Cümə, 22.09.2017, 00:09
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2013 » İyul » 4 » Səma xanım Ramazanlı: Oyan,Oğuz türküm,oyan,millətim!
19:01
Səma xanım Ramazanlı: Oyan,Oğuz türküm,oyan,millətim!
Oğuzlar qrupu üyəsi sayın Səma xanım Ramazanlı

Oyan,Oğuz türküm,oyan,millətim!

Qaya yaddaşından Qıratın səsin,
Hər daşın altından baba nəfəsin,
Koroğlu nərəsin, Cəngi nəğməsin,
Köklə damarına çal, a qeyrətim,
Oyan, Oğuz türküm,oyan millətim!

İrəvan taxtında tülkü xan olmuş,
Dərbənd dərd əlindən yarımcan olmuş,
Köksü parçalanmış Araz qan olmuş,
Gedib əldən Təbriz boyda sərvətim,
Oyan, Oğuz türküm, oyan, millətim!

Bu qoca dağların ər balasısan
Babək qalasısan,Ərk qalasısan
Tanrı duasısan,haqq sədasısan,
Hər qarış torpağım varım-dövlətim,
Oyan,Oğuz türküm,oyan,millətim!

İldırım qılıncın,göylər qalxanın,
Çök üstünə xainlərin,al canın,
Oğuzlar yurdudur Azərbaycanın,
Hamıya bəllidir gücüm, qüdrətim,
Oyan , Oğuz türküm, oyan, millətim!
Baxış: 1083 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  İyul 2013  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 449

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2017
Конструктор сайтов - uCoz