Seyfeddin Altayli:Dede Qorqudda Turk dovlet geleneyinin izleri-1. - 4 Октября 2010 - OGUZTURK
Şənbə, 03.12.2016, 12:33
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Oktyabr » 4 » Seyfeddin Altayli:Dede Qorqudda Turk dovlet geleneyinin izleri-1.
17:27
Seyfeddin Altayli:Dede Qorqudda Turk dovlet geleneyinin izleri-1.
DӘDӘ QORQUDDA TÜRK DÖVLӘT GӘLӘNӘYİNİN İZLӘRİ-1
Türk mәdәniyyәt tarixinin nadidә mirvarilәrindәn biri olan Dәdә Qorqud dastanlarında Türk dövlәt gәlәnәyinin izlәri;/ Seyfәddin Altayli

Dәdә Qorqud Dastanları ilә bağlı bәzi mәlumatlar:

Әsәrin әlyazma nüsxәsi Drezden Kitabxanasındadır. Nüsxәnin ilk sәhifәsindә Әrәb әlifbası ilә bunlar yazılıb: Kitabı Dәdә Qorqud, Ala Lisanı Taifei Oğuz Xan.

Dastanların Dәdә Qorqud’un adıyla yad edilmәsinin sәbәbi Dәdә Qorqud adlı ozanlar pirinin әsәrin baş qәhrәmanı olmasından vә ordakı Oğuz dastanlarının onun tәrәfindәn tәnzimlәnmiş olmasındandır.

Qorqud adına әlavә olunan “Dәdә” kәlmәsi Qorqud’un qocalığını vurğulamaqdan savayı heç nәyә xidmәt etmir. Türklәr әn qәdim vaxtlardan üzübәri qocaların adına “dәdә”, ya da “ata” unvanını әlavә edәrәk müraciәt etmişdir.

Әsәrin fәrqinә әn әvvәl varan Alman Әrәbşünası Jacop Reyşkә’dir. O, kitabxanadakı әl yazmaları üstündә işlәyәrkәn Dәdә Qorqud dastanlarına rast gәlib vә onun tapdığı bu әsәri Fleishcher qeydә alıb. Lakin Fleishcher kitabın üstündә adı yazılan Osman Paşa’nın ölüm tarixini göstәrәn rәqәmi әsas götürüb vә onu 16. әsrdә yazılan әlyazmalar kataloquna daxil edib. Bu nәhәng әsәri isә elm dünyasına tәqdim edәn şәxs Heinrich Friedrich von Diez olub. Diez, 1815. ildә әsәr barәdә mәlumat verib vә Tәpәgöz boyunu Alman dilinә tәrcümә edәrәk çap etdirib.

Daha sonraları isә Alman alimi Walter Ruben 1944. ildә Helsinki’dә Dәdә Qorqud’un 12 boyu vә Tәpәgöz’lә bağlı 25 dastanı çap etdirib. İtaliyalı alim Ettore Rossi’nin Vatikan Kitabxanasında rastladığı 6 boydan ibarәt vә hәrәkәli yazıyla yazılan Dәdә Qorqud Dastanı’nın yeni nüsxәsini 1952. ildә әdәbiyyat alәminә әrmәğan edib.

Rus şәrqşünasların diqqәti ancaq 19. әsrin ikinci yarısından sonra Dәdә Qorqud Dastanlarına yönәlib. 1859. ildә Velyaminov Zernov, 1865. ildә Meyer vә 1900 ilindә Divayev, Orenburq vilayәtindә yarı xaraba halda olan Qorqud Ata’nın qәbrini vә xalq arasında onunla bağlı olan rәvayәtlәri yığaraq çap etdirib. Barthold isә 1930 ilindә “Türk Eposu vә Qafqaz” adlı mәqalәsini, 1950 ilindә dә Kitabı Dәdә Qorqud’un Rusca tәrcümәsini çap etdirib.

Barthold’un dünyasını dәyişmәsindәn sonra Yakubovski’nin 1944. ildә yazdığı “Kitabı Dәdә Qorqud vә Orta Әsrin Başlarında Türkmәn İctimai Hәyatının Öğrәnilmәsindә Onun Rolu” adlı mәqalәsi bu barәdә yazılmış әn ciddi mәqalәlәrdәn biridir.

Son illәrdә Vladimir Jirminski dastanlarla bağlı tәdqiqatlar aparıb vә mәqalәlәrini 1952-62. illәr arasında çap etdirib.

Dәdә Qorqud Dastanları indiyә kimi bütöv halda bir neçә dәfә çap olunub. Kilisli Rifat 1916. ildә Әrәb әlifbasıyla, Orhan Şaik Gökyay 1938. ildә Latın әlifbasıyla, yenә hәmin әlifbayla Mәhәrrәm Әrgin 1958. İldә onu çap etdirib. Dastanların indeksi vә lüğәti isә yenә Әrgin tәrәfindәn 1963. ildә çap etdirilib.

Azәrbaycan’da isә 1928. ildә Musaxanlı vә 1930. ildә Әmin Abid’in mәqalәlәri çap olunub. 1939. ildә Hәmid Araslı Dәdә Qorqud dastanlarını bütöv halda çap etdirib, belәliklә dә dastanların Azәrbaycanlı alimlәr tәrәfindәn daha yaxşı araşdırılmasına imkan yaradılıb. Әzәl Dәmirçizadә 1959 ilindә Kitabı Dәdә Qorqud Dastanları’nın Dili adlı әsәrini çap etdirib vә bununla da Azәrbaycan Türkcәsi tarixi perspektivinә oturdulub. Tәhmasib isә bәzi boyları sadәlәşdirәrәk 1961. ildә çap etdirib.

Güney Azәrbaycan’da isә Dәdә Qorqud Dastanındakı bütün boylar 1946. ildә Tәbriz’dә çap olunan Azәrbaycan qәzetindә çap olunub vә Güney Azәrbaycan Türklәri dә boyları hissә hissә olsa oxumaq imkanına qovuşub.

1957. ildә Azәrbaycan Elmlәr Akademiyası Nizami Adına Әbәdiyyat vә Dil İnstitutu Dәdә Qorqud’la bağlı elmi bir yığıncaq tәşkil edib vә belәliklә әsәrin elmi yöndәn araşdırılmasına imkan yaradıb.

Azәrbaycan’ın yetirdiyi böyük mifoloq alimi Mirәli Seyidov, Dәdә Qorqud Dastanlarının mәnşәi ilә bağlı mәqalәlәr çap etdirәrәk onlarda diqqәti çәkәn mövzulara toxunub. Son illәrdә Dәdә Qorqud’la bağlı görülәn işlәrdә görkәmli alimlәrimiz Samәt Әlizadә, Tofiq Hacıyev, Bәhlul Abdulla vә digәrlәrinin adını da hörmәtlә yad etmәliyik.

Orta Asiya Türklәri dә bu barәdә maraqlı işlәrә imza atıblar. Cembişbayev’in Qorqud Evliya, Morqula’nın Qorqud Küyüşü adlı mәqalәlәrini sadalaya bilәrik.

Baxış: 271 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Oktyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 446

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2016
Конструктор сайтов - uCoz