Cümə, 29.03.2024, 15:35
Xoş gördük sizi Qonaq | RSS

Mən Türk övladıyam.(Əhməd Cavad)

Giriş forması
Axtarış
HARAY,HARAY MƏN TÜRKƏM !!!

Son xeberler

Əsas » 2016 » Dekabr » 24 » İlkin Oğuztürk-Oyan.
02:15
İlkin Oğuztürk-Oyan.
Dəli bir şimşək tək çax Qarabağa.
Sarılıb boynuna bax Qarabağa.
Üç rəngli bayrağı tax Qarabağa.
Oyan türküm oyan, Boz qurdum oyan

Sahib çıx Ərdəbil, Təbrizimizə.
İrəvan, Göyçədən Salam var sizə.
Ayılın, düşməni çökdürək dizə.
Oyan türküm oyan, Boz qurdum oyan

Şəhidlərin ruhu eyləyir fəğan.
Əsirlər gözləsin bəs nəvaxtacan.
Ayılın, canım mənim, can Azərbaycan.
Oyan türküm oyan, Boz qurdum oyan

Dilində şəhadət qalx bu yuxudan.
Göstərib cəsarət, qalx bu yuxudan.
Nə olar, nəhayət qalx bu yuxudan.
Oyan türküm oyan, Boz qurdum oyan

Vətənsiz könlümdə xoş hallar olmaz.
Güllər bitən yerdə qanqallar olmaz.
Boz qurd olan yerdə çaqqallar olmaz.
Oyan türküm oyan, Boz qurdum oyan

Güney Azərbaycan qan içindədir.
Qərbi Azərbaycan ağır gündədir.
Qarabağın gözü yalnız səndədir.
Oyan türküm oyan, Boz qurdum oyan

Oyan, bitsin həsrət, qurtarsın dərd - sər.
Gəl ağatlı oğlan, müzəffər əsgər.
Elan et cihadı, "Allahu əkbər".
Oyan türküm oyan, Boz qurdum oyan
Baxış: 467 | Əlavə edib: Oguzturk | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Təqvim
«  Dekabr 2016  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031





Bizim sorğu
Saytımızı necə qiymətləndirirsiniz?
Cavablar: 466

counter

Statistika

Online cəmi 1
Qonaq 1
İstifadəçilər 0

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz