Seyfeddin Altayli:Dәdә Qorqudda Türk Dövlәt Gәlәnәyinin İzlәri -4 - 19 Октября 2010 - OGUZTURK
Şənbə, 03.12.2016, 12:38
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2010 » Oktyabr » 19 » Seyfeddin Altayli:Dәdә Qorqudda Türk Dövlәt Gәlәnәyinin İzlәri -4
22:39
Seyfeddin Altayli:Dәdә Qorqudda Türk Dövlәt Gәlәnәyinin İzlәri -4
Dәdә Qorqudda Türk Dövlәt Gәlәnәyinin İzlәri 4

Sözün burasında yenә Hun hökmdarı ulu babamız Oğuz’un hakimiyyәtә tәzәcә oturduğu vaxtda Monqolların, Hunları güclәnmәdәn әzişdirmәk üçün bәhanә ilә ondan öncә atını, sonra hәyat yoldaşını istәmәsi vә Oğuz’un da özününkü olduqlarına görә onları vermәsi vә vaxt qazanması, bunlardan ayağı yer tutan Tunqhuların axırda gәlib Oğuz’dan sәrhәdlәrinә yaxın bir yerdә olan şoran torpağı istәmәsi, toplanan qurultayda torpağı vermәk tәrәfdarı olanları Oğuz’un ordaca öldürtmәsi vә Tunqhuların üstünә cumub onların ordusunu mәhv etmәsi hadisәsini bilirsiniz.

Yenә tariximizdәn bir yarpaq. Oğuz Xandan tәqribәn iki yüz il sonra Çinlilәr, Hun xaqanından kiçik bir torpaq hissәsini istәyirlәr. Hun xaqanı da onlara bu cavabı yollayır: “Mәn, babalarımdan qalan torpağı әsla sizә vermәrәm”.

Türk dövlәt gәlәnәğindә vәtәn torpaqları müqәddәsdir, çünkü orda Türkә hәyat mәnbәyi olan sakral yer vә sular vardır. Orxun Yenisey sahilindә tapılan Köl Tigin kitabәsindә deyilir: Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda ikisi arasında insan oğlu yaradılıb. İnsan oğullarının üstündә babalarım Bumın Xaqan ilә İstәmi Xaqan hökmran olub. Hökmran olaraq Türk millәtini, ölkәsini, törәsini idarә edib, tәnzim edib”.

Bu sözlәrdәn dә aydın olur ki, mavi sәmanın altında qalan qara torpaqların tamamı Türkün hakimiyyәt sahәsidir, yәni dövlәtinin torpaqlarıdır. Ölkә, Türk dövlәtlәrindә müәyyәn sәrhәdlәrә malikdi vә o millәtin ortaq malı idi, nә xaqanın, nә dә onun ailәsinindi. Türkün yaratdığı Bozqır Mәdәniyyәtindә vәtәn torpaqları hökmdarın qoruyub saxlamaq mәcburiyyәtindә olduğu ata yadigarı idi. Vәtәn anlayışı әn qәdim dövlәtlәrimizdәn başlayaraq, Sak, Hun, Göytürk vә Uyğur imperiyalarından bugünә kimi hakimiyyәt sürmüş bütün Türk dövlәtlәrindә eynidir. İstiqlalın olmadığı torpaqlar Türklәr üçün vәtәn olabilmәzdi. Tarixin müәyyәn vaxtlarında müxtәlif coğrafiyalarda dәyişik adlarla özünü göstәrәn Türk dövlәtlәri dә, Türklәrin, istiqlallarını harda qoruyabilibsә oralarda dövlәt yaratdığından xәbәr verir.

Gәlin indi Kitabı Dәdә Qorqud’a nәzәr salaq görәk orda yurdla bağlı hansı sözlәr yer tutub. Baybörә’nin Oğlu Bamsı Bәyrәk Boyu’nda Bәyrәk kafirlәrin şadlıq günündә tacirlәrlә xәbәrlәşәrkәn deyir:

“Qalın Oğuz diyarında Ulaş oğlu Salur Qazanı mәn soruşsam, sağ mı sarvan?”

Yenә hәmin boyda Bәyrәk’in kafirlәrin әlindәn qurtuluşu hadisәsindә deyilir:

“Bәyrәk Oğuz diyarına gәldi”.

Bәyrәk, adaxlısı Banıçiçәk’in toyuna tәbdili qiyafә ilә getdikdә öz özünә deyir:

“Görәk Oğuz yurdunda mәnim dostum, düşmәnim kimdir?”

Uruz’un dustaq olduğu boyda Uruz atasıyla söylәşәrkәn deyir:

“Mәnim anam göy geyinib qara sarınsın

Qalın Oğuz elindә yasımı tutsun!”

Türk dövlәt gәlәnәğindә xalq da әsas ünsürlәrdәn biridir. Dövlәtsiz millәt olmayacağına görә, millәtsiz dә dövlәt olmaz. Türk dövlәtçilik anlayışının әsası bugünkü mәnada xalqçılıq prinsipi üstündә ucalmaşdır. Türk dövlәtlәrinin heç birindә xalq da vәtәn dә xaqanın vәya padşahın özünün ya ailәsinin malı olmamışdır. Ancaq bugün özünü mәdәni qәlәminә çıxan Avropalı millәtlәrin tamamında xalq da, ölkә dә kralın öz şәxsi malı olmuş, öz kefinә görә onlardan istifadә etmişdir.

Mәsәlәn Osmanlı Dövlәti padşahlıqla idarә edilib, ancaq padşah eynilә Avropa vә digәr ölkә xalqlarında müşahidә olunan bir salahiyyәtә malik olmayıb. İstanbul’u alan Fateh Sultan Mәmmәd Osmanlı Dövlәtinin әn qüdrәtli padşahlarından biridir. Sinan Paşa’nı çәkәbilmiyәnlәr onu Fateh’ә şikâyәt edirlәr. Fateh dә Sinan Paşa’nın öldürülmәsi üçün fәrman çıxardır. Alimlәr yığışıb Fateh’in hüzuruna çıxıb deyirlәr ki, “Әgәr Sinan Paşa’nı öldürtsәn biz öz әsәrlәrimizi yandıracayıq”. Fateh, mәcbur qalır fәrmanını geri götürür vә Sinan Paşa’nı Bursa’ya sürgün edir. Bir müddәt sonra Onu Amasiya’ya sürgünә yollayır vә yolda öldürülmәsini göstәriş verir. Bunu eşidәn alimlәr yenә Fateh’in hüzuruna çıxıb deyirlәr ki; “Әgәr Sinan Paşa’nın bu sürgündә başından bir tük әsgik olsa hamımız ölkәni tәrk edәcәyik”. Fateh Sultan Mәmmәd iki әli qoynunda qalır vә Sinan Paşa’nın öldürülmәsi fikrindәn әl çәkir. Bu hadisә dә Türklәrin xalqa, onun ziyalısına nә cür qiymәt verdiğini aydın edir.

Yenә tarixdәn bir misal: Bizanslı bir ziyalı Atilla’nın paytaxdına gedir vә gördüklәrini qeydlәrindә yazır. Bizanslı deyir ki; “Bizans’da xalq tәzyiq altında yaşayır, ancaq Hun ölkәsindә hamı azad vә qorxusuz hürküsüz yaşayır”.

Türklәrdә xaqanla vәtәndaşlar arasında yeganә bir fәrq vardı, xaqan, xalqın içindәn әn layiqli olanlardan qurultay tәrәfindәn seçilirdi vә gördüğü hәr iş üçün qurultaya, yәni xalqın nümayәndәlәrinә cavabdehdi. Hәmin fakt Dәdә Qorqud Dastanlarında da yer tutur.

Ulu babalarımızın yaratdıqları dövlәtdә xalqa nә cür dәğәr verilir onlara nә cür yanaşılır, Kitabı Dәdә Qorqud’dan bircә nümunә verәrәk sizinlә sağollaşmaq istәyirәm. Ona görә ki, zaman su kimi axıb gedir vә bizim dә vaxtımız mәhduddur.

Qazan’ın evinin yağmalandığı boyda Qazan Xan çobanına deyir: “Oğul çoban, qarnım acdır, heç nәsnәn var mıdır yimәgә?” Çoban aydur: Bәli, ağam Qazan, gecәdәn bir quzı bişürüb dururam. Gәl bu ağac dibindә enәlüm, yiyәlim”-dedi.

Xaqan, çobanıyla bir süfrә başında әylәşib çörәk yeyir. Bu cür tәvazökarlıq hansı millәtdә var görәn. Bilәn varsa bәri gәlsin, bildirsin.

Baxış: 188 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Oktyabr 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 446

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2016
Конструктор сайтов - uCoz