
yük altında ölüncə
Təhqirlərə dözə-dözə
düşmən mənə gülüncə...

Süd verərkən doğma anam
belə demişdir mənə:
Səni qurban bəsləyirəm
türk yurduna-- Vətənə!

Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun,
millət olsun, mən olum,
Südüm sənə haram olsun
xəyanət etsən, oğlum!

Necə susum, danışmayım,
mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
di harada qaldı millət?!

Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa
mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
ciyər vərəmdir-vərəm...

Koramal tək sürünməkdə
denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
girək hər alçaq dona?

Mən Türk övladıyam,
dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm də SUSMARAM!!!
Əhməd Cavad
Baxış: 740 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyun 2014  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz